Bizə hansı ilahiyyatçı lazımdır, yaxud məscid imamı necə olmalıdır?
РЕЛИГИЯ
Elvüsal Məmmədov, ilahiyyatçı
| Fəlsəfə üzrə fəlsəfə doktoru |
Bu yaxınlarda dostlar şikayət etdilər ki, may ayının 3-də Bakı məscidlərinin birində bayram xütbəsi verən şəxs çıxışında məzhəblərarası nifrət və konfliktə səbəb olacaq cümlələr işlətmiş, Peyğəmbərin səhabələrini təhqir etmişdir. Həmin xütbə ilə video formatda tanış olduqda gördüm ki, kifayət qədər təhlükəli, konfessiyalararası birgəyaşayışa, dini-mədəni plüralizmə zidd fikirlər səsləndirilib...
Məqsədim həmin xütbəni təhlil etmək deyildir. Demək istədiyim şey başqadır. Mən sualı bu cür qoyuram: Böyük dövlətlərin maraq dairələrinin kəsişdiyi, gizli və aşkar düşmənlərlə əhatələnmiş Azərbaycanda bizə nə lazımdır: məzhəbçilik və sektantlıq zəmində parçalanmaqmı, bir-birimizə düşmən kəsilib kin qusmaqmı, ayrı-ayrı dövlətlərin məzhəbçi maraqlarının qulbeçə təmsilçisi olmaqmı, yoxsa tək Allaha, eyni qibləyə, eyni kitaba, eyni peyğəmbərə üz tutmağa çağıran, inananların qardaş olduğunu deyən, camaatçılığa deyil, ümmət olmağa vurğu edən islamın xeyir-duası ilə birləşməkmi, bir-birimizə hörmət etməkmi?!
Deyin, bizə hansı ilahiyyatçılar lazımdır: başqa ölkənin ağzı ilə danışan, yoxsa öz ölkəmizin havası ilə nəfəs alan?
Vallah ayıbdır: XXI əsrdə ibtidai və orta əsr təfəkkürü ilə məzhəbçilik edirik, başqa məzhəblərin dəyərlərini təhqir etməyə "cənnət qəbzi" gözü ilə baxırıq... Məgər din eyni inanc daxilində parçalanmaq üçünmü göndərilib?! Dinin vəzifəsi ruhu xilas etmək deyildirmi?! Başqalarına nifrət aşılamaqla ruhu paklamaq olarmı?! Nifrət və nifaqın aşılandığı könüllər yer üzünü mənən abadlaşdıra bilərmi, birləşdirməyi, sevməyi, qucaqlamağı bacararm?!
Ancaq özünü təmsil edən şəxslə bu və ya digər qurumu təmsil edən kimsə eyni deyildir! Respublikanın rəsmi qurumlarının nəzarəti altındakı məsciddə xütbə söyləyən bir imam gərək dediklərinə diqqət yetirsin... Çünki minbər sahiblərinin təsir gücü daha çoxdur. Onlar bilməlidirlər ki, özlərinin ölkə müsəlmanları arasına nifaq salacaq, sektantlıq toxumu əkəcək fikirləri daha dağıdıcı, daha neqativ ola bilər...
Bizə məzhəbçilikdən uzaq, birləşməyə, qardaşlığa, ümmətçiliyə vurğu edən, respublikadakı ənənəvi dini-mədəni birgəyaşayışa sadiq qalan, bu nəcib ənənəni davam etdirən ilahiyyatçılar lazımdır, məzhəblərarası nifrəti körükləyən, ölkədə dini stabilliyi pozmağa çalışan radikal məzhəbçilər deyil!
Bu yerdə, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının əhəmiyyətini bir daha vurğulamaq lazımdır. Nə yaxşı ki, ölkəmizdə belə bir təhsil ocağı fəaliyyət göstərir. Çünki institutun əsas məqsədi yüksək ixtisaslı, geniş dünyagörüşlü, məzhəbçilik və sektant təfəkkürdən uzaq ilahiyyatçı kadrları hazırlamaqdır.
Həm ümidvarlığımızı, həm də əminliyimizi bildiririk ki, institutun məzunları bu cür məzhəbçi-destruktiv ünsürləri əvəz edəcək, bu ölkənin gələcəyi üçün sevindirici dini mənzərə yaradacaqlar.
Ссылки по теме:
"Qulaq filologiyası" və ya o işığı...yandırın
Fələstin Dövlətinin Səfirliyi Cəbəl Əl-Mükəbər Klubunun Gənclər Nümayəndə Heyətini Bakıda qarşılayıb
TSİKAN – LƏZGİ EVİNİN DADI
Sardiniyada İranla bağlı gizli danışıqlar
От нубохунде до национальной школы: история образования горских евреев (II часть)
От нубохунде до национальной школы: история образования горских евреев (I часть)
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Azərbaycanda hökumət dini düzgün əsaslar üzərində cəmiyyətdə yenidən bərqərar olmasını istəyir.
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
