Главная > РЕЛИГИЯ > Sufilər niyə ət yemir

Sufilər niyə ət yemir


3-05-2022, 15:37. Разместил: Gulnara.Inanch
Müasir insanların din adı altında etdikləri yalnız və yalnız zorakılıqdır. Bu səbəbdən də ürəklərində mərhəmət hissi oyanmır.
Qur'an birmənalı olaraq düşünən kəsləri, məhz düşünən kəsləri heyvanları öldürməkdən imtina etməyə çağırır. Bunu orda görmək üçün insan öz həyatına görə tam məhsuliyyəti öz üzərinə götürməlidir. Yalnız pis vərdişlərinin öhdəsindən gələ bilməyən, cahil, biliksiz insan özünə müqəddəs kitabın anlamadığı nəsihəti ilə haqq qazandıraraq, məhsuliyyəti Allahın üstünə ataraq, öz pis vərdişlərinin köləsi olmaqda davam edir. Buna deyilir səmimiyyətin defiçiti. Peyğəmbər Salavatullah (eşq olsun Ona) buyurbdur;"Din-səmimiyyətdir!" Lakin biliksiz, cahil insan heç təsəvvürünə belə gətirmir ki, Peyğəmbər nə demək istəyir.
Bəyəm Qur'anda yazılıbmı ki, "sizə su içməyə icazə veririk? sizə çörək yeməyə icazə veririk? sizə hava udmağa icazə veririk? sizə meyvə-tərəvəz yeməyə icazə veririk? və.s. YOX. Belə şey yoxdur orda. Nə üçün? Çünki təbii olanın icazəyə ehtiyacı yoxdur. O şey ki, icazə ilədir deməli təbii deyil, bunu başa düşmək üçün insandan həqiqi səmimiyyət tələb olunur. Buna deyilir güzəşt. Yəni ALLAH güzəşt edir günahsız heyvanların öldürülməsinə. İstənilən bir şeyin müyyən çərçivə daxilində həyata keçirilməsinə icazə bunun bəyənilmədiyinin, ideal olduğuna işarədir.
Bu məntiqdir, bunu anlamağa məhz Peyğəmbər Salavatullah "səmimiyyət" deyir. Oğlu narkoman olan ata ona siqaret çəkməyi məsləhət görürsə, bu onu tədricən çəkindirmək üçün güzəşt xarakteri daşıdığını deyir, cahil insan siqareti hamının gözünə atasının icazəsilə çəkdiyini önə sürür, düşünən insan isə hətta siqaretdən imtina edərsə, məgər bu atasını daha da sevindirməzmi? İnsanın cahilliyi, biliksizliyi onu bu güzəşti öz haqqı hesab eləməyə vadar edir. Və o bunu hamının gözünə soxur. Çünki ibadəti Allah sevgisi naminə eləmir, qiyamətdə cənnətə girmək üçün edir, onu da düz eləmir. Kəlam var deyilir"güzəşti haqqı bilənlər həddini aşanlardandır, həddini aşanlara Allahın mərhəməti cəza kimi gələr...!" Bu gün planetin başına gələnlərin bir, və vacib səbəbi də kütləvi surətdə günahsız heyvanların öldürlməsidir.
Sufilər bunları anlayır və tamamilə imtina edirlər ət yeməyindən. Çünki sufilikdə Əli (ə)sevgisi var, Allah sevgisi var, (Allahı sevən isə heç qarışqanı belə öldürməz, ağacın budağını sındırmaz səbəbsiz yerə) yerdə qalanlarda isə cəhənnəm qorxusu və cənnət sevgisi var. Bu da Allahla alver deməkdir. "Sən mənə, mən Sənə" Əli(ə) deyirdi ki, "Allahım Mən Sənə nə cənnətin şövqündən nə də cəhənnəmin qorxusundan ibadət edirəm, çünki belələri azadələrdən deyillər, Sən buna layiq olduğun üçün edirəm!"
Ramil Əliyev. Bakı.
03.05.2022.

Вернуться назад