Главная > ЭТНОПОЛИТИКА > PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?

PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?


28-02-2025, 18:20. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

8 esfənd 1403\26 fevral 2025-ci il tarixində İran İslam Respublikasının  12-ci çağırış İslam Şura Məclisinin plenar iclasında Məclisin Təhsil, tədqiqatlar və texnologiya Komissiyasının hazırladığı “Yerli və qövmi dillərin ədəbiyyatının ölkə məktəblərində tədrisi haqqında Əsas qanunun15-ci maddəsinin icrası  layihəsi”  müzakirəyə çxarılmış,  sonrakı müzakirə üçün bütövlükdə qəbul edilməsi səsə qoyulmuşdur.

Layihə cəmi 6 bənddən ibarətdir.

Onun ikinci bəndində Maarif nazirliyinin vəzifəsinin yeni tədris ilindən( 1404\1405-2025\2026) lazımi hazırlıq görüb və qaydaları müəyyən edərək həftədə 2 saat və sərbəst\fakultativ  olmaqla, 7-ci və 10-cu siniflərdə məhəlli dillərin ədəbiyyatının tədrisinin həyata keçirilməsi olduğu göstərilir.Digər bəndlərdə dərslik,dillərin müəyyən edilməsi, müəllim hazırlığı, icra mexanizmi\nizamnaməsi və s. məsələlər öz əksini tapmışdır.

Müzakirələrdə əvvəlcə Məclisin adı çəkilən Komissiyasının sözçüsü Ehsan Əzimzad  layihənin tqdimatı ilə çıxış edərək, onunƏsas qanunun  15-ci maddəsi çərçivəsində hazırlandığını və həmin maddənin tələbinə uyğun olduğunu, milli birliyin möhkəmləndirilməsi, ədalətin , o cümlədən təhsil sahəsində, bərqərar olması istiqamətində hərəkət etməyə yardım edəcəyini vurğulamışdır.

Sonra prosedur qaydasına uyğun olaraq layihənin əleyhinə və lehinə çıxışlar  olmuşdur.

Layihə əleyhinə birinci çıxış edən  Şimali Xorasan vilayətindən deputat İranda çoxsaylı etnosların olduğunu, onlardan bəzilərinin separatizm istiqamətində fəaliyyət göstərdiyini bəhanə  edərək, layihənin qəbulunu hazırki şəraitdə məsləhət bimədiyini, həmin məsələnin  parlamentdə nüzakirəyə qoyulmasına qarşı çıxdığını  bəyan etmişdir. O həmçinin ölkənin təhsil sisteminin layihənin  icrasına hazır olmadığını, büdcə ayrılmadığını vurğulayaraq böyük narazılıqlar olan hazırki şəraitdə qəbul edilmsini məsləhət bilməmişdir.


Layihənin lehinə  çıxış edən birinci  deputat ana dilinin ədəbiyyatının tədrisinin xalqlar arsında milli birliyin güclənməsinə xidmət edəcəyini qeyd edərək, ana dilinin insanın  dünyanı bütün rəngarəngliyi ilə dərk etmək,  eləcə də nəsillər arasında bağların yaradılması sahəsində əvəzssiz vasitə olduğunu diqqətə çatdırmışdır.

Layihənin əleyhinə danışan digər deputat hazırda təlim-tərbiyə məsələsinin prioritet olmadığını,layihənin qəbulunun rəsmi dil olan f a r s  d i l i n i n zəifləməsinə səbəb olacağını, təhlükəsizlik üçün, etnoslar rasında  problemlər yaradacığını və  digər qondarma  cəhətləri vurğulamışdır.

Layihənin lehinə danışan digər deputat həmin məsələnin 40 ildən çox bir zaman kəsiyində həll edilmədiyini,təqdim edilən layihənin milli təhlükəsizliyi gücləndirəcəyini , milli və etnik mədəniyyətlərin və kimliklərin qorunması və inkişafına  xidmət edəcəyini diqqətə çatdırıb.

Layihənin əleyhinə danışan Tehrandan deputat M.Kiçikzadə yerli  və etnik dillərin məktəblərdə tədrisinin Əsas qanunun 15-ci maddəsinə zidd olduğunu, layihənin icrasının hökumətin vəzifəsi olduğunu qeyd etməyin əsassız olduğunu  və digər saxta  iradlarını bəyan etmişdir.

Spiker M.B. Qalibaf ona cavab olaraq  yerli dillərin ədəbiyytının tədrisinin  Əsas qanunun 15-ci maddəsinə zidd olmadığını Kiçikzadənin diqqətinə çatdırmışdır.

Layihənin lehinə çıxış edən Məclisin Rəyasət heyətinin üzvü, Təbrizdən deputat Ruhulla Mütəfəkkir Azad  əvvəlcə İran cəmiyyətinin  “qövmlər”, “qövmiyyətlər” və mədəniyyətlərdən ibarət olduğunu yada salıb,”əqvam”ın təhlükəsizlik üçün təhdid olmadığını, Rəhbərin dediklərinə istinad edərək, vurğulamış, cəmi iki saat fakultativ bir dərsin təhlüksizlik üçün təhdid yaratdığı fikri rədd edərək, yada salmışdı ki, belə təfəkkür Pəhləvi dövrü üçün xarakterik  idi.

Parlamentin iclası haqqında icmalından istifadə  edilən “tabnak.ir”  saytında axırıncı  və layihənin lehinə çıxış edən deputat kimi Məclisin “Təhsil,tədqiqatlar və texnolgiya komissiyası”nın sədri və həmin layihənin təşəbbüskarı, Təbrizdən deputat Əlirza Monadi Səfidanın adını qeyd etmişdir. O, hökumət nümayəndəsinin layihənin əleyhinə çıxış etməsini Əsas qanuna hörmətsizlik adlandırmışdır.O, prezidentin seçki kampaniyasında 15-ci maddənin icra olunacağını vəd etməsini, Rəhbərin  şəhidin həyat yoldaşına uşaqlarına ana dilini öyrətməıyi tövsiyyə etdiyini yada salmışdır.

Deməli, müzakirədə hökumətin nümayəndəsi də iştirak etmiş və layihənin  əleyhinə çıxış etmişdir, amma nədənsə saytda  bu barədə məlumat verilməmişdir. Ona görə biz digər saytlara nəzər salıb həmin çıxışla “mizanonline.ir” saytı vasitəsi ilə tanış ola bildik.

Hökumətin nümayındəsi Seyid Kazım Dilxoş Əbatəri 15-ci maddənin özündə problemlər oduğunu,layihənin Əsas qanunun 15-ci və 75-ci maddəsinə , Rəhbərlik qanunvericiliyinə(?), təhsil sistemi sahəsində  əsas instansiya olan Ali Mədəni İnqilab Şurasının varlığına zidd  olduğunu və digər iradalar, bildirdi.

Sonra layihə səsə qoyularaq bütövlükdə iclasda iştirak edən deputatdan 104-nün lehinə,5-nin bitərəf qalması və 130-nun əleyhinə səs verməsi ilə qəbul olunmadı.

Burada diqqəti çəkən əsas məqam hökumət nümayəndəsinin  prezidentin vədi və əməldə göstərmək istədiyi mövqeyin əksinə hərəkət etməsi idi.

Hökumət nümayəndəsinin mövqeyinə ilk münasibət bildirənŞərqi Azərbaycandan olan deputat qrupunun başçısı,Əlirza Nəvin belə mövqeyə görə təəssüfləndiyin bildirmiş və əlavə etmişdirki,15-ci maddəyə təhlükəsizlik baxımından yanaşmağa,Fars dili və Ədəbiyyatı Akademiyası və Ali Mədəni İnqilab Şurasına məsələni öz inhisarına alaraq  milyonlarla iranlının haqqını tapdalamağa icazə verilməməlidir.O, R.Mütəfəkkir Azad və  Ə.M. Səfidana təşəkkür edərək qeyd etmişdir: biz var gücümüzlə səsimizi ycaltdıq,lakin hökumət və məclis eşitmədi.


Hökumət həmin səsi elə həmin gün eşitdi.Belə ki, prezidentin parlament işləri üzrə müavini Şəhram Dəbiri özünün teleqram kanalnda “Hökumət ana dilinin məktəblərdə tədrisinə razıdır” başlığı altında status paylaşmıdır.Prezidentin müavini hökumət nümayəndəsinin hökumətlə razılaşdırılmadan çıxış etdiyini və öz şəxsi mövqeyini bildirdiyini qeyd edib.Ş.Dəbiri həmçinin hökumətin məclisə yeni layihə təqdim etməyə  hazır olduğunu bəyan edərək, deputatları həmin layihəni dəstəkləməyə çağırıb.

Burada prezident M.Pezeşkiyanın Milli vəfağ(Milli konsensus) şüarını tənqid edənlərin bir vacib iradı özünü doğrultmuş olur.Belə ki onlar prezidentin mümkün ola bilməyən milli  vəfağ xatirinə mühüm vəzifələri bütün cinahların nümayəndələrinə təqdim etdiyini və belə siyasətin onun komandası daxilində vəfağın\konsesun və vahid hərkət xəttinin olacağına böyük şübhələr yaratdığnı qeyd edirlər.Onlar prezidentin siyasıtinə elə onun komandası deaxilindən müqavimət olacağını diqqətə çatdırırlar.Əgər prezidentin müavininin dediklərinə inansaq, deməli, hökumətdə yuva salan panfarsist, fars şovinisti var gücü ilə digər xalqların ana dilinə qarşı mübarizəni, prezidentin kursunun ziddinə olaraq, hökumət adından davam etdirmişdir.

Əgər prezident komandası həmin məsələdə yeni təşəbbüslə çıxış etsə, onda demək olar ki, qeyd edilən  mövqe doğrudan da hökumətin yox, orada yuva salmış bir millətçinin mövqeyi idi.

Gözləyək, Tez bir zamanda məsələyə aydınlıq gələcək.27 fevral 2025






Вернуться назад