Главная > ЭТНОПОЛИТИКА > IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ

IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ


5-12-2025, 17:03. Разместил: Gulnara.Inanch

Foto: www.s-ge.com

Səlahiyyətlərinin icrasına başlayan( 30 iyul2024) İranın 14-cü prezidenti Məsud Pezeşkiyan  bir neçə gün keçmiş  seçkiqabağı vədlərini yerinə yetirib-yetirməməsi ilə imtahana çəkildi.Belə ki uzun yol keçdikdən sonra qanuna çevrilmiş “İffət və Hicab” qanun layihəsini  icra etmək üçün imzalamal idi.Prezident verdiyi vədə- Hicab qaydalarını pozanlara qarşı  insan ləyaqətini alçaldan fiziki və müxtəlif növ cəzalara qarşı çıxacağına əməl edərək,  müxtəlif  cəzalar və ilk növbədə çox ağır pul cərimələri nəzərdə  tutan qanunu imzalamaqdan imtina etdi.Prezidentin səyi ilə Qanunun icrasını təmin edən digər mexanizmlərin( Spiker tərəfindən imzalanaraq icra olunması, Ali Milli Təhlükəsizlik Şuarsının qərarı ilə) işə düşməsinin də  qarşısı alınaraq icrası dekabr ayından qəti şəkildə təxirə düşdü. Həmin vaxtdan mühafizəkar qüvvələrin bütün səylərinə, hətta Məclis binası qarşısında  oturaq  etiraz aksiyası keçirilməsinə baxmayaraq, qanun icra olunmadı.Həmin vaxtdan, sentyabr  və qəti olaraq dekabr 2024-cü il tarixindən İranda faktiki olaraq Hicabsızlıq vəziyyıəti hökm sürür və həmin vəziyyətdən xanımlar geniş və aktiv şəkildə istifadə edirlər.

Həmin vəziyyəti  “Nyu-York tayms” ( onun yazısı İran saytında dərc edilmişdir) “İctimai renesans”,”cəmiyyətin  böyük  sürətlə yenilənməsi”   kimi şərh etmişdir.

Zahirən buna cavab olaraq mühafizəkar dairələr Hicab sahəsində MÖVCUD vəziyyəti-hicabsızlıq və yarımçıq hicablılğı, DÖZÜLMƏZ adlndırmışlar.

Belə ki Mühafizəkar qüvvələr- başda Ali Rəhbər olmaqla, Əsas qanunla mühafizəkarların/ruhanilərin inhisarına verilmiş Məhkəmə hakimiyyəti,Mühafizəkarların hakimiyyətini qorumaq üçün təsis edilmiş İslam İnqilabı Keşikçilər Korpusu, sədrini Rəhbərin təyin etdiyi Radio-televiziya qurumu, bütün mühafizəkar qüvvələrin məclisdə səsi olan mühafizəkar deputatlar qadınlara yenidən Hicab geydirmək məsələsində görünməmiş yekdillik və qətiyyət göstərməyə hazır olduqlarını nümayiş etdirməyə başlamışlar..

Əvvəlcə Kəşfiyyat nazirliyi Rəhbərliyə Hicabın vəziyyıti ilə bağlı hesabat təqdim etmişdir.Rəhbər bundan çıxış edərək Hökumətə lazımi göstərişlər verib. Hökumət bununla bağlı qərar qəbul edib, lakin əvvəlki mövqeyində qalıb ki, Hicabı bərpa etmək üçün indiyə qədər tətbiq edilən tədbirlər görməyin əleyhinədir.

Bunu mızərə alan Baş prokuror bəyan edib ki,Hicab İlahi, şəriət hökmü və qanununun  tələbidir. Hicabı şəxsi iş hesab edənlər ya xəstədir , ya cahil.

Mühsfizəkar deputatlar Məhkəmə hakimiyyətinin sədrinə kollektiv məktub yazaraq prezidentin imzalamaqdan imtina etdiyi Hicab qanununun icrasını təmin etməyi xahiş ediblər.

13 azər 1404\4 dekabr 2025- ci il tarixində  Məhkəmə hakimiyyətinin başçısı bəyan edib ki, kəşfiyyat orqanlarına Hicabsızlığı təşviq edən təşkilatları və mütəşəkkil qrupları müəyyən etməyi tapşırib.Bəyan edib ki, hicabsızlığa şərait yaradan tədbir təşkilatçıları, eləcə də iaşə obyektlərinin sahibləri sərt cəzalandırılacaqlar. Məhkəmə hakimiyyətinin sədri üstüörtülü şəkildə  prezidentin Hicab qanununu imzalamamasının  elə bir əhəmiyyəti olmadığını vurğulayaraq, qeyd edib ki, Hicabla bağlı vəziyyəti dəyişmək üçün mövcud qanunvericilik kifayət edir.

Məhkəmə hakimiyyətinin başçısı bir daha Hicabın ilahi, şəri və qanuni tələb olduğunu xatırladaraq  HİCAB  sahəsində  MÖVCUD VƏZİYYƏTİN davam etməsinin  YOL VERİLMƏZ  olduğunu bəyan edib.

Bir ildən çox faktiki Hicabdan azad cəmiyyətdə yaşayan qadın və qızları yenidən Hicab zindanına salmaq mümkün olacaqmı?

İcra hakimiyyətinin, necə deyərlər, Azadlıqı dəstəklədiyini nəzərə alsaq, deyə bilərik ki, mühafizəkar qüvvələr qətiyyət göstərsələr,iki nəticə mümkün ola bilər.

1.Mühafizəkar qüvvələrin tamamilə  məğlubiyyəti və rejim üçün gözlənilməz nəticələr  2.Rejimin çökməsinin qarçısını almaq üçün mühafizəkar və   böhranlı ictimai-iqtisadi vəziyyətdən narazı qüvvələri birləşdirərək prezidenti hakimiyyətdən kənarlaşdırmaq.

İran İslam Respublikasının siyasi böhranı həll etmək sahəsində ilk illərin  təcrübəsi ikinci nəticənin,  son dərəcə təhlükəli olsa da, reallığa daha yaxın olduğunu deməyə əsas verir, hərçənd proqnoz verməyin asan olmadığını da xatırlatmaqda fayda var.

Hər halda, əgər mühafizəkərlar hərbə- zorbalarını  reallışdırmaq istəsələr, çox gərgin hadisələrin baş verəcəyini müşahidə etmək mümkün görünür.\5 dekabr 2024




Vidadi Mustafayev

Вернуться назад