Geyim və əxlaq haqqında

Geyim və əxlaq haqqında
ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
13:35, 11 oktyabr 2024
2 597
0
Foto: müəllifin facebook səhifəsindən götürülüb.
Elvüsal Məmmədov,
Geyiminə görə bu və ya digər qadını əxlaqsızlıqda ittiham etmək həm dini nöqteyi-nəzərə görə doğru deyildir, həm də əxlaqın qiymətləndirilməsi kimi  mürəkkəb problemi kompleks deyil, tək bir parametr əsasında həll etməyə cəhd göstərməkdir. 
Əvvəla, geyimdə Allahın qoyduğu qaydalardan kənara çıxan fərd islam hüququnda əxlaqsız deyil, asi (Allahın qaydalarını pozan, günahkar) kimi tövsif edilir. Üstəlik, geyiminə görə bir qadına əxlaqsız demək onun ismətini şübhə altına almaq, bununla da ona iftira atmaq (qəzf əl-mühsənat) mənasına gəlir. Qadının ismətini şübhə altına almaq, ona böhtan atmaq isə böyük və həlakedici günahlardan (kəbairü mubiqat) sayılır. Müsəlman hüququnda qadının geyimdə Allah tərəfindən qoyulan qaydalardan kənara çıxması əxlaq məsələsi kimi deyil, şəriət hökmlərinə münasibət məsələsi kimi öyrənilir. Odur ki belə bir hal baş verdikdə problemi əxlaq məsələsi kimi həll etmək islam hüquq təcrübəsi və ənənəsindən kənara çıxmaqdır.  
İslam mövqeyində dayanaraq, geyimi üzündən qadına əxlaqsız deyənlər hüquqi (fiqhi) status (əl-hökm əş-şər`i) və əxlaqi davranış anlayışları arasında fərq qoymağı bacarmayan şəxslərdir. 
O ki qaldı, əxlaqi kimliyin qiymətləndirilməsinə, bu mürəkkəb problemin həlli tək parametrlə kifayətlənməyi deyil, kompleks yanaşma tələb edir. Geyim tək bir parametrdir, odur ki birbaşa nəyinsə göstəricisi ola bilməz, fərdin həyat tərzi (davranışları, danışığı, başqalarına münasibəti...) sərf-nəzər edilə bilməz. Nəzərə alaq ki, liberal-dünyəvi cəmiyyətlərdə bu gün ayıb sayılan şey sabah ayıb sayılmaya bilir, məhz bu baxımdan müəyyən geyim formasına üstünlük vermək, hər şeydən əvvəl, mövcud vəziyyətə uyğun hərəkət edən fərdin şüurlu, yaxud şüursuz seçimindən başqa bir şey deyildir, yaxud mövcud dəb, yaxud mədəni paradiqmalara uyğun davranmaqdır. Fikrimizcə, təkcə geyiminə görə bir xanım haqqında əxlaqsız sözünü işlətmək onun kimliyini, şəxsiyyətini zənn altına almaqdır, cəmiyyətdə adını qara çıxarmaqdır. Üstəlik, geyimin indiki dövrdə pop-mədəniyyətin təsiri ilə şüurlu seçimdən daha çox dəb ifadə edən seçim halına gəlməsi bizi daha ehtiyatlı hərəkət etməyə vadar edir. 
Geyim nə əxlaqın, nə də əxlaqsızlığın  birbaşa (birbaşa!) göstəricisi deyildir! Bir şəxsin əxlaqlı olub-olmamağını təkcə geyimlə əlaqələndirmək əsəbi-emosional və sadəlövh yanaşmanı ifadə edir. 
P.S. Statusda əxlaqsız həyat sürməyi hər kəsə məlum fərdlərin geyim-keçimi müzakirə olunmur. Söhbət tanımadığımız fərdləri geyiminə görə əxlaqsızlıqda ittiham etməkdən gedir.



Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Azərbaycanda hökumət dini düzgün əsaslar üzərində cəmiyyətdə  yenidən bərqərar olmasını istəyir.
Azərbaycanda hökumət dini düzgün əsaslar üzərində cəmiyyətdə yenidən bərqərar olmasını istəyir.
23.06.22, ЭТНОПОЛИТИКА
OXU AYƏSİNDƏ-AYNASINDA “HİCAB” MƏSƏLƏSİ
OXU AYƏSİNDƏ-AYNASINDA “HİCAB” MƏSƏLƏSİ
28.09.22, РЕЛИГИЯ
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
“TÜRK DÜNYASI- 2040 VİZİONU”.      Məqsədlər, gözləntilər, reallıqlar...
“TÜRK DÜNYASI- 2040 VİZİONU”. Məqsədlər, gözləntilər, reallıqlar...
28.10.22, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ  GENİŞLƏNDİRİR
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
02.02.23, ЭТНОПОЛИТИКА