Ethnoglobus » ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ » KANT VƏ TANRI MÖVCUDLUĞUNU SÜBUT ÜÇÜN PRAKTİKİ SƏBƏB

KANT VƏ TANRI MÖVCUDLUĞUNU SÜBUT ÜÇÜN PRAKTİKİ SƏBƏB

KANT  VƏ TANRI  MÖVCUDLUĞUNU  SÜBUT  ÜÇÜN  PRAKTİKİ  SƏBƏB
ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
17:21, 29 aprel 2024
998
0
Foto: www.thecollector.com
Nəriman Qasımoğlu, professor
KANT - 300
KANT  VƏ TANRI  MÖVCUDLUĞUNU  SÜBUT  ÜÇÜN  PRAKTİKİ  SƏBƏB
Kantın iddiasına görə,  əsrlər uzunu Tanrı varlığının isbatına dair irəli sürülən nəzəri dəlillər yetərincə uğur qazanmayıb. Həqiqətən də belədir, yoxsa hamını, o cümlədən inkarçıları da Tanrı varlığına inandırmaq mümkün olardı. Fəlsəfi dəlillər bir-biri ilə toqquşmaqda, fərqli fəlsəfi cərəyanların hər biri öz dəlili ilə bu məsələdə  fikir müxtəlifliyini xeyli rəngarəng etməkdədir. 
Kant Tanrıya imanın rasional bir dəlilini irəli sürür və bunu “praktiki məqsəd”, “praktiki səbəbin postulatı” kimi təqdim edir. 
Onun fikrincə, mənəviyyatlı və rasional düşüncəli varlıq labüd olaraq "ən ali nəsnə"ni arzu etməlidir. Bu da insanların eyni zamanda həm mənəviyyatlı, həm də xoşbəxt olmasını şərtləndirən xoşbəxt həyatı nəzərdə tutur: bu cür xoşbəxtliyə mənəvi dəyərlərə riayətlə nail olmaq mümkündür. 
Hər hansı rasional düşüncəli və mənəviyyatlı şəxs bu qəbildən xoşbəxtliyə çatmağı yalnız o halda arzu edə bilər ki, mənəviyyat impulsları ilə müşayiət edilən hərəkətlərin xoşbəxtliklə nəticələnəcəyinə inansın. Və bu da o nəsnəyə inamı şərtləndirir ki, təbiət özünün səbəbləyici quruluşu etibarilə bu cür xoşbəxtliyə varmanı mümkün edir. Bu, Tanrıya imana bərabərdir. O mənəvi Varlığa imana ki, nəhayətdə təbii aləmin keyfiyyətinə görə cavabdehliyi Özü daşıyır.
Kant israr edir, onun dəlili nəzəri məzmunda deyil, praktiki məqsədə əsaslanan bir dəlildir. Nəticə onu ifadə etmir ki, “Tanrı mövcuddur”, yaxud “Tanrı ola bilsin mövcuddur”. Dəlilin qayəsi bu fikri təlqin edir: “mən rasional və mənəviyyatlı bir insan varlığı olaraq inanmalıyam ki, Tanrı mövcuddur”. 
Əgər mən ən ali bir nəsnənin arxasınca düşmüşəmsə, ona varmaq istəyirəmsə, inanmalıyam ki, belə bir məqsədə çata bilərəm. Hər bir halda isə, yalnız mənəviyyat dəyərlərinə uyğun bir tərzdə hərəkət etməklə bu məqsədin arxasınca düşə bilərəm; xoşbəxtliyə varmanın kəsə yolu icazəli deyil.
Əgər hər hansı şəxs inanırsa ki, təbii aləm sadəcə qeyri-mənəvi bir mexanizmdən ibarətdir və bu mexanizmin heç bir mənəvi məqsədliliyi yoxdur, onda mənəviyyatlı hərəkətlərin uğur qazana biləcəyinə həmin şəxsin səbəbi olmaz inansın. Çünki heç bir apriori səbəb olmaz düşünəsən ki, mənəviyyatlı hərəkət “ən ali olan”a yetişə. Buna ən kiçicik empirik səbəb də olmaz inanasan. 
Beləliklə, Kant bu nəticəyə gəlir ki, mənəviyyatlı və rasional insan varlığı mənəvi həyatın rasional önşərti kimi Tanrı varlığının mövcudluğunu mühakimə üçün əsas götürməlidir



Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
SUSQUNLUQ ORUCU VƏ TANRICIL YARADICILIQ PROSESİ
SUSQUNLUQ ORUCU VƏ TANRICIL YARADICILIQ PROSESİ
04.04.22, РЕЛИГИЯ / ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
05.04.22, ЭТНОПОЛИТИКА / КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
03.09.25, ИСТОРИЯ И ОБЩЕСТВО
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА