Главная > АНАЛИТИКА > Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.
Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.9-02-2026, 14:59. Разместил: Gulnara.Inanch |
|
Foto: www.sat7uk.org Vidadi Mustafayev Dünyanın çox çətinliklə, müharibələr, çevrilişlər, iğtişaşlar və bütün neqativ spektrlə. müsbət,humanist,ədalətyönümlü qlobal bir xilas ideyasının olmamadığı şəraitdə yeni nizama getdiyi bir vaxtda adam çox zaman kimin tərəfində durduğunu kəsdirə bilmir. Deyirsən Rusiya təcavüzkar Ukrayna qurbandır,deyirlər hər ikisi qurbandır. Deyirsən Trump yeni nizam qurur,deyirlər Trump hər şeyi gəlir və mənfəət ilə ölçür,kimi istəsən qurban verər,onun üçün elə də fərqi yoxdur. Pullu qoçu rolu oynayır. İran-Amerika qarşıdurmasında kiminsə tərəfini saxlamaq qeyri mümkündür. Burada Xomeyninin sözləri yada düşür.O deyirdi ki, Amerika pisdir, Sovetlər ondan da pisdir.İndi bu deyimi davam etdirsək deməkiyik ki, Amerika pisdir,Rusiya pisdir,İran onlardan da pisdir. Amma məsələyə beynəlxalq hüquq mövqeyindən yanaşsaq, Amerikanın İrandan heç nə tələb etməyə haqqı yoxdur. Həm də onun tələbləri özü üçün yox İsrailin maraqları üçündür.Yəni böyük bir dövləti İsrail qarşısında tam tərki silah etmək istəyir. Məsələyə insaf və ədalət baxımından yanaşsaq,İranın atom silahına, səsdən sürətli raketlərə malik olması iri və xırda qonşular üçün, bu rejim durduqca, ən böyük təhdid mənbəyidir.Ona görə İran rejimini heç vəchlə dəstəkləmək olmur.Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir. Amerika buna yardım etsə, pis olmaz.Amma rejinin dəyişməsi və İranın ABŞ,Qərb orbitinə keçməsi nə İrana təzəcə maya qoymağa başlayan Çinə, nə də İrandan vasitə kimi istifadə edən Rusiyaya sərf etmir.Çox mürəkkəb vəziyyət yaranıb.Nə ola bilər? F.Engels deyirdi ki, tarix nədir? Hər kəs öz maraqlarının ardınca gedir, amma sonda heç kimin gözləmədiyi bir nəticə hasil olur. Nə ola bilər? Hər şey. Вернуться назад |