Главная > ЭТНОПОЛИТИКА > FARS SÖZÜ FƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR

FARS SÖZÜ FƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR


1-05-2024, 14:35. Разместил: Gulnara.Inanch
Vidadi Mustafayev

Yazı 2021 ci ildə yazılıb.

Aprelin 30 və ya ordibeheşt ayının 10 İranda Fars körfəzi günüdür.İran saytları biri az, biri çox həmin günlə bağlı yazılar veriblər.Həmin yazıların əksərində Milli günün mahiyyəti və əhəmiyyətindən qətiyyən söz açılmır, söz arası tarixçəsi və hansı münasibətlə belə bir gün elan olduğuna toxunulur.Əsas diqqət Fars  körfəzi adında fars sözünün olmasına, onun qədimliyinə, həmin sözün farsların kimliyini yaşatmasına, bundan sonra da həmin missiyanı daşıyacağına, ərəblərə qarşı dağ kimi durduğuna və bir sözlə farsların millətçiliyini qızışdırmağa yönəlibdir.
Əslində isə həmin gün tarixdə nə baş veribdir?
1623-cü ildə Şah Abbas Səfəvi dövlətinin cənub sərhədlərini, dəniz ticarətini genişləndirmək və  təhlükəsizliyini təmin etmək  məqsədilə  Hürmüz adasını ələ keçirib Fars körfəzi rayonunda 100 ildən çox ağalıq edən Portuqaliya müstəmləkəçilərini həmin bölgədən qovmağa nail olmuşdur.Həmin hərbi-siyasi addım sonrakı İranın taleyində və tarixində mühüm rol oynamışdır.
Yazılarda həmin tarixi hadisəyə, onun əhəmiyyəti və nəticələrinə deyil, qeyd edildiyi kimi, Fars körfəzi ifadəsində fars sözünün yaşaması və onun  millətçilk mənalarına,yükünə, xüsusən də panarabizmə qarşı durmaq qabiliyyətinə  əhəmiyyət verilir.Tarixə belə yanaşma cox güman ki, farsların ermənilər kimi uydurduqları fobiyalarla bağlıdır.Onlar bu gün Cənubi azərbaycanlıları İranın ərazi bütövlüyü üçün təhlükəı kimi qələmə verirlər.Ona görə Fars körfəzi və Hürmüz adasını portuqalların işğalından xilas etmiş Şah Abbasın adını türk olduğu üçün çəkmirlər.Tarixi yaxşı bilən farslar şovinizm xəstəliyinə düçar olduqları üçün  onlara hazır-halva ölkə təhvil verməklə kifayətlənməyib, üstəlik onları  hakimiyyətə  gətirənləri alçaqcasına dövlətin düşməni elan edirlər. Cənubi azərbaycanlıların gələcək İran dövlətinin formalaşmasında rolunu unutdurmaq üçün farslar onların bütün xidmətlərini danmaq bir yana, hələ bir dövlət üçün təhlükə olduqlarını utanmadan dilə gətirirlər.Belə düşüncə sahibləri təbii ki, Fars körfəzinin azadlığından və kimin tərəfindən azad edilməsindən,bu günkü milli günü onlara bəxş edənlərdən deyil,   axı həmin işdə farsların heç bir rolu olmayıb, Fars körfəzi söz birləşməsinin  milli  kimlik  sahəsində ona aid olmayan rolundan danışırlar.
Farslar bircə onu deyə bilmirlər ki, bu körfəz niyə  7000 il, hətta 10000 il yaşı olan  İran adı ilə  yox,  cəmi 2500 yaşı olan Fars dövlətinin adı ilə  adlandırılıb.Farslar nə qədər çabalasalar da, fars sözü ilə İran sözü arasında əlaqə tapa bilmirlər.Onların bir qisminə İran digərinə  fars sözü  daha əzizdir . İranı əziz bilənlər milli kimliyini danaraq fars olmadıqlarını iddia edirlər.Fars sevərlər isə İran adının beynəlxalq müstəvidə bəra edilməsini milli xəyanət hesab edirlər.Ona görə hətta bir siyasi-ideya cərəyanı fars termininin işlənmə dairəsini genişləndirərək İran sözünü əvəz etməsi istiqamətində çalışır.Fars körfəzi ifadəsindəki fars sözünə tarixi, milli kimlik və s. cəhətdən  baxaraq onda milli bir xilas yolu axtarırlar.




Вернуться назад