Главная > ЭТНОПОЛИТИКА > KÖLƏ SƏDAQƏTİ

KÖLƏ SƏDAQƏTİ


13-11-2022, 22:47. Разместил: Gulnara.Inanch

Foto:Google

Vidadi Mustafayev

Təbrizdən deputat bu gün( 22 aban 1401\13 noyabr 2022) parlamentin plenar iclasında müzakirələrdən əvvəl çıxış edib, müxtəlif məsələlərdən danışaraq anoxronik, lakin onun əsas gəlir meydanı olan, rejimə və panfarsist dairələrə  sədaqətini göstərmək üçün Azərbaycan prezidentinin Cənubi azərbaycanlıların on illərdir milli hüquqlardan, o cümlədən ana dilində təhsil hüququndan, məhrum edilməsi haqqında bütün dünyaya məlum olan, amma təbrizli deputa məlum olmayan, ən bəsit həqiqəti dilə gətirməsinə panfarsist deputatlar qarşısında irad və hətta hədələr bildirməyə cəsarət edib.

Azərbaycan prezidenti Azərbaycan Respubliasından  ayrı düşmüş azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyindən danışıb,amma bu öz nəfsinin köləsi, ona görə öz xalqının milli maraqlarına arxa çevirən molla deputat, həmin sözləri ərazi iddiası kimi qələmə verərək, yenidən panfarsist dairələrin Şimali Azərbaycanın İrandan ayrılması haqqında sərsəm fikirlərini təkrar edərək, türkcə\azərbaycanca Azərbaycan prezidentinə müraciət edərək deyib ki, ayrılmaq məsələsi gündəmə gələrsə, gərək Naxçıvan İrana birləşsin.O, panfarsist dairələrə kölə sədaqətini nümayiş etdirmək üçün Azərbaycanı hərbi güclə hədələyib.

İranda rəsmi sferaya buraxılmayan Azərbaycan dilindən , parlamentdə Şimali Azərbaycan əleyhinə   fikir səsləndirilməsində istifadə ediməsi   heç bir etiraz doğurmur.Halbu ki, parlamentdə  bəzi azərbaycanlı deputatların  nadir hallarda azərbaycanca danışmaq cəhdinin qarşsını rəsmi dil  maddəsinə əsaslanaraq qətiyyətlə alıblar. Bu dəfə azəri deputatın öz xalqının milli maraqlarına qarşı ana dilində fikir söyləməsinə həvəslə razılıq veriblər.

Biz İranın mərkəzi saytlarında Azərbaycan prezidentinin İranla bağlı çıxışlarına münasibət əks etdirən yazıları tez-tez müşahidə edirik.Həmin yazılarda Azərbaycan prezidentinin sözlərini ərazi iddası kimi qələmə verən və hərbi güclə hədələyən fikirlərə rast gəlməmişik. Amma təbrizdən olan molla  deputat sədaqətini göstərmək üçün və Cənubi azərbaycanlıların Şimali azərbaycanlılara qarşı qoyulması siyasətini icra edərək,  böhtan və iftiradan, hədədən belə utanmır.


Bu, 3 çağırış deputat, 4 il ( 2009-2013) prezidentin Parlament, Əsas qanunun icrası üzrə müavini, eyni zamanda ruhanilərin işi üzrə məsul şəxs qismində xidmət etmiş fərd , çox fürsəttələb olduğundan həm dini, həm dünyəvi təhsil almış, hüccətül islam rütbəsinə nail olmuş bu kölə, etiraz edib demədi ki, Cənubi azərbaycanlıların bütün milli-mədəni hüquqları qorunur,onlar ana dilində təhsil alırlar,İranda türk\azərbaycanca ümummilli radio\televiziya kanalları, ümummilli mətbuat orqanları  fəaliyyət göstərir. Demədi,deyə bilməz ,çünki İranda Cənubi azərbaycanlılara qarşı belə kölələrin yaxından iştirakı ilə ancaq etnik-dil genosidi siyasəti  yeridilir. Öz xalqının hüquqsuzluğuna həvəslə göz yuman,  yuxarı dairələrdə sülənən bu  kölə, öz xalqınn milli maraqlarını öz şəxsi maraqlarına qurban verərək, rejimə və panfarsistlərə sədaqətini göstərmək üçün ən yaramaz  böhtan, iftira və hədələr söyləməyə  cəsarət edir.

Soruşula bilər ki, bu  kölə deputat kimdir? Həmin şəxsləri reklam etməmək üçün mən ancaq mənbəni göstərə bilərəm(anaj saytı 22.08.1401\13 .11.2022).





Вернуться назад