Ethnoglobus » ЭТНОПОЛИТИКА » Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər

Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər

Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
20:17, 07 dekabr 2024
2 499
0

Foto: google

Vidadi Mustafayev

İRİ İslam Şura Məclisinin spikeri M.B.Qalibaf deyirdi ki,dekabrın 13-də Hicab qanunu rəsmi qəzetdə dərc etdiriləcək. Bu, qanunun qüvvəyə minməsi, icraya başlanması deməkdir.Lakin bu gün bütün İran saytları qanunda hicabsızlıq şəraiti və ona qarşı nəzərdə tutlan cərimələrdən ətraflı bəhs edir və islahatyönümlü siyasi fəaların qanuna mənfi münasibətindən yazırlar. 

Spiker qanunun mətnini müzakirəyə çıxarmağa niyə tələsib?. Demə, prezidentə “hədiyyə” etmək istəyib.Bu gün hökumətlə məclisin birgə iclası olub.Prezidentin Hicab qanunu haqqında danışmasını əngəlləmək üçün onu fakt qarşısında qoyub. İndi prezidentdən nə qədər gec deyil,qanunu imzalamaq və icrasını təmin etmək tələb olunur. Spiker bir növ prezidentə ultimatum verərək onun qanuna qarşı, özünün isə mühafizəkarların yanında olduğunu və bununla hökumətə qarşı vahid cəbhə yaratmaq əzmində olduğunu nümayiş etdirmək istəyir.

Qanunda Hicabı “sevdirmək ” üçün artıq fiziki zorakılığa yol verilmir, əsas yer cərimələrə və hüquqların məhdudlaşdırılmasına yönəlir.

Cərimələr əsasən qadınlara, bir halada kişilərə qarşı yönəlib.Qadınların “abıra salınması” (cəriməsi) 9- yaşından və 2 milyon tüməndən başlanır. Birinci dəfə 2-8 milyon, təkrar olunduqda 18- 36 milyon tümən və davam etdikdə daha böyük məbləğ nəzərdə tutulur.

Cərimələr fiziki şəxslərə kamera təqdim edilməsə və ya kameradakı görüntülər silinsə( 18-36 mil.tümən), müəyyən avtonəqliyyat sürücüləri özləri qadınlara xəbərdarlıq etməsə və məlumat verməsə tətbiq edilir.
Cərimələr göstərilmiş vaxt ərzində ödənilməsə, artıq digər cəzalar işə düşür.Bura xaricə çıxışın qadağan olunması, viza verilməməsi və ya uzadılmamsı,sürücülük vəsiqəsi verilməməsi, avtonəqliyyata nömrə verilməməsi və ya dəyişdirilməməsi və s. daxildir
Artıq məcazi məkanda da hicabı pozmaq eyni qaydada cərimə olunur.Bu qanun xarici turistlərə də şamil olunur.Onlar cərimə olunmur, sadəcə olaraq ölkədən yarımçıq çıxarılır.Qanunun icrasında əsas rol Polis qüvvələrinə və köməkçi rol isə “Yaxşı işlərə təşviq, şər işlərdən çəkindirmə” təşkilatına, necə deyərlər “xalqı” təmsil edən əsl inqiabçı qüvvələrə və əsasən qadınlara həvalə edilir. Onun nümayəndələrinə qarşı hər hansı kobudluğa görə 8-18 milyon tümən cərimə nəzərdə tutulur.
Nəhayət, hər bir xarici müsəlman İranda olarkən iranlı qadınlara hicaba əməl etmədiyinə görə xəbərdarlıq edə bilər.
Profilaktiki tədbir kimi dövlət idarələrinə işə qəbul olunanların iltizam verməsi,öhdəlik sənədini imzalaması tələb olunur.Onlar öhdələrinə götürürlər ki, küçədə-bayırda və internetdə qanuna əməl edəcəklər. Həmçinin cinsi seqreqasiya tədbirlərinin(park və bağlarda, çimərlikdə, nəqliyyatda vəs.) də həyata keçirilməsi nəzərdə tutulur.
Bu qanun prezident M. Pezeşkiyanın Hicab sahəsində verdiyi vədin yerinə yetirilməsi imkanını heçə endirir. Lakin prezident administrasiyasından da qanuna reaksiya özünü çox gözlətməyib. Prezident ofisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisinin müavini deyib ki “ləyaqətli idarəetmə” “pis qanunların icrası”nın qarşısını alacaq. Deməli, hələ axşam deyil, hər şey irəlidədir.Hər iki tərəf öz prinsipinə əməl etsə, iranlılar çox qalmaqalların, iğtişaşların şahidi və iştirakçısı olacaqlar.\1 dekabr 2024\





Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Hicabsız İran
Hicabsız İran
15.12.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ
IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ
05.12.25, ЭТНОПОЛИТИКА