Ethnoglobus » РЕЛИГИЯ » Azər Cəfərov: Müasir İran cəmiyyəti iqtidarın bəhailərə qarşı talan və təzyiqlərinə qatılmır

Azər Cəfərov: Müasir İran cəmiyyəti iqtidarın bəhailərə qarşı talan və təzyiqlərinə qatılmır

image

Bəhailik müasir dünyanın çağırışlarına cavab verən, dinamik və müasir bir dindir. Gəncliyinə baxmayaraq uyğun aqressivliyi və impulsivliyi müşahidə olunmur.  Bu amillər isə bəhailiyi dindən daha çox fəlsəfə anlayışına şamil etməyə imkan verir. Bu mənada yaranan sualları araşdırmaq üçün 

Ethnoglobus.az analitik resursunun Bəhai Dini İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru, aqrar elmlər üzrə fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin dosenti Azər Cəfərov ilə eksklüziv müsahibəsini oxucularımıza təqdim edirik.

 

Müsahibəni hazırladı:Gülnara İnanc

 

 

-Müasir dövrün mövcud çağırışları fonunda Azərbaycanda bəhailərin sosiallaşması prosesi necə gedir?

 

- Azərbaycanda bəhailərin sosiallaşması ilə bağlı problem yoxdur. Onlar bütün dövrlərdə yaşadıqları ölkənin sosial – fəal üzvləri olublar. XX əsrin əvvəllərində bəhailər Bakıda xeyriyyə cəmiyyətləri yaradaraq ətraf cəmiyyətə yönəlmiş xeyriyyəçilik işlərini həyata keçiriblər. İcmamız üzvi, tanınmış mesenat, milyonçu Ağa Musa Nağıyevin gördükləri işlər və cəmiyyətin mənəvi problemlərini öz əsərlərində işıqlandıran görkəmli şair və şəxsiyyət Hüseyn Cavidin fəaliyyəti xüsusi söhbətin mövzusudur. Müasir dövrdə də bəhailər cəmiyyətin ayrılmaz hissəsidir və daim Azərbaycan cəmiyyətinin sosial həyatında fəal iştirak etməyə can atırlar, onun mənəvi bə maddi tərəqqisinə töhfələrini verirlər. İcmamız Azərbaycanda multikultural mədəniyyətin və tolerant mühitin yaradılması, ailə institutunun möhkəmləndilməsi, qadın-kişi bərabərliyinin irəlilədilməsi, yeniyetmə və gənclərin intellektual və mənəvi inkişafı ilə bağlı proqramların həyata keçirilməsində və digər məsələlərdə hökumət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir. Bəhailər məhəllə layihələrindən tutmuş dövlət səviyyəsində həyata keçirilən tədbirlərə kimi proqramlarda iştirak etməyə və öz təmənnasız yardımlarını göstərməyə çaslışırlar. 

 

- Bəhailər haqda mövcud əsas stereotiplər hansıdır ?

 

- Tarixi aspektdə götürdükdə bu cür stereotiplər həmişə olub: XIX əsrin 40-50 ci illərindən ta Cümhuriyyət dönəminə kimi “dönük”, “bidət”, Sovet dönəmində “xirda burjua ideologiyasının daşıyıcıları”, “sovet ideologiyasının düşmənləri” və digərləri. Keçən əsrin 80-ci illərin sonlarında, və  müstəqilliyimiz ilk illərində də bəzi stereotipləri var idi: “missioner təşkilat”, “qeyi-ənənəvi dini hərəkat” kimi ifadələrə mətbuat səhifələrində rast gəlmək mümkün idi. Bu günkü həyatımızda stereotiplərə, demək olar ki, rast gəlmirik. Dövlət orqanları və vətəndaş cəmiyyəti Bəhai icması və onun fəaliyyətləri haqqında kifayət qədər məlumatlıdır. 

 

 

- Bəhailikdə qapalılıq və məxfilik müşahidə olunur. Bu qapalılığın səbəbi nədir?

 

-Əksinə, dünyanın hər bir yerində Bəhai icmaları açıq icmalar və yaşadıqları cəmiyyətin sosial həyatında fəal iştirak edən qruplar kimi tanınırlar. Bu bütün dövrlərdə belə olub. Bizim Beynəlxalq qurumlarımız planetimizdə sülhü, qlobal eko­logiya və insan haqlarını qorumaq, xalqların sosial-iqtisadi inkişafına nail olmaq məqsədilə BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında, o cümlədən Nayrobidə  Ətraf mühitə dair Proqramında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhai icmaları (hazırda dünyanın 234 ölkəsində bəhai icmaları mövcuddur) hər il öz ölkələrinin sosial-iqtisadi inkişafına nail olmaqdan ötrü 1600 -dən çox  iri miqyaslı layihələr həyata keçirirlər. Onu da qeyd edim ki, Azərbaycanda təqiblərin tuğyan etdiyi dövrlərdə icmalarımız öz üzvlərini qorumaq məqsədilə fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində olubdur. Sovet dönəminin 30-cu illərində, həmçinin 40-50-ci illərdə, bəhai icmasının 38 üzvinin güllələnməsi və ya həbs yerində nəmalum səbəbdən dünyasını dəyişməsi, ailələrin Azərbaycandan sürgün olunması bəhai icmalarının genş fəaliyyətinə imkan vermədiyi üçün belə bir qapalılıq təəssüratı yaranmışdı. 1989-cu ildən etibarən bəhai icmaları nisbətən normal fəaliyyətini bərpa etmişdir. İcmanın qapıları dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hamının üzünə açıqdır. Biz hamını bizim sosial proqramlarda iştirak etməyə dəvət edirik.

 

- Bəhailər siyasi ambisiyalar daşımırsa, bu, onların siyasi baxışlarının olmaması deməkdirmi, yaxud bəhai siyasi karyera qurmaq istərsə, o nə etməlidir?

 

-Bəhailər siyasətə qoşulmur, siyasi disputlarda iştirak etmir, heç bir siyasi qüvvəni dəstəkləmir, siyasi mahiyyət daşıyan qurumlarda karyerə qurmurlar. Onlar öz fəaliyyətlərini Azərbaycan Respublikasının Konsitututsiyası və onun qanunvericiliyi əsasında həyata keçirirlər. Bununla belə, Azərbaycan cəmiyyətinin tam hüquqlu üzvi kimi bəhailər ölkəmizdə baş verən ictimai, iqtisadi və siyasi prosesləri diqqətlə izələyirlər. Bizim “siyasi baxışımız” – Azərbaycan cəmiyyətinin birliyi, təhsil və mədəniyyətimizin inkişafı, Respublikamızın dünyanın ən yüksək inkişaf etmiş ölkələri arasında layiqli yerini tutmasıdır. Bu məqsədlərin həyata keçməsindən ötrü hansısa siyası partiyanın üzvi olmaq, “siyasi yollarla” getmək və siyasi karyera qurmaq lazım deyildir. Bizim bütün fəaliyyətlərimiz – maarifçilikdən, Azərbaycan cəmiyyətinin mənəvi inkişafı yolunda çalışmaqdan ibarətdir.

 

-Bəhailiyin vətəni olan İranda dindaşlarınızın durumu haqda nə deyə bilərsiz?

 

- İran Bəhai dininin vətənidir. Dünyanın heç bir ölkəsində bəhailər İrandakı kimi qəddar münasibətlə üzləşməyiblər. Yarandığı gündən yaşadığımız günlərə kimi bu dinin ardıcıllarına qarşı təqiblər istər Qacaqlar, istər Pəhləvilər, istərsə də indiki  rejim dövründə arası kəsilmədən davam etmişdir.  1979-cu il İslam inqilabından sonra təqiblər daha ciddi və sistematik şəkil almışdır: 200 nəfərdən çox bəhai qətlə yetirilmiş, minlərlə bəhai həbsxanaya atılmış və ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Bəhailər ən elementar insan hüquqlarından – Ali təhsil almaq, dövlət idarələrində işləmək, bankdan kredit görütmək, sərbəst biznes fəaliyyəti ilə məşğul olmaq hüququndan və s. məhrum edilmişlər. Hazırda yüzlərlə bəhai ağır həbsxana həyatını yaşayır.

 

İran höküməti 2022-ci ilin iyun-avqust aylarında bəhai icmasını zəiflətmək və son nəticədə dağıtmaq məqsədilə yeni kampaniyaya start vermişdir. Bütün ölkə boyu, İranın şəhər və kəndlərində bəhailərin kütləvi şəkildə döyülməsi, həbsə alınması, evlərinin talan edilməsi və uçurdulması həyata keçirilir. 

 

Acınacaqlısı odur ki, dogma vətənində yaşayasan, özünü xalqın bir hissəsi hesab edəsən, səni əhatə edən insanları sevib və yaşadığın cəmiyyətin tərəqqisi naminə təmənnasız nəsə etmək arzusunda olasan, amma bu istəyin müqabilində ölkənin hüquqsuz vətəndaşına çevriləsən, söyüləsən, döyüləsən və “düşmən” sayılasan.  Bu, həqiqətən çox üzücüdür.

- Sıravi iranlılar iqtidarın bəhailərə qarşı təzyiqlərində iştirak edirmi?

 

- Qacarlar və Pəhləvilər dönəmində və İslam inqilabından sonra ilk illərdə İran cəmiyyətinin dindar seqmenti dövlətin anti-bəhai siyasətinə dəstək verirdi. Talanlar və bəhai qəbiristanlıqlarının dağıdılması mollaların fətvası və sadə insanların fəal iştirakı ilə həyata keçirilirdi. Hazırda bu cür kütləvi halları müşahidə etmirik. Əksinə son illər İran cəmiyyətinin tanınmış ziyalıları, hətta sadə insanlar və bəzi din xadimləri İran hökuməti tərəfindən bəhailərin təqib olunması və onlara qarşı aparılan ayrı-seçliki siyasətinə öz haqq səslərinin qaldırmağa başlamışlar.

 

- Bəhai icmaları İsraildə mərkəzləşən Dünya Ədalət Evindən gələn qərarlarla idarə olunur. Bu halda İran hakimiyyəti bəhai amilini özünə qarşı təhlükə olaraq görməsində haqlı deyilmi?

 

- Sualın qoyuluşuna bir qədər aydınlıq gətirmək istərdim. Təmiz dinin özünün funksiyası var və buna siyasi baxışla yox, məhz dinin özünün sivilizasiya quruculuğunda və insanların həyatındakı rolu nöqteyi-nəzərindən baxmaq lazımdır. Bəhai dini tarixdə mühüm rol oynamış böyük dini sistemlərin davamı kimi, bu gün bəşəriyytin qarşılaşdığı problemlərin həlli yollarına işıq salır. Ona bu cəhətdən baxmaq daha doğru olardı. Həqiqi din heç vaxt insanlığın əsl maraqlarına təhlükə ola bilməz. Bəlkə bu gün nəinki bir ölkənin, ümumiyətlə, bəşəriyətin problemlərinin səbəbləri üzərində düşünmək və sosial təkamül, dinin insan həyatında rolu barədə düşünmək daha faydalı olardı. Həqiqi din bir xalqın xeyrinə,   digərinin ziyanına ola bilməz. Dünyadakı bəhai icmaları dünya mərkəzi kimi Bəhai Dininin ali ruhani və inzibati orqanı – Ümümdünya Ədalət Evinə bağlıdır, lakin hər bir ölkədə olan bəhai icmalarının özlərinin idarətetmə strukturu vardır.  İsrail dövlətinin ərazisində yerləşsə də, onun nə İsrail dövləti, nə də Yəhudiliklə heç bir əlaqəsi yoxdur. Əvvəla, bəhai dini indiki İsrail ərazisində 1868-ci ildən mövcuddur, İsrail dövləti isə 1948-ci ildə yaradılmışdır. İkincisi, Bəhai dinin ən əhəmiyyətli və vacib prinsipi siyasətə qoşulmamaq və yaşadığı ölkənin qanunlarına tabe olmaqdır. Əslində İran hakimiyyəti bunu çox yaxşı bilir və Bəhai Mərkəzlərinin israil ərazisində yerləşməsini bəhanə gətirərək ölkə daxilində onlara qarşı aparılan təqiblərə haqq qanazdırmağa çalışır. 

 

-Tehran-Bakı münasibətlərindəki hələ də davam edən gərginlik İranda və Azərbaycanda yaşayan bəhailərə qarşı təzyiqlərdə rol oynayırmı?

 

-Azərbaycanda və İranda Bəhailərə münasibət 180 dərəcə fərqlidir. Azərbaycan insan haqlarının, xüsusən də əqidə azadlıqlarının gözləndiyi ölkədir. Bu, Azərbaycan Respublikasının Konstitutsiyasında və qanunlarında öz əksini  tapmışdır. Bütün fəaliyyətlərimiz açıq şəkildə, məhdudiyyət qoyulmadan həyata keçirilir. Mərkəzlərimiz hamının üzünə açıqdır. İranda isə vəziyyət, yuxarıda qeyd etdiyim kimi, bu cəhətdən olduqca acınacaqlıdır. Bununla belə  Azərbaycanla İran arasında gərginliyin artmasının İrandakı dindaşlarımızın onsuz da ağır olan həyatına hansı təsir qoduğunu demək çətindir. Həm də İran bəhailəri etnik baxımdan rəngarəngdir. Bəhailər bütün dünya olduğu kimi, İranda da hanısısa etnik və ya sosial qrupa bağlı deyillər. Hazırda dünya miqyasında bəhailər 2100 millət, xalq və etnik qrupa mənsub 10 milyon insanı bir­ləşdirir. İranda bəhailər müxtəlif millətlərə və etnik qruplara mənsub 500 min insanın birləşdirən ən böyük dini azlıq hesab edilir.

 

- Müşahidələrimə görə hazırda bəhailiyin öyrədilməsi  müasir elmlərə və çağırışlara əsaslanır. Bunu necə şərh edərsiz?

 

- Bəhai dini təliminə görə, insanın təlim-tərbiyəsi üç sütun üzərində təşəkkül tapmalıdır: ruhani, intektual və fiziki tərbiyə. İnsan Sivilizasiyası ruhani transformasiyadan keçməklə, elmi biliklərin və texnologiyaların tərəqqisi yolu ilə getməlidir. Həzrət Bəhaullah buyurur ki, “bütün insanlar daim inkişafda olan Sivilizasiyanı irəlilətməkdən ötrü yaradılmışlar”. Ona görə də insan cəmiyyətinin inkişafını ləngidən bütün dini, etnik, cinsi, irqi, sosial təəssübkeşlik və önyarğılar aradan qaldırılmalıdır. İnsan cəmiyyəti bir qanadı elm, digər qanadı din olan quşa bənzəyir. Quş bir qanadı ilə uça bilmədiyi kimi Bəşəriyyət də yalnız din və ya ya yalnız elmə əsaslanıb inkişaf edə bilməz. O, yalnız dini əlində tutub irəli getsə, fanatizm və cəhalət qaranlığına düşəcək, yalnız elm yolu ilə getsə, materialzm və mənəviyyatsız bataqlığında batacaq. Hər iki qanad – Elm və Din eyni qüvvə ilə çalışan zaman Bəşəriyyət indiyənə kimi görünməmiş inkişaf əldə edəcək, dünyamız indikində qat-qat yüksək maddi və mənəvi rifaha çatacaq.

 

 

 

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. Risky Partnership
  6. «Шеш кнафаим»: книга, потерянная по дороге
  7. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  8. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  9. Что происходит в Юго-Восточной Азии?
  10. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  11. Rəhbər Xameneyinin başına nə gəldi?
  12. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  13. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  14. Когда рукопись становится практикой
  15. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  16. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  17. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  18. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  19. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  20. Welatparêzekî kurd ji Azirbêcanê
  21. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  22. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  23. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  24. XHAR – LƏZGİ OCAĞI
  25. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  26. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  27. “QALİB” İRAN
  28. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
  29. Молчаливое свидетельство эпохи
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ