Главная > АНАЛИТИКА > 8 noyabr 2022-ci il tarixində İrandakı etirazlarla bağlı məlumat

8 noyabr 2022-ci il tarixində İrandakı etirazlarla bağlı məlumat


9-11-2022, 19:42. Разместил: Gulnara.Inanch
Foto: google
DW fars-dan 8 noyabr 2022-ci il tarixinə olan məlumat:
Kürd mediası Saqqız şəhərindəki “Müəllim” meydanı yaxınlığında hökumət qüvvələri ilə etirazçılar arasında şiddətli toqquşmanın baş verdiyini yazır.
Sənəndec, Bukan, Məhabad və Mərivanda küçələrin bağlanması və tonqalların yandırılması ilə toplantılar davam edir və eyni zamanda təzyiq və repressiyalar güclənib.
İslam Respublikası rəsmiləri İranın müxtəlif şəhərlərində məhbusların sayının yeni statistikasını açıqlayıb.
Sonuncular arasında Mazandaran vilayətinin Qolugah şəhərinin polis rəisi bu şəhərdəki etirazlar zamanı 17 vətəndaşın həbs olunduğunu bildirib.
Gunesh News-un 7 noyabr 2022-ci il tarixinə oaln məlumatı:
Bəlucistandan alınan xəbərə görə, noyabrın 4-də cümə günü bu şəhərin əhalisinin sıxışdırılmasında və öldürülməsində iştirak edən Xaş qubernatoru öldürülüb.

Hazırladı Səməd Bayramzadə


Вернуться назад