Ethnoglobus » ЭТНОПОЛИТИКА » FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"

FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"

FARS DİLİ ÜÇÜN "XƏTƏR  SOVUŞDU"
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
12:16, 23 noyabr 2025
768
0
Foto:Wıkıpedia.org / MKİ hesabatlarına əsasən İranda yaşayan xalqların  coğrafi yerləşməsi.


VİDADİ MUSTAfAYEV

İranın ən vacib milli, siyasi, ictimai,mədəni problemi fars dilinin  taleyinin qaranlıq olmasıdır. Bir tərəfdən süni intellekt təhlükəsi, digər tərəfdən bu texnoloji təhlükədən daha dəhşətlisi İKİ DİLLİ  uşaq bağçalarının artması və nəhayət  hökümətdə fars dilinin keşiyində duran ayrıca qurumun olmaması  fars dilinin gələcəyinin ARZUOLUNMAYAN  perspektivindən xəbər verir.

Deməli, farslara fars dilini , onun hakim mövqeyini  qorumaq  üçün Əsas qanunun fars dilini ölkənin rəsmi dili elan etməsi, həmin dilin keşiyində duran və bütün digər dilləri hərtərəfli təzyiq altnda saxlayan  Ali Mədəni İnqilab Şurası, etnik bölgələrdə uşaqlara tənəffüs vaxtı belə ana dilində danışmağa icazə verməyən  hökumətin Maarif nazirliyi,  fars dilini ərəb və türk sözlərindən təmizləməklə məşğul olan Fars dili və ədəbiyyatı Akademiyası və …. kifayət etmir.”Boşluğu” doldurmaq üçün 18.11.2025-ci il tarixində İRŞAD və mədəniyyət (mədəniyyətə İslam dininin rəhbərliyini təmin edən nazirlik) nazirliyində “Fars dili, şeri və ədəbiyyatı” ofisi (gələcəkdə Baş idarə olacaq) təsis edilmişdir.

İran bütün sahələrdə dərin böhran girdabına qərq olduğu, radikal islahatçı və mühafizəkar qruplar prezident M.Pezeşkiyanı və onun hökumətini hakimiyyətdən  kənarlaşdırmaq  istiqamətində işlədiyi bir vaxtda fars şovinistlər ancaq guya  İran kimliyinin “özəyini” təşkil edən fars dilinin  mövcud olmayan problemlərindən danışır, onun dərdini çəkirlər.

Prezident deyir ki, hökumətdə 4000 adam işləyir,halbu ki hökumət öz vəzifəsini  400 nəfərlə də rahatca yerinə yetirə  bilər. Bundan guya xəbəri olmayan nazirlik fars dilini bəhanə edərək dost-tanış üçün iş yerləri açır.

Nazirlik bütün İran xalqlarının nazirliyi olmaq əvəzinə onların dillərinin uşaq bağçalarından çıxarılmasına çalışaraq həmin xalqların qatı düşməni rolunda çıxış edir.

“Alim” nazir deyir ki , qeyri-fars uşaqlar uşaq bağçasında öz dilində danışsalar, bu onların dil kimliyi üçün təhdidə çevrilə bilər.

Nazirə görə qeyri-farsların dil kimliyi fars dili kimi formalaşmalıdır. Yəni adam desə ki, ana dili türk\Azərbaycan dillidir, deməli, onun dil kimliyi naqisdir,yoxdur.

Bu yenilik həm də,bəlkə, ilk növbədə hərdən  türkcə\azərbaycanca bir bir-iki beyt şer deyən prezidentə qarşı yönəlibdir.

Biz gördük ki,hökumət üzvü  hökumətin ana dilinin tədrisi ilə bağlı məclisə təqdim etdiyi qanun layihəsi müzakirə edilərək səsə qoyulanda onun əleyhinə səs vermiş, ana dilinin orta məktəblərə daxil olmasına  əngəl yaratmşdır.

Güman etmək olar ki,yeni ofis\idarə fars dilinin işlənməsinə nəzarət  adı altında prezidentə ana dilində şer deməyi qadağan etməsə də,dil siyasəti sahəsində guya norma və qaydaların pozulmasını bəhanə edərək prezidentə qarşı müxalifəti daha da gücləndirəcəkdir.

Pezeşkiyanın həftə-becar  kabinetində olan bəzi nazirlər, ekspertlərin dediyinə görə,  gündüz hökumətin iclasında iştirak edir, gecə isə  hökumətə  müxalif cəbhədən göstəriş alırlar.

Siyasi, milli-mədəni əxlasızlığın,şovinizmin, bundan böyük və irticaçı göstəricisi olmaz ki, İran məmurları göstərirlər.\20 noyabr 2025



Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI
27.05.24, КУЛЬТУРА
İran milli kimliyində fars dili üçün yaranan təhlükə
İran milli kimliyində fars dili üçün yaranan təhlükə
23.12.23, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
23.06.26, ЭТНОПОЛИТИКА
DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC
DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC
01.08.23, ЭТНОПОЛИТИКА