Главная > АНАЛИТИКА > İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ28-02-2024, 16:24. Разместил: Gulnara.Inanch |
Vidadi Mustafayev İran İslam Respublikasında 11 esfənd 1402\1 mart 2024-cü il tarixində İslam Şura Məclisinə növbəti,12-ci seçkilər keçiriləcəkdir. Seçkilərə 8 gün qalmış namizədlərin təbliğat kampaniyası başlamış və seçkilərə bir gün qalmış başa çatacaqdır. Konstitusiya Məhkəməsi və Mərkəzi Seçki Komissiyası funksiyalarını yerinə yetirən və seçkilərdə kimlərin iştirak edəcəyi haqqında son qərarı verən Nəzarət Şurası(Şuraye Negəhban) bu dəfə böyük “alicənablıq” və “səxavət” göstərərək rekord sayda-15290 iddiaçının deputatlığa namizədliyini təsdiq etmişdir.Sonuncu rekord, 12000-dən çox namizəd, 2016-cı ildə( 10-cu çağırış seçkilərdə )qeydə alınmışdır. Namizədlərin çoxluğu ilk nəzərdə geniş və kəskin rəqabət mühiti yaratmağa şərait yaratmağa hesablanmışdır. Lakin bu ilki seçkilərin əsas özəlliyi cəmiyyətin orta təbəqlərini ,ali təhsilli hissəsini təmsil edən islahatçı adalndırılan qüvvələrin öz passiv seçki( seçilmək) hüququndan istifadə etməkdən imtina etməzi ilə səciyyələnir. Bunun əsas səbəbi siyasi sistemin daxilən ziddiyyətli olmasında-Ali hakimiyyətin və Məhkəmə hakimiyyətinin ruhanilərin inhisarına verilməsi və cəmiyyətin həyatının bir çox sahələrinin,xüsusən mədəni- məişət sferası və insanların şəxsi həyatı üzərində İslam prinsip və normalarının nəzarətinin qanuniləşdirilməsində axtarmaq lazımdır.Başqa sözlə, XXI əsrdə yaşayan iranlılar VII əsr qaydaları ilə yaşamağa məcbur edilirlər. Bununla belə artıq 1989-cu ildən başlayaraq hakimiyyət uğrunda mübarizədə hakim elitanı təmsil edən qüvvələr daxilində islahatçı kimi tanınan qüvvələr İcra hakimiyyətinə nəzarəıti öz əllərinə alaraq iqtisadi sahədə islahatlara – dövlət sektorundan özəl sektora keçidə və bazar iqtisadiyyatı qanunlarını həyata keçirməyə başlamış və cəmiyyətin həyatında böyük makroiqtisadi problemlərin meydana çıxmasına səbəb olmuşlar.Onlardan sonra icra hakimiyyətinə nəzarəti davam etdirən(1997-2005) islahatçıların digər qrupu siyasi islahatlara start vermiş,söz və əqidə azadlığını təmin etməyə cəhd göstərmişlər.Yeni şərait cəmiyyətdə siyasi sistemə qarşı geniş etirazların mövcudluğunu üzə çıxarmış və həmin proseslər sistemin varlığı üçün təhlükə hesab edildiyindən sistemin imkan verdiyi vasitəlrlə İcra hakimiyyətinin fəaliyyətini əsaslı şəkildə məhdudlaşdırmağa nail olunmuşdur. İstər Əsas qanunda nəzərdə tutulmamış iqtisadi islahatalar, istərsə də sistem çərçivəsində, onun potensialını üzə çıxaramaq məqsədi ilə aparılan siyasi, mədəni islahatalar onun varlığına təhdid yaratdığından,əvvəlcə növbəti parlament, sonra prezident seçkilərində(2005) iqtisadi,xüsusən siyasi,vətəndaş cəmiyyəti sahəsində həyata keçirilən islahatalara qarşı çıxan və artıq mühafizəkar və ya fundamentalist adlandırılan qüvvələrin üstünlüyü Nəzarət Şurasının birbaşa səyi nəticəzində təmin edilmişdir. Mühafizəkarlar siyasi və mədəni sahədə keçirilmiş islahatların nəticələrini aradan qaldırmağa ciddi səy göstərdiyindən islahat qolunun sosial bazasında geniş narazılaqlar yaratmış və onlar həmin vəziyyətin təsbit edilməsinin qarşısını almaq üçün nəvbəti prezident seçkilərində(2009) İcra hakimiyyətinə nəzarəti bərpa etmək üçün böyük təşkilati, təbliğat və təşviqat kampaniyası apararaq seçkilərdə qalib gəldiklərini elan etdilər.Lakin mühafizəkarlar və onların başında duran Ali lider\Rəhbər mühafizəkarların qalib gəldiyini rəsmən elan etdikdən sonra islahatçı qüvvələr səsvermənin nəticələrinin saxtalaşdırıldığı iddiası ilə geniş etiraz aksiyasına başlamış , etirazlar iğtişaşlara çevrilmiş, hakimiyyət etirazçılara qarşı geniş repressiyalar keçirmiş və aylarla davam edən etiraz və iğtişaşlar zamanı çoxlu sayda insan öldürülmüş, yaralanmış ,həbs olunmuşdur. Həmin günlərdə əsas islahatçı təşkikatlar qadağan edilmiş, tanınmış və nüfuzlu islahatçılar həbs edilərək müxtəllif müddətlərə azadlqfdan məhrum edilmişdilər.Prezidentliyə əsas namizəd və qalib gəldiyi elan olunan,keçmi baş nazir(1981-1989)M.H.Musəvi ev dustağı edilmiş və indiyə kimi heç bir məhkəmə keçirilmədən həmin vəziyyətdə qalmaqda davam edir.Prezidentliyə digər namizəd,keçmiş parlament spikeri(2000-2004) M.Kərrubi də həmin vaxtdan eyni şərtlər daxilində ev dustaqlığında qalmaqdadır. İslahatçılara qarşı repressiyalar geniş ideoloji kampaniya ilə müşaiyət olunmuş və islahatçı təşkiat və siasətçilər İran İslam Respublikasının sisyasi sistemini devirməkdə ittiham olunurdular. Həmin vaxtdan mühafizəkar dairələr islahatçılara qarşı geniş ideolji mübarizəni davam etdirirlər.Ölkədə baş verən bütün problemlər, etirazlar, iğtişaşlar birbaşa və dolayısı ilə islahatçıarın antimill,antirejim, antisistemi fəaliyyəti ilə əlaqələndirilir. Bunu 2013-cü ildə prezident seçilmiş yarı mühafuizəkar, yarı mötədil H.Ruhaninin fəaliyytinə qarş geniş cəbhədə aparılan mübarizədə də görmək olardı. H.Ruhani hökuməti islahatçı olmasa da, islahatçılara meyldə ittiham edilərək fəaliyyəti qarşısnda silsilə maneələr yaradılırdı. Bunun nəticəsində 2016 cı ildə paralament seçkilərində nisbi üstünlüyə malik olan mühafizəkarlar 2020-ci il seçkilərində mütləq əksəriyyətə nail olmuşdular. Bunu ardınca 2021- ci ildə mühafizəkarların prezidentliyə 5 namizədindən biri, cəmiyytdə heç bir nüfuzu olmayan 2 islahatçı namizədə mütləq üstsnlüklə qalib gəlmişdir. Siyasi,ideoloji təzyiq və qara piyar kampaniyası ilə üzləşən islahatçılar 2020-ci ildə olduğu kimi bu dəfə də parlament seçkilərində deputat kürsüləri uğrunda mübarizədə iştirak etməkdən imtina etmişlər. Beləliklə 2020-ci ildə olduğu kimi indi də parlament seçkilərində yalnız mühafizəkar qüvvələrin nümayəndələri və həmin qüvvələrə qoşulmuş insanlar rəqabət aparacaqlar. Belə vəziyyət cəmiyyətin əsas təbəqələrinin parlamentdə təmsil olunmayacağını təmin edir. Bununla belə seçki kampaniyası başlayandan və xüsusən namizədlərin təşviqat kampaniyasına start verildikdən sonra hakimiyyətin bütün nümayəndələri xalqı seçkilərdə fəal iştirak etməyə dəvət edir.Həmişə oduğu kimi bu dəfə də seçkiləri İran rejimi ilə onun xarici düşmənləri arasında mübarizə meydanı kimi təsvir edir və seçkidə iştirakı düşmən üzərində növbəti qələbə adlandırırlar. Seçkilərdə islahatçıların iştirak etməməsi mühafizəkarlara qələbəni qabaqcadan bayram etməyə əsas verir. Sistem daxilində köklü islahat keçirilməsinin qeyri-mümkün olduğunu bilən mühafizəkarlar, hakimiyyətdə olduqları zamanı yeganə günahları insanların mədəni, yaradıcılq və söz azadlğı, həmçinin şəxsi həyatı üzərində lazımi nəzarət təmin etməmək olan islahatçıarla rəqabət aparmaq əvəzinə hakimiyyət inhisarına nail olmaq yolu seçmişlər. Amma mühafizəkar hakimiyyət fəal, təhsilli təbəqələrin nümayəndələrini siyasi sistemdən kənarlaşdırmaqla sistem daxilində artıq özünə qarşı hələlik sükut, imtina, boyktla kifayətlənən, geniş sosial bazası olan düşmən qüvvə yartadığını sanki görmür. İran İslam Respublikasının mühafizəkarlardan ibarət hakimyyəti xalqın diqqətini mifik xarici düşmənə yönəltmək istəsə də, həmişə olduğu kimi, həmin hakimiyyətin müxalifəti və sonrakı düşməni daxildə yetişir .Həmin düşməni xarici qüvvələr deyil, mühafizəkar adalandırılan qüvvələrin hakimiyyət inhisarından vəcdə gəlməsi,əldə etdiyi görünən və görünməyən böyük dividendlər və həmin inhisarı əldən vermək istəməməsi yetişdirib bəsləyir. Mühafizəkarlar dəfələrlə gedilmiş səhv yolu gedərək öz sabahlarını düşünmək qabiliyyətini itirmiş kimi görünürlər. Вернуться назад |