Главная > АНАЛИТИКА > İranın 20 Yanvar hadisələrini görməzliyi

İranın 20 Yanvar hadisələrini görməzliyi


20-01-2023, 21:06. Разместил: Gulnara.Inanch

Foto:google

Vidadi Mustafayev

Bu gün, 2020-ci ilin yanvar ayının 20-də Azərbaycan xalqının qəhrəman övladlarının milli azadlıq uğrunda şanlı mübarizəsinin 30-cu ili (20 yanvar 1990)tamam oldu.Azərbaycan xalqı hər il olduğu kimi bu il də Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəman övladlarını dərin ehtiram, minnətdarlıqla yad edərək, onlarla qürur duyduğunu  bütün dünyaya nümayiş etdirdi.

.Bunu bütün dünya görürdü, bir İrandan başqa.İranın bütün mərkəzi xəbər agentlikləri, mühafizəkar və islahatçı saytları, o cümlədən Cənubi Azərbaycanda yerləşən və antimilli funksiya yerinə yetirən, hakim millətçilik və hakim dinçilik ideologiyasına xidmət edən saytlar 20 YANVAR HADİSƏLƏRİNİN İLDÖNÜMÜ ilə bağlı heç bir xəbər, məlumat belə verməmişlər.Yalnız ən qatı Azərbaycan düşməni olan “Arannyus” saytı guya məqsədi gizli saxlamaq sahəsində fars-şiə metodundan istifadə edərək, 20 Yanvarla bağlı Bakıdan bir neçə məlumat yerləşdirmişdir.Sayt İranda fars dilli dindar oxucuları ”narahat” etməmək üçün yazılarını farsca yox, latın qrafikası ilə Azərbaycan dilində, yəni bizim üçün vermişdir.Əgər fars dilində yaysa idi, onda farslar da az-çox məlumatlanmış olardı ki, bu da saytın dəst xəttinə uyğun deyil. Artıq haqqındad danışılmış bir məsələni də qeyd etmək yersiz olmazdı. İran generalı qətlə yetirildikdən sonra bütün İran mərkəzi və yerli xəbər, analitik- informasiya agentlikləri və onların saytları Azərbaycanda həmin hadisəyə medianın, hətta sosial şəbəkənin münasibətini gen bol işıqlandırırdı və indi də hərdən bir həmin mövzuya qayıdır.Həmin saytlarda, xüsusən mühafizəkar-dini dairələrin maraqlarını təmsil edən saytlar özlərinin etiraf etdikləri kimi “İranın Azərbaycanda maraqlarını müdafiə edən şiə”, dini, yarım dini təşkilatların iranyönümlü mövqelərindən, bəyanatlarından, həmçinin ayrı-ayrı internet istifadəçilərinin ah-zarından, generala “sevgisi”ndən böyük həvəslə , eyni zamanda müxtəlif siyasi, mədəni, ictimai təşkilat nümayəndələri və rəhbərlərinin, fərdlərin öz sözləri ilə desək, “daim Azərbaycanın islamçılarını dəstəkləyən” şəxsin fəaliyyətinə mənfi və öldürülməsinə biganə münasibət göstərənlərdən hiddətlə danışırdılar. Onların fikrincə, azərbaycanlılar hamılıqla bu adamın öldürülməsinə heyfslənməli idi. Amma azərbaycanlıların əksəriyyəti həmin genarılın hansı amala xidmət etdiyini, fəaliyyətinin dünyəvi dünyagörüşlü insanların maraqlarına zidd olduğunu yaxşı bilərək, onun ancaq İranın dini-siyasi dairələri üçün itki olduğunun fərqində idilər.Çox təəssüf ki, Azərbaycanda hələ də Azərbaycanın siyasi sisteminin mahiyyətini, onun verdiyi imkanların qiymətini, eləcə də İran rejiminin dini-siyasi fəaliyyətinin digər müsəlman xalqların mənafeinə zidd olduğunu, ən əsası, milli (bizim )ilə dini(onların) ideologiyaların, eləcə də fars ilə azərbaycanlı arasında fərqi görmür və ya nəinsə xatirinə görmək istəmirlər.Belələri fikirləşmirlər ki,görəsən niyə İranda nəinki 20 Yanvarla bağlı hər hansı bir ümumi xarakterli yazı verilməyib, hətta Azərbaycanda bu tarixi hadisənin layiqincə qeyd edildiy haqqında bir-iki sətirdən ibarət xəbər də yayılmayıb.Bizim iranpərəstlər niyə ağalarından soruşmurlar ki, onlar dövlətin heç bir maneə yaratmadığından istifadə edərək,əcnəbi generala yas mərasimi keçirdikləri halda, İranın heç bir yerində bununla bağlı heç bir tədbir keçirilməyib. Qeyd edildiyi kimi, həmin günlə bağlı heç bir məlumat qeyd edilməyib.Hətta Azərbaycanın İranda səfirliyi və Baş konsulluğunun tədbirləri barədə məlumat verilməyib.İranpərəstlər belə münasibətin nə demək olduğunu anlayırlarmı. Bizim iranpərəstlər İranın indiki rejiminin maraqları ilə bağlı hər bir tədbirdə fəal iştirak etməyə, onların hüzurunda şer oxumağa can atsalar da, onlar bizim müasir tariximizin ən şanlı səhifələrindən birini görməzdən gəlir, tam laqeydlik göstərirlər.Yəni onlar bizim iranpərəstlərin ancaq onlara xidmət etməsini iistəyirlər. vəssalam, əvəzində isə ölkəmizin daxili sabitliyini pozmağı vəd edirlər.VALLAHİ, BİLLAHİ BELƏ DOSTLUQ, ƏMƏKDAŞLIQ OLMAZ. AYIQ OLMAQ VAXTI HƏLƏ KEÇMƏYİB.\20 yanvar 2020




Вернуться назад