Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.
АНАЛИТИКА
Foto: www.sat7uk.org
Vidadi Mustafayev
Dünyanın çox çətinliklə, müharibələr, çevrilişlər, iğtişaşlar və bütün neqativ spektrlə. müsbət,humanist,ədalətyönümlü qlobal bir xilas ideyasının olmamadığı şəraitdə yeni nizama getdiyi bir vaxtda adam çox zaman kimin tərəfində durduğunu kəsdirə bilmir.
Deyirsən Rusiya təcavüzkar Ukrayna qurbandır,deyirlər hər ikisi qurbandır.
Deyirsən Trump yeni nizam qurur,deyirlər Trump hər şeyi gəlir və mənfəət ilə ölçür,kimi istəsən qurban verər,onun üçün elə də fərqi yoxdur. Pullu qoçu rolu oynayır.
İran-Amerika qarşıdurmasında kiminsə tərəfini saxlamaq qeyri mümkündür. Burada Xomeyninin sözləri yada düşür.O deyirdi ki, Amerika pisdir, Sovetlər ondan da pisdir.İndi bu deyimi davam etdirsək deməkiyik ki, Amerika pisdir,Rusiya pisdir,İran onlardan da pisdir.
Amma məsələyə beynəlxalq hüquq mövqeyindən yanaşsaq, Amerikanın İrandan heç nə tələb etməyə haqqı yoxdur. Həm də onun tələbləri özü üçün yox İsrailin maraqları üçündür.Yəni böyük bir dövləti İsrail qarşısında tam tərki silah etmək istəyir.
Məsələyə insaf və ədalət baxımından yanaşsaq,İranın atom silahına, səsdən sürətli raketlərə malik olması iri və xırda qonşular üçün, bu rejim durduqca, ən böyük təhdid mənbəyidir.Ona görə İran rejimini heç vəchlə dəstəkləmək olmur.Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir. Amerika buna yardım etsə, pis olmaz.Amma rejinin dəyişməsi və İranın ABŞ,Qərb orbitinə keçməsi nə İrana təzəcə maya qoymağa başlayan Çinə, nə də İrandan vasitə kimi istifadə edən Rusiyaya sərf etmir.Çox mürəkkəb vəziyyət yaranıb.Nə ola bilər? F.Engels deyirdi ki, tarix nədir? Hər kəs öz maraqlarının ardınca gedir, amma sonda heç kimin gözləmədiyi bir nəticə hasil olur. Nə ola bilər? Hər şey.
Ссылки по теме:
Британская разведка предупреждает об усилении гибридных угроз со стороны Ирана и России
XURAFAT, YAXUD MOLLA PROFESSOR
İRAN İSTİKBAR QARŞISINDA DİRƏNİŞİ İLƏ HARA GEDİR?
AVROPALI SƏYYAHLAR LƏZGİLƏR HAQQINDA
Трамп: США создадут еще две военные базы в Гренландии
Белорусский колорит в самом сердце Баку!
İRANDA HƏRƏ ÖZ İŞİ İLƏ MƏŞĞULDUR
"Qulaq filologiyası" və ya o işığı...yandırın
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Küftə haqqında dastan.
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
