Главная > АНАЛИТИКА > ANA DİLİ,YOXSA HƏMŞƏRİ VƏZİR

ANA DİLİ,YOXSA HƏMŞƏRİ VƏZİR


26-10-2022, 16:14. Разместил: Gulnara.Inanch

Foto:Google

Vidadi Mustafayev

Məqalə 26 oktyabr 2018-ci ildə yazılıb.

Azərbaycandan İran parlamenti deputatlarını TƏBRİK edin.

Onların istək, tələb, hətta xəbərdarlığı nəzərə alındı və istefaya göndərilmiş 4 VƏZİR yerinə irəli sürülən namizədlərdən biri türkdür.Neçə vaxtdır deputatlar nazirlər kabinetinə türk nazir təyin edilməsini tələb edirdilər.Maraqldır ki, bu deputatlar türk deyəndə nə başa düşürlər. Həmin hökumətdə müdafiə naziri türkdür(Zəncandan) Daxili işlər naziri türkdür( Xorasndan) bundan əvvəl istefaya göndərilmiş Əmək və sosial rifah naziri türk idi(deyəsən Qəzvindən).Deputatlar elə danışırdılar ki, guya hökumətdə əslən bir nəfər də türk yoxdur.

Hazırki namizəd əslən Təbrizdəndir.Belə çıxır ki, Şərqi və Qərbi Azərbaycan ostanlarından olmayanlar türk deyillər, halbu ki, deputatlardan bəziləri İranda 40milyon türk olduğunddan danışırlar.Adam qalır məəttəl.Görəsən, türk nazirinin təyin edilməsi ilə deputatlar nəyə nail olmaq istəyirlər.

Məgər onlar bilmirlər ki, İran kimi ölkədə, eləcə də istənilən çox millətli ölkədə, mərkəzi hökumətdə milii azlığın nümayəndəsi öz xalqını deyil, hakim xalqın və mərkəzi hakimiyyətin maraqları istiqamətidə hərəkət edə bilər.Hə, türk vəzir deputatlardan kiminsə ya qohumu, ya həmkəndlisi, ya həmməhəlləsi ola bilər və ona nədəsə əl tuta bilər. İnqilabın qələbsindən sonra ilk illər İranda əsas vəzifələrdə türklər idi, Azərbaycana bir faydası oldumu.

Deputatlar üç ildir ana dilində təhsil sahəsində heç bir irəliləyişə nail olmayıblar, indi türk vəziri uğrunda vuruşurlar.Kim deyər, bu işlərn mənası nədir.



Вернуться назад