İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU
- 13-02-2026, 17:55
- ЭТНОПОЛИТИКА
- 0
- 532
Foto: google
Vidadi Mustafayev
1.Maliyyə sistemində qayda-qanun yaradılır.Valyuta bazarını " inhisar"a götürmüş, bank sistemində 6 mld.avro "fırladan" 172 nəfərdən ibarət 62 valyuta qaçaqmalçılığı şəbəkəsi ifşa olunub
2 İğtişaşlar zamanı 100 tələbə öldürülüb, 9 nəfəri də həbsdədir.22 həkim həbsdədir.
3.Rejim söz, bəyanat pəhləvanları olan, əsas qayəsi hakimiyyətə gəlmək olan, mövcud sistemin ləğv edilməsindən yaman qorxan "İSLAHATÇILARI" bir- bir hüzuruna çağırıb oradan" qonaq" otağına göndərir.Təkcə bu gün 35-dən şox partiyanı(?!) birləşdirən İslahat Cəbhəsinin xanım(!) Sədri Azər Mənsuri, Cəbhənin sözçüsü Cavad İmam və daha iki nəfər həbs edilib.Onlara qarşı ən ağır ittihamlar-Əsas qanuna qarşı çıxmaq, düşmənlə kordinasiylı şəkildə hərəkət etmək, təslimçiliyi təbliğ etmək, rejimi devirmək üçün gizli şəkildə mexanizm hazırlamaq və s.irəli sürülüb
4.Guya iğtişaşlar zamanı öldürülənlərin əksəriyyəti-2447 nəfəri "terroristlər" tərəfindən qətlə yetirilib.Biri də soruşur ki"İmam zaman"ın adsız əsgərləri harada idi ki, onların gözü qarşısında silahlanıb, ölkəyə yayılıb, vətəndaşları qətlə yetiriblər.
5.İranda polis " qıtlığını" aradan qaldırma üçün 2026- cı ilin yayında ölkədə İLK Polis məktəbi fəaliyyətə başlayacaq.
6.İranda qızlar arasında siqaret çəkənlərin sayı 135% artıb.
7.Ruhanilər zamanın tələbi ilə ayaqlaşmaq üçün Qum dini mədrəsəsində/Elmiyyə hövzəsində/ yeni fənnin-"Süni intellekt fiqhi"- nin tədrisinə başlanıb.



























