Главная > ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ > KARMA və SEÇİM AZADLIĞI!

KARMA və SEÇİM AZADLIĞI!


10-03-2023, 15:58. Разместил: Gulnara.Inanch
Ramil Əliyev

Fəlsəfədə FATALİZM deyilən bir termin var.


FATALİZM-hər şey əvvəlcədən müəyyən olunub bizdən asılı heç nə yoxdur! Sadəcə hazır ssenari ilə gedirik, deməkdir! Bu insanın heç nəyə can atmasının cəhdlərinin səylərinin mənası olmadığını iddia edən bir fəlsəfi baxışdır!
Lakin bu cür baxışın çox ciddi çatışmayan cəhəti odur ki, əgər bu belə olsa idi o zaman talehi insanı daima, bütün həyatı boyu cürbəcür seçim qarşısında qoymazdı. Onu proqramlaşmış aparat kimi hərəkət elətdirərdi. Bu da hər şeyi tamamilə mənasızlaşdırardı.
Bu heyvan bədəni almış canlara aiddir. 
Krişnanın ali iradəsi bizim əzəli mövqeyimiz və ali məqsədimizlə tamamilə üst-üstə düşür.
Bu bizim əbədi halımız xoşbəxtliyin və əbədi sərvətimiz sevginin bərpasıdır....!
Bunun üçün təqdim olunan maddi hər bir vasitənin haqqında hər şeyi Krişna əvvəlcədən bilir, lakin seginin yalnız mütləq müstəqillik halında təzahür etməsinin mümkün olduğu halda insan bədənində canlı varlığın azad seçimi və müstəqilliyi müqəddəs bir şey kimi qorunur. Qanun, qadağa, məhdudiyyat, çərçivələr onun üçündür ki, insanı müstəqilliyindən və azad seçimidən məhrum etmədən ona düzgün seçim etməkdə yardım göstərmək. Hər dəfə onun seçim azadlığı var və əgər düzgün seçim edərsə, müstəqilliyinin sərhədləri genişlənir. Burda əvvəlcədən müəyyənləşmə yaxud yuxarıdan diqtə olarsa, bu sevgi ilə nəticələnməyəcək. Çünki sevgi yeganə bir şeydir ki, Krişna onu məcbur ya vadar eləməkdə acizdir....Sevgi tam azadlıq tələb edir...!
Lakin insan hər dəfə ona ayrılmış çərçivədə düzgün seçim etməzsə, onun müstəqilliyi bir az da məhdudlandırılır.müstəqilliyindən tam məhrum olan kimi belə cana heyvan bədəni təqdim olunur.
Məsələn əgər insan ona verilən nəsihətlərə, göstərişlərə, biliklərə məhəl qoymadan nitqinə, düşüncəsinə və əməllərinə görə məhsuliyyət daşımırsa, yəni onları həyata keçirən zaman öz hazırkı istəklərini onun ali rifahını əsas götürərək ona məsləhət verən müqəddəs yazıdan üstün tutursa, düşünmürsə ki, əks reaksiya gələcək, bu zaman o kainata mesaj göndərmiş olur; "Mənə heç bir məhsuliyyət daşımayan bir bədən verin!" Belə can maddi bədənini tərk edən kimi ona heyvan bədəni verilir, çünki heyvanlar heç nəyə görə məhsuliyyət daşımırlar....
Krişna hər etapda mənim keçmişimi və gələcəyimi mükəmməl bilir, lakin bu mənim müstəqilliyimi və azad seçimimi əlimdən almır. Çünki Onun məqsədi axı məni zombi etmək deyil, əksinə mükəmməl surətdə düzgün seçim etmək qabliyyəti əldə eləmiş tam müstəqil və azad canla Krişna sevgi münasibətlərinə malikdir.
Deyilir ki, insanı sevib sevilməkdən başqa hər şeyə məcbur və vadar eləmək olar....!Çünki sevgi tam azadlıq və müstəqillik üstündə qurulur......məhz bu səbəbdən Krişna insanın həyatına qarışmır onun əvəzinə seçim eləmir, cavabdehlik daşımır....hamsını insan özü edir.
KARMA qanunu belə səslənir;" İNDİKİ, KEÇMİŞİN NƏTİCƏSİ, GƏLƏCƏYİN SƏBƏBİDİR!"
Taleh, qismət, alın yazısınında məqsəd sadəcə olaraq cəzalandırmaq ya mükafatlandırmaq deyil, necə ki, küçədəki svetaforun məqsədi sadəcə maşınları dayandırmaq və buraxmaq deyil, məqsəd hərəkətin harmoniyasını yaratmaqdır, beləcə də əsas məqsəd insana rəngarəngliyin harmoniyasında öz yerini tapmaqda yardımçı olmaqdır. Çünki təkrar biliyin, maneə isə inkişafın anası olduğu kimi, həzzin(hansını ki, daima axtarırıq) də anası harmoniyasında yerimizi düzgün tapdığımız rəngarənglikdir!!!
Bir dəfə bir mömün Krişnadan soruşur ki, Sən axı bu dünyanı nə üçün yaratmısan?!
KRİŞNA deyir; "MƏN BU DÜNYANI YARATDIM Kİ, SƏFEH CANLAR BURA DAXİL OLSUNLAR, MƏNDƏN KƏNAR XOŞBƏXT OLMAĞA ÇALIŞSINLAR, TÖRƏTDİKLƏRİ ƏMƏLLƏRİN REAKSİYALARINDA İTİB-BATSINLAR, PEŞİMAN VƏ MƏYUS OLSUNLAR, DÜRSUNLAR MƏNƏ XODMƏT YOLUNA, QAYITSINLAR GERİYƏ YANIMA!" Bütün müqəddəs yazıların bir cümlə ilə ifadəsi budur!

Вернуться назад