Главная > ЭТНОПОЛИТИКА > Xamenei nə türkdür,nə də farsdır

Xamenei nə türkdür,nə də farsdır


21-11-2022, 12:01. Разместил: Gulnara.Inanch
Foto:google

Vidadi Mustafayev

BİR DAHA İİR RƏHBƏRİ  S.Ə XAMENEİNİN MİLLİ\ETNİK KİMLİYİ HAQQINDA

İran İslam Respublikasının Rəhbəri S.Ə.Xamenei nə türkdür,nə də farsdır. Ata nənəsi tərəfdən az-maz təsadüfi  türk qarışığı olsa da, ata xətti ilə nəsli IV İmam Əli ben Hüseynə  gedib çıxır.Anası da nəsillikcən ərəb olaraq  VI İmam Cəfərə  gedib çıxır.


Azərbaycana Xameneinin atasının babası  İranın kiçik şəhərlərindən olan Təfreşdən gəlib..Yalnız onun oğlu Seyid Hüseyn Təbrizdə anadan olub, nə atası, nə də özü Təbrizdə anadan olmayıb. Xameneinin uşaqlıqda Təbrizə gəlib-gəlməməsi haqqında məlumat yoxdur. Xamenei ata nənəsini yəqin ki heç görməyib və xatırlamır da.

Xameneinin atası Nəcəfdə, özü isə Məşhəddə doğulub.Beləliklə ərəb ata və anadan olan Azərbaycan\türk mühitində belə yaşamayan Xameneini türk adlandırıb millətinə naxələf çıxmaqda  ittiham etməyin əsası yoxdur..O nə türkdür, nə də fars,farslaşmış lakin kimliyini çox yaxşı bilən, cüzi miqdarda türk qanı daşıyan bir ərəbdir.

Вернуться назад