Uşaq adlarında dünyəviləşmə tendensiyası?
ПСИХОЛОГИЯ
Asəf Qəmbərov
Foto:exidmet.justice.gov.az
Son illərdə Azərbaycanda uşaqlara verilən adların statistikası cəmiyyətin adət-ənənələrində, mədəniyyətində və qlobal trendlərdə dəyişikliklərin bariz nümunəsidir. Belə ki, 2021-2024-cü illər arasında uşaqlara verilən populyar adların statistikası əsasında adlarda dünyəviləşmə tendensiyasını nəzərdən keçirmək mümkündür.
Ədliyyə nazirliyinin statistikası əsasında hazırlanmış “Tablo 1”-də (şəkildə) görünür ki, son 4 il ərzində “Uğur”, “Əli”, “Zəhra”, “Hüseyn” kimi adlar çox populyar olmuşdur. Xüsusilə “Uğur” adı 7152 dəfə istifadə olunaraq ön sırada yer alır. Bu adların populyarlığı Azərbaycanın milli və dini dəyərlərinin ön planda olduğunu göstərir.
Bununla birlikdə, tamamilə dünyəvi-modern sayılan “Uğur” adının ön plana çıxması milli mədəniyyətimizdə dünyəviləşmənin önəmli göstəricisi sayıla bilər.
Qadın adlarından “Zeynəb”, “Məryəm” və “Nilay” adları diqqət çəkir. “Nilay” kimi adların populyarlıq qazanması da dünyəviləşmənin, xüsusilə müasir türk mədəniyyətinin Azərbaycan cəmiyyətinə təsirini göstərir.
Qeyd edək ki, son illərdə Azərbaycanda ənənəvi-dini adların illik göstəricilərinə baxdıqda, nisbi bir azalma nəzərə çarpır. Məsələn, Əli adının istifadəsi 2021-ci ildə 1624 ikən, 2024-cü ildə 1389-a düşmüşdür. Oxşar şəkildə son 4 illik statistikada Zəhra, Hüseyn, Yusif, Fatimə adlarında da azalmanın olduğu görünür.
Uğur, Nilay, Aylin kimi adlar daha çox müasir və dini olmayan adlar hesab edilə bilər. Uğur adının populyarlığında artım müşahidə olunur: 2021-ci ildə 1486 ikən, 2024-cü ildə 1832-yə çatmışdır. Nilay adında da bənzər yüksəlmə tendensiyası müşahidə olunur. Bu, dünyəvi adların populyarlığının getdikcə artdığını göstərir.
Uşaq adlarının populyarlıq sıralaması cəmiyyətdə estetik duyğular, etik anlayışlar, dini inanclar və qlobal trendlərin qarşılıqlı əlaqəsini ortaya qoyur. Əli, Hüseyn kimi dini yönlü adların populyarlıqdan düşməməsi, eyni zamanda Uğur və Nilay kimi qlobal trendlərə uyğun adların artması bu təsirin balansını göstərir.
Ümumilikdə, Azərbaycanda yeni doğulanlara verilən adlar dünyəviləşmə prosesinin və milli dəyərlərin birgə mövcudluğunu əks etdirir. Düşünürəm ki, bu tendensiyaların izlənməsi cəmiyyətin mədəni dəyişikliyini anlamaq baxımından vacibdir.
Mənbə: Ədliyyə Nazirliyi (https://exidmet.justice.gov.az:8284/VVA/NameStatistics)
Ссылки по теме:
"Qulaq filologiyası" və ya o işığı...yandırın
Fələstin Dövlətinin Səfirliyi Cəbəl Əl-Mükəbər Klubunun Gənclər Nümayəndə Heyətini Bakıda qarşılayıb
TSİKAN – LƏZGİ EVİNİN DADI
Sardiniyada İranla bağlı gizli danışıqlar
От нубохунде до национальной школы: история образования горских евреев (II часть)
От нубохунде до национальной школы: история образования горских евреев (I часть)
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Азербайджанская Неделя моды – приветствие воина Древнего Рима, зимой босиком, коктейльные платья и кураж
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
Küftə haqqında dastan.
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
