Главная > РЕЛИГИЯ > ALLAH ALİ ŞƏXS VEDA ƏDƏBİYYATINDA AŞAĞIDAKI KİMİ TƏSVİR EDİLİR...!

ALLAH ALİ ŞƏXS VEDA ƏDƏBİYYATINDA AŞAĞIDAKI KİMİ TƏSVİR EDİLİR...!


26-05-2022, 19:19. Разместил: Gulnara.Inanch
“Uca Tanrı bütün nəzarətçilərin nəzarətçisidir və O müxtəlif planet rəhbərlərinin hamısındanv ucadır. Hər şey Onun nəzarəti altındadır. Bütün canlılaryalnız Uca Tanrının sayəsində müəyyən hakimiyyətə malikdirlər; onlar aliqüdrət sahibi deyildirlər. Eləcə də bütün mələklər
Ona sitayiş edirlər. O,hökmdarlar hökmdarıdır. Beləliklə, O bütün maddi rəhbərlərə və nəzarətçilərə münasibətdə transsendentaldır və hamı Ona sitayiş edir. Heç kəs Ondan böyük deyil və O bütün səbəblərin səbəbidir.
Onun bədəni adi canlı məxluqların bədəninə bənzəmir. Onun bədəni ilə canı arasında fərq yoxdur. O –Mütləqdir. Onun bütün hissləri transsendentaldır. Onun hiss üzvlərindən hər biri digərlərinin işini görə bilir. Buna görə də heç kəs Ondan böyük və Ona bərabər deyildir. Onun potensiyaları müxtəlifdir və buna görə də Onun işləri təbii ardıcıllıqla öz-özünə həyata keçirilir.” (Şvetaşvatara-upanişad 6.7–8)
Təqdim etdi :Ramil Əliyev

Вернуться назад