Foto:azeri.sahartv.ir Vidadi Mustafayev BAŞQA DÖVLƏTƏ MƏSLƏHƏT VERƏN CAHİL DÖVLƏTİN CAHİL DEPUTATI Cənubi Azərbaycandan olan deputatlardan bəziləri , öz xalqının Əsas qanunda təsbit edilmiş ən bəsit və yarı-yarımçıq hüququnu təmin etməyi unudub, oturub-durub Müstəqil Azərbaycan hökumətinə tövsiyyə verməklə məşğul olurlar. Onlardan Mirtacəddini adlı birisi Azərbaycan-İsrail və Azərbaycan- ABŞ münasibətlərinin inkişafına qarşı çıxaraq, Azərbaycan hökumətinə “İslam dünyasına tərəf hərəkət etməyi tövsiyə edir”. Azərbaycan hökumətinin belə milli kimlikdən xəbərsiz və ya milli kimliyini postuna qurban vermiş deputatların məsləhətinə ehtiyacı olmasa da, bir iki detalı xatırlatmaq pis olmaz. 1.İran İslam Respublikasının İslam dünyasının qara ləkəsi olaraq, müsəlman ölkələri İslam inqilabı, “Şiə ayparası” ilə hədələyən bir rejim kimi İslamın adından danışmağa heç bir mənəvi haqqı yoxdur. İslam dünyası bir kənara, İranın müsəlman xalqı belə özünü İslam adlandıran və xalqa zorla qəbul etdirilmiş rejimi qəbul etmir,hər keçən il ona qarşı daha geniş şəkildə,uzun müddət və artan qətiyyətlə mübarizə aparır. Adam, ölkə gərək düz-əməlli müsəlman və müsəlman ölkəsi olsun ki, başqa müsəlmana və ölkəyə da məsləhət verməyə mənəvi haqqı çatsın. Bu deputatın təmsil etdiyi rejim müsəlman Azərbaycanın ətrafına qırmızı cizgilər çəkir, özü kimi terrorist, lakin xristian Ermənstana müsəlman Azərbaycan əleyhinə kəşfiyyat məlumatı,terroristlər və silah-syrsat göndərərək ona qarşı təxribatlara təhrik edir. 2.Bu kor yapalaq deputat Azərbaycanın bütün müsəlman ölkələri ilə bərabər hüquqlu,hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan əla münasibətlərə malik olduğunu doğrudanmı görmür, yoxsa görmək istəmir. Görmək istəsə idi, başından böyük sözlər danışmazdı.İslam dünyasının bir parçası olan bir ölkəni olduğu və ya durduğu yerə dəvət etmək yalnız Mirtacəddini kimi Hüccətülislamın ağlına gələ bilər. 3.Bu savadsız deputata görə İranın hazırda əsas tərəfdaşları olan, qonşusuna, dini və etnik qardaşının evinə hərbi təcavüz edən Rusiya, kapitulyasiydan hələ də özünə gələ bilməyib İrandan dəstək alan cırtdan Ermənistan,yoxsa KOMMUNİST Çin İslam dünyasının üzvləridir. Adam nə danışdığını bilməyəndə mütləq sarsaqlayır. Özü xristian və kommunist dünyasına tərəf gedən bir rejimin deputatı bizləri daxil olduğumuz dünyaya tərəf getməyə çağırır. Belə “səlis” məntiqi ancaq İran deputatlarından gözləmək olar.
Вернуться назад
|