Главная > АНАЛИТИКА > Tehran hakimiyyəti Azərbaycanla münasibətlərini fars-türk deyil, türk-türk müstəvisində formalaşdırır

Tehran hakimiyyəti Azərbaycanla münasibətlərini fars-türk deyil, türk-türk müstəvisində formalaşdırır


10-11-2022, 14:43. Разместил: Gulnara.Inanch

Foto: Google

Vidadi Mustafayev

İran İslam Respublikasının Azərbaycan Respublikasına yönəlik siyasəti yeni prezidentin  komandası (2021-ci il avqustundan) öz  vəzifəsini icra etməyə başlayandan sonra yeni prinsiplərə əsaslanmağa başlayıb.

Həmin prinsiplərin nədən ibarət olduğunu təsəvvür etmək üçün Təbrizdə İran Radio-televiziya Şirkəti rəhbərliyinin 2021- ci iln oktyabr ayında  4 Cənubi Azərbaycan vilayəti radioteleviziya  idarələrinin rəhbərliyi ilə keçirilən bir günlük toplantında qəbul edilmiş qərarlar yada salınmalıdır.

 Toplantının yekunuda  elan edilmişdir ki, bundan sonra İran mediası İran –Azərbaycan münasibətlərinin ideoloji aspektini tamamilə yeni prinsiplər əsasında,  yeni  məzmunda təqdim edəcəkdir.

Həmin prinsiplər aşağıdakılardır:

1.İran-Azərbaycan münasibətlərini fars-türk deyil, türk-türk münasibətləri kimi nəzərdən keçirmək.

İranın Azərbaycan Respubliasına yönəlik siyasətinin ideolji əsası indiyə qədər türk\azərbaycanlı\(Şimali Azərbaycan)-fars(İran) kim təsəvvür edilirdi.Artıq belə yanaşmanın vaxtı keçdiyindən,  həmin münasibətləri türk\azərbaycanlı(Cənubi Azərbaycan)-türk\azərbaycanlı(Şimali Azərbaycan) münasibətləri,rəqabəti kimi təqdim etmək qərara alınmışdır.

2.Cənubi azərbaycanlıların dini kimliyini gücləndirmək

Cənubi azərbaycanlıları Şimali azərbaycanlılara qarşı qoymaq üçün onların dini kimliyini gücləndirmək və guya dövlətin dini strukturlarında mövqelərini möhkəmlətmək və statuslarını yüksəltmək   planlaşdırılır.

3.Cənubi azərbaycanlılarda Şimali Azərbaycanın ədalətsizliyi hissini gücləndirmək 

Cənubi azərbaycanlılardan Şimali Azərbaycan dövlətinə qarşı istifadə etmək üçün Şimali Azərbaycanın İranla bağlı hərəkətləri və siyasətini  ədalətsiz kimi qələmə vermək nəzərdə tutulur..
 Biz bu yeni  siyasətin ilk  təzahürünü  artıq  kimliksiz,millətinin düşməni olan birinin aşağıda qeyd olunan böhtan və iftiralarında görürük .

İran tərəfi Şirazda mavzoley kompleksində baş verən(26.10.2022) terror hadisəsində Azərbaycan Respublikasının  vətndaşının(  İŞİD-çi adlandırılan) guya aparıcı rol oynadığını bütün dünyaya elan etdi. Halbuki, nəinki dünyada, eləcə də İranda, terrorun İran xüsusi xidmət orqanları tərəfindən törədildiyni yaxşı bilir və bəyan edirlər.

Bununla belə, Cənubi Azərbaycanda həmişə panfarsistlərə qulluq edən və öz milli hüquqları və milli kimliyindən imtina edən şəxsləri, az da olsa, görmək olar. Belələrindən biri,  hətta ana dilinin fakultativ fənn kimi məktəblərdə tədris olunmasının, azərbaycanlıların türk kimliyi və ümumiyyətlə ayrıca etnik kimliyə malik oması  əleyhinə mübarizə aparan keçmiş sepah zabiti və uğursuz siyasətçi olmuş,hazırda nə işlə məşğul olduğu bilinməyən bir yaramazdır( bax “anaj” saytı 8 noyabr 2022)

O,yuxarıda qeyd  edilən provakasiya xarakterli ,əsasız ittiham və düşünülmüş böhtandan ilham   alaraq, həyasızcasına Azərbaycana qarş  ağasından daha böyük  ittiham və böhtanlar  irəli sürərək deyir:” Təəssüflər olsun ki,  Qarabağ terrorçuların əlinə keçib, Türkiyə və Azərbaycan hökuməti terrorçuları ora toplayıb, onlara təlim keçmək, manevr etmək imkanı verib”.

Belə həyasızlıqla iftira atan bu şərəfsiz daha da irəli gedərək müstəqil  Azərbaycan dövlətinə zooloji düşmənçiliyini açıq aydın bəyan edir, Azərbaycan hökumətinə qarşı ağasının   başından böyük  hədələr irəli sürür.

Təbii ki, bu tör-töküntü yuxarıda qeyd edilən siyasətin  aciz bir piyadasıdır, ona görə onun hədyanların; burada təkrar etməyə ehtiyac yoxdur.Onun niyə və nə demək istədiyinə aidiyyatı qurumlar daha yaxşı  qiymət verə bilərlər.

Amma əsas məsələ zahirən Cənubi azərbaycanlı birsinin Şimali Azərbaycana qarşı  ideolji müharibə cəbhəsini açmasıdır.

 İnsan şərəfsiz və ləyaqətsiz olanda, bir qab yal üçün hara, kimə, özününkünə, özgəyə,  nə vaxt desən, hürməyə  hazırdır.

Biz əminik ki,belə ləyaqətsiz, şərəfsiz və milli kimliksiz şəxslərin sayı ketdikcə nəinki Cənubi Azərbaycanda,eləcə də bütün İranda daim  azalacaqdır.

 

 


Вернуться назад