HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
Foto: google
VİDADİ MUSTAFAYEV
17 iyul 2026-cı il tarixində İranın mərkəzi 10-15 saytından ancaq birində Şah İsmayıl Xətainin doğum günü( 17 iyul 1487) mübasibəti ilə bir doktorantın yazısı verilmişdi.
“Yazı Səfəvilərin ən böyük mirası İran ideyası idi.Şah İsmayıl həmişə sərdarlarından tələb edirdi ki, döyüşə girərkən “yaşasın İran” deyə fəryad etsinlər” başlığı altında verilib.
İran ideyası gözləsin.
Bəri başadan deyək ki, müəllif Şah İsmayılın doğurdan da belə tapşırığı olduğu haqqında heç bir birbaşa və ya dolayı sitat\nümunə gətirmir.Yox gətirir.Guya Çaldıran döyüşünün sərkərdələrindən olan Məhəmməd Ustaclı “Şahnamə”dən Rüstəmin dilindən FARSCA iki beyt oxuyub əsgərlərin döyüş ruhunu yüksəldirmiş.
Sərkərdə bəlkə də, “Şahnamə” dən beytləri əzbər bilirdi, amma türklərdən ibarət olan əsgər və komandirlər onun dediyini çətin başa düşərdi. Sərkərdə döyüşçüləri “Şahnamə” ilə deyil Əliyə aid deyimlərlə coşdura bilərdi.
Müəllif Səfəvilər haqqında millətçi elmi dairələrdə geniş yayılmış irançılıq bucağından məlumat verir.
Səfəvilər guya İran ydeyasını bərpa etmiş,İranda ilk milli\fars dövlət yaratmış,İranlıların\farsların adət -ənənlərini dirçəltmiş, inkişaf etdirmişlərr.
Burada ,doğrudursa, iki məqam diqqəti çəkir.1.Səfəvilər Novruz bayramına top atışı və yumurta boyamağı əlavə ediblər.2.Kökü qədim Yaxın Şərqə gedib çıxan, astronomik mənası olan, lakin dövlət simvolları və atributları kimi ilk dəfə türklər\Anadolu səlcuqları tərəfindən və sonralar digər türk hökmdarları və dölətləri tərəfindən istifadə olunan Şir və Günəş simvolu Şah Abbas zamanı Səfəvi dövlətinin bayrağına köçdü.
Qacarların hakimyyəti zamanı bir qədər də təkmilləşdi.
Səfəvilərin İrana\ farslara xidmət etdiyindən yazan müəlliflər də qətiyyən demirlər ki, bu sözdə İran dövlətini, hansı xalqın nümayəndələri təşkil etmiş,idarə edir və qoruyur,İran ideyasına, İran \fars mədəniyyətinə xidmət edən Şah İsmayıl hansı dildə şer yazır və hansı mədəniyyətə, dilə xidmət edirdi.Onu da demir ki, fars poeziyasında Hind üslubunun yaranmasında sarayda fars şairlərinə əhəmiyyət verilməməsinin və onların Hindistana mühacirət etməsinin\”İran/fars mədəniyyətinə xidmətin” əsas rolu vardı.
Farslar Xilafət zəifləməyə başalyandan bəri( IXəsrin ikinci yarısı) indiki İran və ona bitişik ərazilərdə irandilli xalqlar tərəfindən təsis edilən bütün iri və xırda, lakin az ömürlü, yerli, formal asılı, faktiki müstəqil dövlət qurumlarını İran \fars dövlətləri adlandırırlar. Maraqlı cəhət ondan ibarətdir ki, həmin dövlətlərin yaranmasında farslar heç bir rol oynamayıblar. Bundan sonra da İran ərazisi və ona bitişik böyük ərazidə hakimiyyət quran sülalələr (Səcuq imperiyası (1037-1194),Xarəzmşahlar(1097-1231),hətta Hülakilər(1256-1335)) bu və digər şərtlərlə İran dövləti hesab edilirdi.
Sarayda xidmət edən fars tarixçiləri Hülakiləri İran şahı elan edir, onların digər monqol sülaləsinə-Cuci ulusu və ya Qızıl Orda dövlətinə(1224-1459), eləcə də Məmlük sultanlığına (1250-1517)qarşı mübarizəsini İranın(monqolların) Turana(monqollar, türklər, çərkəzlər, türklər) qarşı mübarizə kimi qələmə verirdilər.
Bundan sonra gələn sülalər olan,Teymurilər(1370-1507) Qaraqoyunlu(1375-1468) və Ağqoyunlu(1378-1508) dövlətlərini İran\fars dğvləti hesab etmirdilər.
Amma Qaraqaoyunlu , Ağqoyunlu dövlətlərinin ana sütununu təşkil edən və Səfəvi dövlətini yaradan türk tayfalarını nədənsə İran\fars milləti hesab edirlər.Halbuki bütün farslar Sasanilərdən(224-651) sonra İran\fars\milli dövlət yaratmaq hərəkatında iştirak etməyiblər.
Türklər\azərbaycanlılar İranda öz sonuncu dövlətlərini-Qacar dövlətini əvvəlcə Məşrutə inqilabı ilə (1905-1911) zəiflədib sonra(2021-ci ildən başlayaraq) farslara təhbvil verdikdən sonra(1925) bütün hakimiyyəti ələ keçirən farsların bütün xalqlara, xüsusən də türklər və ərəblərə qarşı barışmaz düşmənçiliyi başladı .
Nəticədə həmin dövlət əsasən farsların əli ilə devrildi.
Və qeyd edilən tarixdən sonra 1979- cu ildə farslar tərəfindən ilk dəfə İran\fars, amma molla cildində , dinin və ruhanilərin hakimiyyəti altında dövləti yaradıldı.
Həmin dövlət təqribən Sasani dövləti modelindədir.Bir formal fərq var ki,Sasanilər zamanı din-Zördüştlük, əsasən dini məs
ələlərlə məşğul olsa da, zamanzaman Baş kahin şahlardan daha güclü olmuş, onları dini\ilahi legitimlikdən,titullardan məhrum etmişlər.Dövlət içində böyük malikanələri, torpaq sahələri, kəndli qüvvəsindən havayı istifadə edən bir dövlətə çevrilmiş dini təşkilat dövlətin süqutunda və əhalinin dövlətə, ruhani təbəqəsinə olan nifrətində mühüm rol oynamış.İran müəllifləri qeyd edirlər ki,iranlıların İslam dinini nisbətən tez qəbul etməsində öz dinlərinə qulluq edən ruhanilərin istismarçı və təhqiramiz davaranışının mühüm rolu olmuşdur.
İslam Respublikası da dinin və ruhanilərin hakimiyyətini bərqərar etdiyindən əhalinin nifrəti, Sasanilərdə olduğu kimi, iki mərkəzə-mülki və dini, deyil bir mərkəzə -teokratik rejimə yönəlib.Xalq hakimiyyətə münasibətini dəfələrlə geniş etiraz aksiyalarında, silahlı müqavimət cəhdlərində göstərmişdir
İslam Respublikası mövcud olduğu müddətdə əvvəlki dövlət kimi etnik birliklərin , üstəgəl dini azlıqların düşməni kimi əhalinin əksəriyyətinin nifrətini qazanmışdır.
Bu da əsl fars dövlətinin simasıdır.
Halbu ki,İranda mövcud olmuş türk\Azərbaycan dövlətlərindən heç birinə qarşı geniş xalq etirazları özünü göstərməmişdir.Hakimiyyətə qarşı çıxışlarda türklər\azərbaycanlılar həmişə öndə olmuş, digər xalqları da arxasınca aparmışlar.Lakin İslam Respublikası hakimiyyətinə qarşı çıxışlarda nisbətən fəallıq göstərən fars daxil və xarici qüvvələr həmin mübarizədə digər xalqların iştirakını stimullaşdıra bilən hər cür demokratik vədlərdən imtina edirlər.
Bu cəhət mərkəzi hakimiyyətə qarş mübarizə aparan əsas, dövlətyaradan etnosun davarnışnda istisna təşkil edir.Tarix boyu, xüsusən milli hərəkatlar meydana gəlib inkişaf etdiyi dövrlərdə hakim millətin müxalif siyasi qüvvələri digər xalqların nümayəndələrini öz arxasınca aparmaq üçün onların köklü etnik-mədəni hüquqlqrını tanıyır və hakimiyyətə gələcəyi təqdirdə həmin hüquqlqrı təmin edəcəyini öhdəsinə götürürdü.Buna ən bariz nümunə Rusiyada Oktybr inqilabı idi.İnqilabdan əvvəl xalqların hüquqlarının tanınacağını bəyan etmiş və inqilabın qələbəsindən sonr verilən vəd yerinə yetirilmişdir.
Lakin qeyd edildiyi kimi, fars xalqı yeganə xalqdır ki, onun hakimiyyətdə olanları da, hakimiyyətə müxalif olanları da qeyri-farsların köklü kollektiv\etnik\milli hüquqlarını tanımırlar.
Təkcə bu cəhətdən farsların Səfəvi dövlətini İran dövləti. Milli dövlət adlandırmağa, özlərini Səfəvilərin varisi hesab etməyə heç bir əsasları yoxdur.
Farsların əslində Səfəvi dövlətini İran\fars dövləti saymadıqlarının mühüm və hər iki fars dövlətində təzahür edən bir göstəricisi- həmin dövlətə, onun banisinə və bütövlükdə sülalənin xatirəsinə dövlət, rəsmi səviyyədəŞ heç bir ehtiramın göstərilməməsi, var.
1.Pəhləvi dövrü(1925-1979)
2.İslam Respublikası (1979—)
17 iyul 2026
