Ethnoglobus » В МИРЕ » Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması

Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması

Fələstin Dövlətinin Azərbaycandakı  səfirliyinin Mətbuat Açıqlaması
В МИРЕ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
18:36, 31 mart 2026
973
0

Fələstin Dövlətinin Azərbaycandakı Səfirliyi Fələstin Prezident Administrasiyasının verdiyi bəyanata istinad edir və aşağıdakıları çatdırır:

Fələstin Prezident Administrasiyası İsrail parlamenti Knesset tərəfindən 

Fələstin məhbuslarının edamına imkan verən qanunun təsdiqlənməsini qətiyyətlə


 pisləyir və bunu beynəlxalq humanitar hüququn açıq pozuntusu kimi qiymətləndirir.


Bazar ertəsi günü verilmiş bəyanatda Prezident Administrasiyası qeyd edir ki, bu qanun

 Dördüncü Cenevrə Konvensiyasının, xüsusilə fərdlərin qorunması və ədalətli məhkəmə 

təminatları ilə bağlı öhdəliklərin açıq pozuntusudur, həmçinin Mülki və siyasi hüquqlar haqqında

 Beynəlxalq Paktın da pozulmasıdır.


Prezident Administrasiyası vurğulayır ki, bu qanun Fələstin xalqına qarşı müharibə 

cinayətidir və Qəzza zolağı, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil 

olmaqla işğal altındakı Fələstin ərazilərində İsrailin getdikcə artan siyasət və 

tədbirlərinin daha geniş kontekstinə daxildir.


Bəyanatda qeyd edilir ki, bu cür qanun və tədbirlər Fələstin xalqının iradəsini qırmayacaq, 

onların əzmini zəiflətməyəcək və azadlıq, müstəqillik uğrunda, Şərqi Qüdsü paytaxt olaraq 

qəbul edən müstəqil Fələstin dövlətinin qurulması istiqamətində qanuni mübarizələrini 

davam etdirməkdən çəkindirməyəcək.


Prezident Administrasiyası həmçinin İsraili Fələstin məhbuslarının edamını mümkün 

edən qanundan imtina etməyə çağıran bir sıra Avropa ölkələrinin bəyanatını alqışlamış 

və bu mövqenin beynəlxalq hüquq prinsiplərinə uyğun olduğunu qeyd etmişdir.

O, beynəlxalq ictimaiyyəti bu pozuntuları dayandırmaq, İsraili məsuliyyətə cəlb 

etmək və Fələstin xalqına qarşı 

davam edən cinayətlərinə, o cümlədən işgəncə, təcrid və həbsxanalarda məhbusların sistemli 

öldürülməsinə görə sanksiyalar tətbiq etmək üzrə hüquqi 

və humanitar öhdəliklərini yerinə yetirməyə çağırır.


Prezident Administrasiyası həmçinin bu cür irqçi qanunların təhlükəli 

nəticələrindən xəbərdar edib, onların gərginliyi artıraraq bölgədə təhlükəsizlik

 və sabitlik perspektivlərini təhdid edə biləcəyini bildirib. Fələstinli məhbuslar 

məsələsinin prioritetlərinin başında qalacağını bir daha təsdiqləyərək, onların qorunmasını, 

azadlığa buraxılmasını təmin etmək və onlara qarşı cinayətlərdə məsul olanların məsuliyyətə 

cəlb edilməsi üçün bütün beynəlxalq səviyyələrdə işləməyə davam ediləcəyi vurğulayıb.

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Qüds azadlıq yolunda
Qüds azadlıq yolunda
28.04.22, АНАЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İSLAM VƏ ƏRƏB DÜNYASININ HƏMAS- İSRAİL MÜHARİBƏSİNƏ MÜNASİBƏTİ
İSLAM VƏ ƏRƏB DÜNYASININ HƏMAS- İSRAİL MÜHARİBƏSİNƏ MÜNASİBƏTİ
16.11.23, ЭТНОПОЛИТИКА
Vaşinqton Fələstin-İsrail münaqişəsini Fələstinin iştirakı olmadan həll edir?!
Vaşinqton Fələstin-İsrail münaqişəsini Fələstinin iştirakı olmadan həll edir?!
28.04.22, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
08.05.22, ИСТОРИЯ И ОБЩЕСТВО
"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?
"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?
02.09.24, ЭТНОПОЛИТИКА
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
08.07.26, ЭТНОПОЛИТИКА
Fələstin Torpaq Gününün 50 illiyi
Fələstin Torpaq Gününün 50 illiyi
02.04.26, В МИРЕ
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ  GENİŞLƏNDİRİR
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
02.02.23, ЭТНОПОЛИТИКА
Hicabsız İran
Hicabsız İran
15.12.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО