Главная > ОБЩЕСТВО > “Günahsız qan” sənədli filminin ilkin təqdimatı baş tutub.

“Günahsız qan” sənədli filminin ilkin təqdimatı baş tutub.


10-11-2022, 14:25. Разместил: Gulnara.Inanch

Film Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb. Filmin ssenari müəllifi Nəriman Hüseynzadədir.

“İnnovativ Media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyinin cavabdehliyindədir.
Filmin mövzusu Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror aktlarıdır. Film xarici arenada yayımlanmaq üçün hazırlanıb. Hesabat xarakterli məlumatlar 2 dildə – azərbaycan və ingilis dillərində təqdim edilir.

Təqdimat interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb. Təqdimat gənc jurnalistlər üçün keçirilib. Müzakirələr əsasında filmin uğurlu tərəfləri qeyd olunub, daha təsirli olması üçün təkliflər səsləndirilib. Gənclər filmdə qeyd edilən faktların dünya ictimaiyyətinə çatdırılması üçün əllərindən gələni etdiklərini və bundan sonra da edəcəklərini bildiriblər. Onu da əlavə ediblər ki, bu film xarici auditoriya ilə yanaşı yerli auditoriya üçün də çox önəmlidir. Qan yaddaşımız sübutlarla hər kəsə çatdırılmalıdır.

Züleyxa Ağaməliyeva

Günahsız qan… | Sosialmedia


Вернуться назад