Ethnoglobus » РЕЛИГИЯ » Allaha inanmaqla Onu həyatın mənası halına gətirmək arasındakı fərq

Allaha inanmaqla Onu həyatın mənası halına gətirmək arasındakı fərq

Allaha inanmaqla Onu həyatın mənası halına gətirmək arasındakı fərq
РЕЛИГИЯ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
19:49, 27 yanvar 2023
1 618
0
Elvüsal Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru

Allaha inanmaqla Onu həyatın mənası hesab edib dünyagörüşünün əsas fiquru halına gətirmək arasında fərq vardır
Allaha inanmaqla Onu həyatın mənası hesab etmək, dünyagörüşünün mərkəzi fiquru halına gətirmək, Ona bu və ya digər fəaliyyətdə təşviqedici, yaxud çəkindirici stimul gözü ilə baxmaq arasında fərq vardır. Birincisi inancdır, digər hallar isə daha təsirli, daha qənaətbəxş, daha uzunömürlü seçimi ifadə edir...
İnancın nəzəri, mücərrəd, yaxud kortəbii olması mümkündür; belə inanc forması çox vaxt təəssübkeşliyi və radikallığı, ya da primitivliyi və zəifliyi, “havada sallanmağı” ilə seçilir. Bu inanc mühakimə etmir, suallara cavab axtarmır, təhlil və tənqidə açıq deyildir, qapalılıq və doqmatik susqunluqdan əziyyət çəkir, hər şeyi tabu halına gətirməyi sevir. Hər şeyin həm haqlı, həm də meyarsızlıq xəstəliyi üzündən əsassız və bivec formada mühakimə olunduğu modern dövrdə quru və nəzəri inanc gənclər üçün cazibədar deyildir. Teizmin sadəcə quru və mücərrəd inanc üzərində qurulması deizm, ateizm və digər destruktiv, antisistem səciyyəli cərəyanların gənclər arasında yayılmasının səbəblərindən biridir.  Bizə quru və mücərrəd deyil, möhkəm, şüurlu, qənaətbəxş, rasional əsaslar üzərinə qaldırılmış inanc lazımdır. 
Biz Allaha sadəcə inanmayıb, həm də Onu həyatın mənası hesab etdiyimizdə, dünyagörüşümüzün mərkəzi fiquruna çevirdikdə, dünyaya və varlığa dair sualların cavabını Onda axtardıqda, insana, təbiətə, kainata, həyata münasibətdə Onun dediklərini meyar seçdikdə başqa mənzərə yaranır. Əlbəttə ki, Allaha münasibətdə bu səviyyəyə çatmaq üçün bizə ağılın imkanlarından müəyyən mövzuları araşdırmaq üçün istifadə etmək lazım gələcəkdir. Öyrənə-öyrənə, araşdıra-araşdıra, təhlil edə-edə biz rasional mühakimənin faydalı və səmərəli nəticəsi ilə qarşılaşacağıq: həyatın mənası, xoşbəxtlik (fiziki həzz və rahatlıq deyil!) və ölüm probleminə dair qənaətbəxş cavablar Allahda gizlidir. Allah yoxdursa, cavablar da yoxdur, cavablar yoxdursa, insan oğlu qeyri-müəyyənlik və qorxuların əsiri olacaq, bu qorxu və narahatlıqdan qaçmaq üçün  özünü “keyləşdirən, sərxoş edən” həyat tərzini mənimsəyəcək, özünü bu sayaq məşğuliyyətlərin ağuşuna atacaqdır. 
Allaha daha şüurlu münasibət Onun mövcudluğuna əminliyi artırır, insanı xoşbəxt edir; belə münasibət insanı zəngin, yaxud varlı etmir; mümkündür ki, məişət qayğıları onu sıxsın, texniki-maddi problemlər içərisində boğulsun, amma psixikası, daxili aləmi rahatdır; ona görə ki dünyanın mənası və “statusu”nu başa düşmüşdür, həyata dair daha geniş diapazonlu baxış bucağına sahibdir. Yəni, fiziki rahatlıqla xoşbəxtlik ayrı-ayrı şeylərdir. Dünyəvi həzlər, əyləncə və elmi məşğuliyyət, yəni dünya bizi rahatlada bilər, amma bizi xoşbəxt edən Allaha şüurlu münasibətdir. Savadı, yaxud ictimai vəziyyətindən asılı olmayaraq, bir insanın ölümün olduğu bir dünyada situativ deyil, prinsipial xoşbəxtliyi üçün həyata və ölümə dair qeyri-müəyyənlik və qorxulardan azad olmağı lazımdır. 
Həyatın mənası, mənşəyi və sonu haqqında bizdəki qeyri-müəyyənlik, qorxular qaldıqca daxilən rahat və sakit ola bilmərik. Məhz rasional və şüurlu münasibətin meydana çıxardığı, təmizlənmiş qəlb və paklanmış ruhun “hiss” etdiyi Allah inancı insanı insan edəcək, onu qoruyacaq, dağıdıcı və yırtıcı, həm də əxlaqsız varlığa çevrilməsinin qarşısını alacaq, mələkləşməsinə, ruhən ucalıb nuraniləşməsini təmin edəcəkdir...
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Azərbaycanda hökumət dini düzgün əsaslar üzərində cəmiyyətdə  yenidən bərqərar olmasını istəyir.
Azərbaycanda hökumət dini düzgün əsaslar üzərində cəmiyyətdə yenidən bərqərar olmasını istəyir.
23.06.22, ЭТНОПОЛИТИКА
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
05.11.25, НАРОДЫ
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА