Etnoglobus.az HEJARE ŞAMİLİN şerlərini oxucularına təqdim edir
КУЛЬТУРА
Hejare Şamillə qiyabi tanışam. Yazıları Ethnoglobus.az saytımızda dərc olunub. Onun şerlərini isə ilk dəfə idi oxudum və kvant şüuru ilə gördüklərimi, hiss etdiklərimi qısaca sözlə ifadə edim. Hejarın şerlərində sözdən əvvəl ruh gəlir, ruh danışır. Belə halda ruh halını sözlə ifadə etmək asan deyil. Söz ruh axınının qabağında vaxta sığmır. Ruh Kayrosda ( yəni İlahi zamanda) söz isə Xronosdadır (3D boyutunda istifadə etdiyimiz ilə, aya, günə, dəqiqə və saniyəyə ilə ölçülən vaxtdır). Hejar şerləri Kayros zamanında -sonsuzluqda, heçlikdə, İlahi tezliklərdə yazılıb.
Gülnara İnanc, ethnoglobus.az onlayn mərkəzinin qurucusu, kvnat psixoloqu , etnopsixoloq, mentor, jurnalist
MƏNI BAĞIŞLAMA, QURBAN OLDUĞUM...
Məni bağışlama, qurban olduğum
And verdim andlara, heç bağışlama...
Bu dünya belədi, tezin geci var
Amma heç tez olmaz gec, bağışlama.
Yazdığım hər şeir, söz günahımdı
Səni sevməyim də öz günahımdı.
Sən, mən olmadıqsa biz, günahımdı
Alın yazımdı bu suç, bağışlama.
Eşqin yox, suçundum, xatandım sənin
Mən boyda günaha batırdım səni.
Yaxşı ki özümdən qurtardım səni
Sən də öc almağı seç, bağışlama.
Sayma varlığımı heçə də, görsən,
Durma, ayaq döymə, necə də görsən...
Cismimi ruhuna secdədə görsən
Ruh kimi yanımdan keç, bağışlama.
Qoy mənə dərd olsun könül yıxmağım
Tanrı cəza kəsdi bu darıxmağı...
Sən olan dünyaya dəysə ayağım
Mən olan dünyadan köç, bağışlama!
("Poeziya aləmi" səhifəsində dərc olunub)
AYRILAQ
Heç bilmədik necə sevdik sevəndə,
Heç bilmirik indi necə ayrilaq.
Görən necə ayrılırlar sevənlər?
Bilirsənsə de, eləcə ayrılaq.
Gəlməli ki, deyildik biz, gəlmisən.
Mən tabsızam, sən niyə bəs gəlmisən?
Son görüşə qaranəfəs gəlmisən...
Derdin alım, otur dincəl, ayrılaq.
Çox ağlama, gözlərini yaş tutar,
Öz ahından özünü qarğış tutar.
Çətin gündüz bu ayrılıq baş tutar,
Vaxtın varsa gözlə, gecə ayrılaq.
Gecə keçdi, biz ayrıla bilmədik,
Ayrılıqdan tez ayrıla bilmədik.
Get bir az da döz, ayrıla bilmədik,
Bu dəfə də get, beləcə ayrılaq!
1992 -ci il
Ссылки по теме:
TSİKAN – LƏZGİ EVİNİN DADI
Sardiniyada İranla bağlı gizli danışıqlar
От нубохунде до национальной школы: история образования горских евреев (II часть)
От нубохунде до национальной школы: история образования горских евреев (I часть)
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
ABŞ ilə İran müharibəsində İngiltərənin rolu
Как горские евреи сохраняют память о Девятом ава
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Azərbaycanın ilk KVANT PSİXOLOQU Gülnara İnanc Lent.az-a danışdı: Zəngin olmaq üçün 3D-dən çıxmaq lazımdır
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
Küftə haqqında dastan.
Gülnara İnanc 20 ildən sonra Çeçenistan savaşı və çeçen döyüşçüləri haqda Lent.az saytına müsahibəsində
SUSQUNLUQ ORUCU VƏ TANRICIL YARADICILIQ PROSESİ
