Ethnoglobus » ЭТНОПОЛИТИКА » Hicabsız İran

Hicabsız İran

Hicabsız İran
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
15:27, 15 dekabr 2024
2 483
0

VİDADİ MUSTAFAYEV

Foto: Google

PREZİDENT M.PEZEŞKİYANIN İLK, YARIM,ÇOX ƏHƏMİYYƏTLİ  QƏLƏBƏSİ

İranda qısa adı Hicab qanunu olan qanun ölkənin  siyasi, mədəni, ideoloji həyatının ən aktul məsələlrindən birinə çevrilmişdir. Demək olar ki, hər gün Qanun tərəfdarları və əleyhdarları arasında söz\informasiya  müharibəsinin şahidi olmaq olar.

Məsələ ondan ibarətdir ki, Qanun  2023-cü ildə hazırlanıb,Məclisdə  qəbul edilib  və  3 il ərzində sınaq kimi icrası haqqında qərar qəbul olunsa da, Nəzarət Şurası ( Konstutisiya Məhkəməsi  və Mərkəzi Seçki Komissiyasının nəzarət  funksiyasını yerinə yetirən struktur) Qanuna iradları olduğu üçün Məclisə qaytarmışdır.Bundan sonra   məclis tərəfindən düzəlişlər və Nəzarət Şurası tərəfindən iradlar nəticəsində layihə həmin qrumlar arasında  mübadilə olunmaqda davam etmişdir. Nəhayət 2024-cü ilin sentyabr ayının sonuncu dekadasında Hicab  qanun layihəsi Nəzarət Şurası tərəfindən təsdiq edilmiş və bununla da layihə qanuna çevrilmişdir.Məclis həmin qanunu  icra olunmaq üçün prezidentə göndərmişdir.Qaydaya görə prezident 5 gün ərzində  qanunu imzalamalı və icrasına başlamalı idi.Lakin qanunun məzmunu və mahiyyəti prezidentin prezident seçkiləri kampaniyası zamanı hicabla bağlı verdiyi vədə zidd olduğundan  qanunu imzalamaqdan vaz keçmiş və məclislə qanununun  islahı ətrafında danışıqların lazım olduğuna diqqət çəkmişdir.

5 günlük vaxt çoxdan keçdiyindən qanun tərəfdarları onun icrasını təmin etmək üçün prosedura ilə nəzərdə tutulmuş ehtiyat vasitədən istifadə edilməsini tələb etmişlər. Ehtiyat vasitə spikerin qanunu imzalayaraq icra üçün hökumətə təqdim etməsindən ibarətdir.Spiker  sentyabrın axırından noyabrın axırına qədər öhdəsinə düşən vəzifəni yerinə yetirməkdən boyun qaçırsa da, nəhayət  prezidentlə aralarında bizə məlum olmayan nəsə baş verdiyindən, noyabrın  27-də mətbuat konfransında qanunu azər ayının 23\ dekabr ayının 13-də imzalayacağını elan etdi.Bundan üç gün sonra  Hicab qanununun təqdimatı keçirildi və mətni kütləvi informasiya vasitələrində dərc edildi.Qanunda hicabsızlığa qarşı artan cərimələr, cərimələrin ödənilməməsi halında vətandaş hüquqlarının məhdudlaşdırılması və s.   cəza tədbirləri nəzərdə tutlur.


Qanunun mətninin dərc edilməsi ona qarşı müxalif qüvvəlləri ayağa qaldırdı.Həmin qüvvələrin başında M.Pezeşkiyan hökuməti dururdu.

Qanuna hökumətin  ilk mənfi reaksiyası prezident ofisinin İctimai əlaqələr şöbəsinin rəisinin müavinindən gəldi.11 azər \1 dekabr tarixində o dedi :”ləyaqətli hakimyyət pis qanunların icrası”nın qarşısını alacaq.Həmin gün tanınmış siyasi xadim, uzun illər parlamentin spikeri olmuş Ə.Laricani qanuna qarşı çıxdı.

Aşağıda  qanunun əlyhdarları və tərəfdarlarının bir sıra İran saytlarından götürülmüş mövqelərini əks etdirən fikirləri sxamatik və xronoloji qrdıcıllıqla diqqətə çatdırılır.

11azər\1 dekabr

Hüquqşünas: Hicab qanunu yalnız və yalnız siyasi məsəldir.Bu qanunda millətin hüquqları, ictimai hüquqlar və şərtləri gözlənilməyib.Qanunun maddələrinin icrası mümkün deyil.

Tanınmış islahatçı:Xalq hicab yükünün altına girə bilməz. O,M.Pezeşkiyana istinadən:Pezeşkiyan deyib ki qanun icraya yaramır.

Digər şəxs:Hicab qanunu şəffaf və qane edici deyil.

12 azər\2 dekabr

Məhkəmə hakimiyyətinin başçısı: Qanun qəbul edilbsə,icra olunmalıdır.İslah olunmağa ehtiyacı varsa, islah etsnilər.Qanun dəqiq və icraya  qabil olmalıdır.Əlavə edək ki, qanunun ilk variantı Məhkəmə hakimiyyəti tərəfindən hazırlanmışdır.

İslahatçı:Qanun Pezeşkiyana qarşı yönəlib.

Parlamentin spikeri:Hicab bir şəri və qanuni məsələdir.

Ayətullah:Bu qanunun qəbul edilməsi mərcələrin ( ali dini avtoritetlər)   xatırlatmaları və istəklərinə ziddir.

Məclisin Mədəniyyət Komissiyasının sözçüsü: Əleyhdarlar ya qanunu yaxşı mütaliə etməyiblər,ya da normaları pozmağı bir prinsip kimi qəbul edirlər. Bu qanun milli birliyin\vəfaq güclənməsinə yardım edəcək.      Qanun düzgün icra olunsa, xalq özü onun  əsas dəstəkçisi olacaq.

İslahatçı: Prezident seçkilərində məğlub olanlar( S.Cəlili, M.B.Qalibaf,  radikal mühafizəkar Paydari \sabitlik cəbhəsi və tərəfdarları) azlığın baxışını əksəriyyətə qəbul etdirmək istəyirlər.

13azər\3 dekabr

Prezident R\tv müsahibəsində:”Ədalətsiz qanun icra olunmayacaq, icra olunsa belə  narazılıq yaradacaq”. Daha sonra qanunla bağlı bir neçə iradı dilə gətirdi.Dedi ki, nəqliyyat vasitəsinin sürücüsünün sərnişinin geyiminə , kafe, restoran sahibinin müştərinin geyiminə nə dəxli var? Qeyd: qanunda sərnişin və müştəri qadının hicab vəziyyətinə görə həmin şəxslərə qarşı da  tədbirlər nəzərdə tutulur.

İslahatçı təklifi:Hökumət qanunu icra etmək istəmirsə, onunla bağlı büdcə ayırmasın.

Tərəfdar:Hicab Allahın hökmüdür, qanunda da qeyd edilib.

Əlehydar:Hicab qanunu xristianların( katoliklərin) cənnətə bilet almağına( indulgensiya) bənzəyir.

Ayətulla:Güclə icra edilsə, uğursuz olacaq.

Əleyhdar: Hicab qanunu hamının hamıya qarşısı müharibəsi deməkdir.

15 azər\5 dekabr

Məclisin Mədəniyyət Komissiyasının sədr müavini:Hər bir qanun haqqında  istifta əsas götürülmür.Qeyd:  ali rütbəli ruhanilərin(mərcə) burada Rəhbərin, konkret məsələlər haqqında dini, şəriət baxımından verdiyi qərar nəzərdə tutlur.Yəni hətta Rəhbər qanunun şəriətə zidd olduğunu desə belə, bunun  məsələyə təsiri olmayacağı vurğulanır. Sədr müavini daha sonra deyir ki,əsl,mötədil ailələr hicaba qarşı deyil.Məclisdə hamının qarşısında  and içən şəxs( yəni prezident) üçün qanunun icrası vacibdir.Pezeşkiyanın prezident olduğu qanun əsasında Hicab qanunu qəbul edilib və icra olunmaldır; ola bilməz ki, bəzi qanun qəbul edilsin, bəzisi yox.

Tərəfdar:Qanun islah yox, icra olunmalıdır.

Əleyhdar:Qanun  milli həmrəylik və birliyi zəiflətməyə hesablanıb.

16 azər\6 dekabr

Əleyhdar:Az saylı firqə\ qrup  ölkəni problemlə üz-üzə qoymağa, vətəndaş müharibəsinə  sürükləyir.

Təklif: Prezident Rəhbərə məktub yazsın, ya da onun yanına gedib vəıziyyəti danışsın.

Hüquqi yanaşma:Qanunun icra edilməməsinin  qanuni yolu yoxdur.

Ayətulla: Deyə bilməzsiniz ki, qanunu icra edə bilməzsiniz. ”Düşmən bayrağını kim qaldırır, Hicabı çıxarmaqla bizim ölkədə  normaların pozulmasını təşviq edən şəxs”( Pezeşkiyana qarşı ən ağır ittiham)

Tərəfdar: Hicabsız qadın bizim məhrəmimizdir, onunla tolerant davranmaq olmaz.Qeyd: inqilabdan sonra ilk vaxtlar  geniş şəkildə, sonralar gizli əkildə hicabsız xanımlara qarşı təcavüzə  yenidən haqq qazandırılır.

17 azər\7 oktyabr

Tərəfdar: Xalq hicab qanununu  qəbul edir, hökumət icra etməlidir.

18 azər\8 dekabr

Prezident: tutha-tut, həbsxana ilə heçkəsi hicablı etmək olmaz.

19 azər\9 dekabr

Pezeşkiyan: Xeyir işlrərə  təşviq… qəragahının əli ilə  cəmiyyəti idarə etmək olmaz.Bu, yalnız xalqın bizə qarşı durmasına səbəb olacaq.Hicab  əsaslı “dəyişikliləri və inqilabı yaxınlaşdıracaq”. Qanunun 3 mənfi cəhəti var:1. Ürək bulandırır 2.Xalqı dindən uzaqlaşdırıb onu zəiflədir,3.İnqilabı yaxınlaşdırır.

20 azər\10 dekabr

Turizm naziri: Hicab qanunu ilə xarici turistləri cəlb etmək mümkün olmayacaq.Qeyd : Qanunda hicabsız xarici turistlərin ölkədən yarımçıq çıxarıması nəzərdə tutulur.

Prezidentin köməkçisi:Allah xatirinə,xalqın xatirinə, İranın xatirinə, hərəkətlərinizin nəticəsi haqqında düşünün.Bu qanun vətəndaş itaətsizliyinə səbəb olacaq.


23 azər\13 dekabr

Hamı Spikerin qanunu imzalayacağını gözləyirdi.Lakin həmin gün bu barədə heç bir məlumat verilmədi.Tərəfarlar və əleyhdarlar arasında informasiya müharibəsi davam edirdi.

Ayətulla: Xalq dini ehkamları, o cümlədən Hicab qanununu icra etməyi tələb edir.Hökumət bunun üçün lazımi infrastruktur yaratmalıdır.

Tərəfdar: Hökumət  dini ehkama qarşı çıxır.

Əleyhdar : Hicab dini hökmdür, lakin dində  dünyəvi cəza nəzərdə tutlmayıb.

Ali Mədəni İnqilab Şurası  prezidentin mövqeyini dəstəklədiyini bəıyan edib

24 azər\14 dekabr

Məlum oldu ki, Hicab qanununun  icrası təxirə salınır.Bunun səbəbi ilə bağlı  müxtəlif fikirlər söylənir.Bir halda hökumətin məclisdən bununla bağlı xahiş etdiyi, digər halda bu barədə Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qərar qəbul edildiyi deyilir və əlavə edilirki, Şura qanunun icrasının 3 ay müddətinə təxirə düşməsini istəyib.Bununla bərabər Hicab qanununun tərədaralrı olan deputatlar elan ediblər ki. Hicab qanunu 1dey\ 21 dekabr tarixində imzalanaraq  icraya veriləcək.

Göstərilən ikinci tarixin spiker deyil deputat tərəfindən səsləndirilməsi həmin tarixdə qanunun imzalanacağına şübhə yaradır.

Hər halda Spikerin hansı səbəbdən asılı olmayaraq elan etdiyi  addımdan geri çəkilməsini Pezeşkiyanın qələbəsi hesab etmək olar.Qeyd edildiyi kimi, qəbul olunmuş qanunu artıq ləğv etməyin qanuni yolu olmadığı üçün həmin qəlbəni yarım qələbə adlandırmaq  olar.Çünki hökumət bu və ya digər şəkildə yeni qanun yazsa da, onu icra etməli olacaqdır.Əgər hökumətin  hazırlayacağı yeni qanun layihəsinin qanuna çevrilməsinə qədər hazırki qanunun icrası dayandırılsa, onda demək olar ki, Pezeşkiyanın prezidentliyinin sonuna qədər həmin qanun icra edilməyəcəkdir, çünki yeni, islah olunmuş qanun özü də  yenidən təsdiq olunmaq üçün uzun bir prosedur yolu  keçməlidir.

Amma qanun tərfdarları vurğulayırlar ki, qaydaya görə  qanun icra edilməsindən 6 ay sonra hökumət onun islah edilməsi barədə yeni layihə təqdim edə bilər.

Belə olsa , Pezeşkiyanın və qanun əlyhdarlarının zəhmətinin hədər getdiyini güman etmək olar.Lakin Hicab  qanununun  əlyhdarlarının onun icrasının  nəinki milli birlik və həmrəylik , hətta sistemin varlığı və ondan irəli gələn ən ağır nəticəlrə səbəb olcağından danışmaları və qanun əleyhinə ən yuxarı səviyyədə vəfaq mövcud olduğundan onun tezliklə imzalanacağı və icra ediləcəyini gözləmək olmaz.

Bütün hallarda yaranmış vəziyyəti   M.Pezeşkiyanın  verdiyi vədlərin icrası istiqamətində  qazandğı mühüm  nailyyət, hələlik yaraımçıq da olsa, mühüm qələbə adlandırmaq ədalətli olardı. Əgər Hicab sahəsində M.Pezeşkiyanın qələbəsi təsbit edilərsə, onda digər sahələrdə də qələbəsi üçün şərait yaranmış olacaqdır.

Bütün hallarda  zahirən mülayim, sadəlövh görünən prezident  eyni zamanda  inadcıllığını ,o qədər də üzüyola olmadığını,verdiyi sözün üstündə durduğunu,vədlərini yerinə yetirməkdə qərarlı olduğunu  nümayiş etdirdi.\14 dekabr 2024

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО