Главная > ПРАЗДНИКИ, ОБРЯДЫ > “Saya gəzdirmək” günü... Yəni qışın tən yarısıdır...

“Saya gəzdirmək” günü... Yəni qışın tən yarısıdır...


24-01-2023, 16:46. Разместил: Gulnara.Inanch

foto:google

Bəhmən Faziloğlu,AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent 

İctimai rəydə, bəzən də elmi tədqiqatlarda Novruz bayramı daha çox əkinçilik bayramı kimi xarakterizə olunur. Ancaq maraqlıdır ki, Novruz təqviminə aid bayram və mərasimlərin əksəriyyəti maldarlıq təsərrüfatı ilə əlaqədardır. Novruz təqviminə aid olan mərasimlərdən (bayram da demək olar) biri “Saya gəzdirmək” adı ilə də tanınıb.
Sәlam әleyk say bәylәr,
Bir-birindәn yey bәylәr!
Saya gәldi gördünüz,
Salam verdi aldınız
Alnı tәpәl qoç quzu
Sayaçıya verdiniz.
“Qoç qatımı”ndan (təxminən 10-15 oktyabr) keçən yüzüncü gün, yəni, “QARAQIŞ”ın (“Böyük çillə”) sonuna bir həftə qalmış kəndlərimizdə saya gəzdirərdilər. Təxminən yanvar ayının 23-24-nə təsadüf edən “SAYA GƏZDİRMƏK” mərasimi qışın tən yarısının keçməsini, “dölə” az qalmasından xəbər verirdi. Sayaçı sözlər söyləyərdilər:
Saya yaxşı sayadı,
Yeri-yurdu qayadı.
Onun gözəl sözləri,
Yatanları oyadı.
Təkəmə bir pay gətir,
Tikələri say gətir.
Təkəni tez yola sal,
Özünə bir tay gətir.
Nənəm qoyunun ağı,
Gedir dolanır dağı.
Qızlara cehiz ağı,
Uşağa bələk bağı.
Qarı tutanda yağı,
Gəlin yeyər qaymağı və s.
“Sayaçı” kəlməsi “sayalı olan, xeyir gətirən” mənasını daşıyır. Yəqin ki, “Əli-ayağı sayalı olsun”-alqışını eşitmisiniz. Sizin də işiniz-gücünüz sayalı olsun.
Bu saya yaxşı saya,
Hәm çeşmәyә, hәm çaya,
Hәm ülkәrә, hәm aya,
Hәm yoxsula, hәm baya
Bu saya kimdәn qaldı?
Adәm atadan qaldı.




Вернуться назад