Ethnoglobus » АНАЛИТИКА » İRAN VƏ ZAMANIN İRONİYASI

İRAN VƏ ZAMANIN İRONİYASI

İRAN VƏ ZAMANIN İRONİYASI
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
15:58, 17 dekabr 2025
817
0

Foto: mumbai.mfa.gov.ir

İranda əksəriyyət bütün sahələri sarsıdan son dərəcə dərin böhrandan çıxmaq yolunu  rejimin dəyişməsində, ruhanilərin siyasi, məhkəmə hakimiyyətindən kənarlaşdırılmasında, dinin dövlətdən ayrılmasında, həqiqi demokratiyanın  bərqərar edilməsində,bir sözlə, hamılıqla  adam kimi yaşamaqda gördüyü bir vaxtda, bütün bu bəlaların banisi olan Xomeyninin xatirəsini daha bir üsulla əbədiləşdirmək üçün17 dekabr 2025-ci il  tarixində  onun  adına  mükafatın ilk sahiblərinin adları açıqlanacaq. Bu mükafat 2013-cü ildə neokonservator M.Əhmədinejadın  prezidentliyinin (2005-2013) son aylarında  təsis edilsə də, prosedur  çətinlikəri və çox güman ki, 2013-2021-ci illərdə icra hakimyyətinə başçılıq etmiş  yarıi slahatçı, yarı mühafizəkar prezident H.Ruhani hökumətininin müqaviməti nəticəsində  formalaşdırılması başa çatmamışdır.

  İslam rejiminin ilk günündən onun ən qatı tərəfdarları, qoruyucuları və rəhbərlərindən biri olan, mühafizəkar İbrahim Rəisinin 2021-ci ildə prezident seçilməsindən sonra mükafatla bağlıtəşkilati, prosedur məsələləri sürətlə həll edilmiş və 2023-cü ildə təşkilat komitəsinin işə başlaması haqqındə sənəd imzalanmış və mükafatın təqdim edilmsəi ilə bağlı işlərə start verilmişdir.  Həmin vaxtdan mükafat komitəsinin əsasnaməsi müsabiqədə iştirak etmək istəyənlərin tanış olması üçün xarici ölkələrə göndərilmiş və onun ardınca  mükafat almaq həvəsində olan insanların yazı- pozularının qəbulu, hüquqi şəxslərin müəyyən edilməsinə başlanmışdır.

Mükafat komtəsinin elmi katibinin dediklərinə görə dünyada Xomeyni “aşiqləri”nin sayı-hesabı yox imiş. Nə az, nə çox mükafata 6000 nəfər, təşkilat,qurum iddialı imiş.

Onlardan yalnız 1800 nəfər, təşkilat və s,  müsabiqəyə buraxılıb.Elmi katibin dediklərindən belə məlum olur ki,Xomeyni mükafatına  son dərəcə müxtəlif, yüksək səviyyədə iştirakdan tutmuş,tam laqeydlik( dəxli və aid olmayan yazı-pozu göndərmək), və  inkara qədər( əleyhinə yazılar), münasibət sərgilənmişdir.

Seçilmiş gələcək mükafatçılar üç sahə -elmi əsərlər, təbliğatı işlər, əməli, praktiki işlər( məsələn, İsrailə qarşı mübarizədə iştirak və s.) üzrə qruplaşdırılıblar.

Maraqlıdır ki, Xomeyni yalnız mükafatın adı deyil, bütün işlər Xomeyninin həyatı, fəaliyyəti, ideyaları və s.aid olmalıdır.

Bir tərəfdən siyasi İslam və ruhanilərin hakimiyyətindən xilas olmaq səyləri göstərilir, digər tərəfdən İranın hazırki çox ağır vəziyyətinin əsas səbəbkarlarından biri olan din xadimi, onun irsi dünya miqyasında təbliğ edilir.

Həmin xəbərlə eyni vaxtda, eyni saytda İranın hazırki  böhranlı,xaos, acınacaqlı vəziyyətindən çıxış yolu haqqında danışan tarix üzrə professor vurğulaylr ki, ən münasib həll yolu həqiqı demokratiyanın bərqərar olmasıdır.Rəhbərsiz,siyasi islamsız, filansız. Nə qədim, İslamdan əvvəlki dövrü(ərəblərə bütün sahələrdə məğlub olan Sasani imperiyası) ideallaşdıran “İranşəhri” ideologiyası,  nə də Orta əsrləri( hərbi, siyasi, dini, mədəni sahələrdə qalib olan Ərəblərin həyat tərzi,dini, dünyagörüşü və s) ideallaşdıran İslamçılıq həll yolu göstərə bilməz.

Həll yolu məlumdur, İran reallığı nəzərə alınmaqla, magistral yola, hamının getdiyi və getməyə çalışdığı yola qayıtmaqdır.Bəsdir,bir ölkə üzərində  yarım əsrdir uğursuz eksperiment aparıldı.\16 dekabr 2025

Vidadi Mustafayev



Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Азербайджанская Неделя моды – приветствие воина Древнего Рима, зимой босиком, коктейльные платья и кураж
Азербайджанская Неделя моды – приветствие воина Древнего Рима, зимой босиком, коктейльные платья и кураж
07.12.21, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Hicabsız İran
Hicabsız İran
15.12.24, ЭТНОПОЛИТИКА
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
14.11.24, КОНФЕРЕНЦИИ
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА