Главная > ЭТНОПОЛИТИКА > İran ruhanisi ölkədə siyasətin dəyişməsi ilə bağlı referendum keçirilməsini tələb edib

İran ruhanisi ölkədə siyasətin dəyişməsi ilə bağlı referendum keçirilməsini tələb edib


6-11-2022, 17:28. Разместил: Gulnara.Inanch

Photo: Middle East Images/Redux

 

Vidadi Mustafayev

Zahidan şəhərinin Məkki məscidinin imam cüməsi həzrəti Əbdülhəmid İsmayılzəhi cümə namazı (4noyabr 2022) zamanı xütbəsində İranda siyasətin dəyişməsi ilə bağlı referendum keçirilməsini tələb edib.Həmin referendumun daha dəqiq hansı məsələ ilə bağlı keçirilməsi tələbi barədə heç nə yazmayan sepah saytı ruhaniyə qarşı geniş qara piyar kampaniyasına başlayıb.Ruhaniyə əsas iradı Səudiyyə Ərəbistanı ilə dini əlaqələrinin olmasıdır.O,Məkkədə İslami Hüquq(Fiqh) Şurasının üzvüdür. Saytda həmçinin ruhaniyə qarşı kimlər tərəfindən yazıldığı məlum olan komentlər də geniş şəkildə öz əksini tapıb.

Amma başq bir yazıdan onun nə dediyi, necə deyərlər, ucundan-qulağından məlum olur.

O deyib:”Biz MİLLİ HÜQUQLAR, söz azadlığı, qələm və siyasi azadlıqlar tələb edirik. Biz dəfələrlə demişik ki, İranın problemləri təkcə iqtisadi və dolanışıq problemi deyil. Bu, problemlərdən biridir, amma daha önəmlisi azadlıq problemidir”.

Qeyd etmək lazımdır ki, milli hüquqlardan danışarkən ən çox istinad edilən Əsas qanunun yerli və məhəlli dildə ədəbiyyatın tədrisi azdlığı ifadə olunan 15-ci maddəsi Konstitusiyanı hazırlayan Ekspertlər məclisində iştirak edən bəluc və kürd din xadimlərinin təkidi ilə qəbul olunmuşdur.

 


Вернуться назад