Главная > ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ / ЭТНОПОЛИТИКА > "Qarabağ", Milli futbol komandası və milli ideologiya
"Qarabağ", Milli futbol komandası və milli ideologiya26-04-2026, 11:30. Разместил: Gulnara.Inanch |
|
Gülnara İnanc, kvant psixoloqu, mentor, Ethnoglobus.az beynəlxalq onlayn araşdırma mərkəzinin qurucusu, etnopsixoloq və ekspert
(Yazı çöl işlərim və uzun illər apardığım araşdırmaların nəticəsində yazılıb)
“Qarabağ” futbol klubu adı ilə bərpa olunan komandanın müasir tarixi 1987-ci ildən başlayır. Qeyd edək ki, Qarabağın Azərbaycanın tərkibindən çıxarılması İdeologiya kimi 1985-ci ildə, şüar kimi səslənməsi isə ilk dəfə 1987-ci ilin oktyabrında Erevanda keçirilən ekologiyaya həsr olunmuş mitinqlərdə başlamışdı. Belə bir müqavimət fonunda yaranan komanda torpaqlarımızın işğalından sonra milli ideologiyanın alətlərindən biri idi. 30 il “Qarabağ” kəlməsi , o cümlədən bu ad altında mövcud olan hər bir proses bu torpaqların Azərbaycana məxsusluğunu səsləndirməli idi. “Qarabağ” artıq bir coğrafiya deyil, dinindən etnik kimliyindən asılı olmayaraq hər bir azərbaycanlının qeyrət , namus məsələsi idi. Belə bir şəraitdə “Qarabağ” kəlməsi bütün təzahürləri ilə milli birləşdirici ideologiyaya çevrildi. Geniş coğrafiyada yayılma imkanlarına görə idman , xüsusilə də futbol bütün dünya azərbaycanlılarını birləşdirən “Qarabağ” ın Azərbaycana məxsusluğunu dünyada səsləndirməli idi.
Təqdimat nizamına diqqət etsək birinci yerdə “ Qarabağ” ikinci yerdə “Azərbaycan” gəlir. Torpaqlarımızın işğal altında olduğu illərdə SSRİ tərkibindən yeni ayrılmış Azərbaycan dünya coğrafiyasında tanınmırdı. Bununla yanaşı, “Qarabağ” kəlməsi savaş səbəbindən gündəmdə idi. Yəni, şüurda “Qarabağ” , şüuraltında isə “Azərbaycan “ idi.
Həmin illərdə “Qarabağ”ın oyunları futbolu sevməyənlərin belə diqqətini özünə çəkirdi. Bütün Azərbaycanın enerjisi onun oyunlarına yönələk “12-ci” oyunçu olurdu. Xatırlayaq ki, həmin dövrdə bütün dünyaya “Qarabağ” deyə bağırmağa çalışır, haqqımızı istəyirdik. Diqqət etsək, bu prosesdə Azərbaycan ikinci plana keçirdi. Bu, emosional-psixoloji, mental-fizioloji bir haldır. Sağlam olanda diqqətimiz bütün bədəndə, bir orqanımız ağrıyanda isə bütün diqqətimiz onda olur. Qeyd edək ki, bütün enerji “Qarabağa” yönəldiyi üçün o, qürur, milli futbol futbol komandamız isə gülüş atributuna çevrilmişdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız azad olunduqdan sonra “Qarabağ” milli birləşdirici ideologiya funksiyasını itirdi. Əvvəla, “ Şəhidlər olməz, vətən bölünməz” şüarı leqioner oyunçular üçün heç bir əhəmiyyət daşımır. Yəni, Azərbaycanlı üçün müqəddəs olan şəhidlər maddi maraq və karyera üçün satın alınmış bir futbolçu üçün heç bir mənəvi-əxlaqi, psixoloji-emosional dəyəri yoxdur. Bu, təbiidir.
UEFA Çempionlar Liqası pley-off mərhələsində “Qarabağa” məğlub olandan sonra Macarıstanın “Ferentsvaroş”komandaının baş məşqçisi Robbi Kin müsahibəsində demişdi: “Millidən neçə oyunçunuz var? Bunlar hamısı oyunçularla bağlıdır. Xarici oyunçularınız var. Millidə oynayanlar çox yoxdur ki, “Qarabağ”da. Amma bizdə Macarıstan millisində oynayan 6 oyunçu var. Sizdə 3 oyunçu var idi. 7-8 oyunçu isə xaricilər idi. Bir çox hallarda 5-6 macar futbolçu komandada olur. “Qarabağ” fərqli məsələdir. “Qarabağ”ı Azərbaycan olaraq nəzərə almayaq. Burada xaricilər var.” 1. Gördüyümüz kimi, R.Kin “Qarabağ”ın milli komanda olmadığını vurğulayır və bununla dediklərimizi kənar baxışla təsdiqləyir. Diqqət etsək, artıq “Qarabağ” FK mövzusunun tənqid toxunulmazlığından çıxdığını görərik. Bu komandaya istiqamətlənən enerji artıq digər komandalar arasında paylamnağa başlayıb-burada azarkeşlərin- tərəfdarların da artıq “Qarabağ”dan ayrılaraq öz sevdikləri (bölgə, simpatiya, yaxud enerjiyə əsaslanaraq) komandaları seçdiyini müşahidə edirik.
Beləliklə, Vətən müharibəsindən sonra “Qarabağ” FK -da işğal olunmuş torpaqlarımızın ümumiləşdirilmiş coğrafi təcəssümü missiyasını, birləşdirici amil kimi Azərbaycanın milli ideologiyası funksiyasını yekunlaşdırdığı üçün onun yerini bu idman növünün populyarlığını nəzərə alaraq Azərbaycan milli futbol komandası tuta bilər.
Fikir veririksə, bu halda Azərbaycan kəlməsi və anlayış artıq dövlətçilik kimliyi mərkəzə keçərək birləşdirici vətəndaş amilinə çevrilir.
Azərbaycan Milli Futbol komandasının milli ruhu birləşdirəcək vacib amillərdən biri onun legionerlərdən deyil, azərbaycanlı idmançılardan formalaşdırılmasıdır. Azərbaycan bayrağı, himni, ruhu, sərhədləri onun üçün yüksək toxunulmaz dəyər olan futbolçulardan. Burada Türk A Milli futbol komandasındakı bəzi oyunçuların Avropada yaşadığı ölkələrini təmsil etmək şansları olduğu halda Türkiyəni seçmələri nümunəsi var. Qeyd: Azərbaycan Milli Futbol komandası mövzusunu növbəti yazılarda davam edəcəyik. İstinad: 1. “Qarabağ”ın sonrakı oyunları məni maraqlandırmır” — Robbi Kin
Вернуться назад |