Главная > ЭТНОПОЛИТИКА > SEPAH-ın azərbaycanlılara hədə və məsləhətləri haqda bir neçə söz

SEPAH-ın azərbaycanlılara hədə və məsləhətləri haqda bir neçə söz


25-10-2022, 19:58. Разместил: Gulnara.Inanch

Foto:www.unusualtraveler.com

Vidadi Mustafayev

Bu günlərdə İranın  panfarsist-molla rejiminin  Şimali Azərbaycana və bütövlükdə azərbaycanlılara qarşı düşmənçiliyinin aqressiv  nümayişi olan, Cənubi Azərbaycanda keçirilən irimiqyaslı və təxribat xarakterli hərbi təlimlərlə əlaqədar Sepahın komandirləri tez-tez TəbrizəƏrdəbilə baş çəkərək  mənfur niyyətlərini aşkar şəkildə bəyan etmişlər.

 Belə komandirlərdən biri olan  Sepahın quru qoşunlarının kordiantorunun müavini,panfarsist general  21 oktyabr 2022-ci il tarixində Təbrizdə cümə namazından əvvəçıxış edərək qırmızı cizgi,Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir və s. kimi təhdidləri və şablon ifadələri bir daha təkrar etmişdir.

Bunula belə panfarsist general Şimali Azərbaycan sərhədlərinə geniş tərkibdə və coxlu sayda hərbi texnika, təchizat və canlı qüvvə yığıb, irimiqyaslı hərbi təlim keçirmələrinə haqq qazandırmaq üçün cənubi azərbaycanlılara tarixi,  xüsusən də Səfəvi dövlətinin tarixini ,Çaldıran döyüşünü,kimin dost,kimin düşmən  olduğunu öyrənməyi”  təkidlə məsəhət görüb.

Panfarsist general öz aləmində güman edir ki, Səfəvilər dövlətinin tarixinin öyrənilməsi Cənubi azərvaycanlılarda Türkiyə  türklərinə  düşmənçilik hissi yaradacaq və onlara düşmən gözü ilə baxılmasına səbəb olacaq.

Türklərə və türkləri bəhanə edərəŞimali Azərbaycana və azərbaycanlılara  qarşı düşmənçilik əhval ruhiyyəsi yaratmağçalışan panfarsist generalın Cənubi azərbaycanlılara Səfəvi dövlətinin tarixini dönə-dönə oxumağı məsləhət görməsini  biz də dəstəkləyrik.

Əgər Cənubi azərbaycanlılar Səfəvi tarixini bir də oxusalar (oxuyanlar çox yaxşı bilirlər), görəcəklər ki, Səfəvi dövlətinin yaranmasından əvvəl,  qısa fasilə(Hülakilər-Elxanilər dövləti\1258-1357)nəzərə alınmasa, və sonra Yaxın və Orta Şərqdə  türk dövlətlərindən başqa dövlətlər yox idi və onlarıərazi,nüfuz və təsir  dairəsini genişləndirmək uğrunda rəqabəti və mübarizəsi son dərəıcə arzuolunmaz,amma təbii hal idi. Axı Səfəvi dövləti də türklərin\azərbaycanlılarıöz aralarında mübarizəsi nəticəsində meydana gəlmişdi.Yenə təkrar edirik,tarixin subyektləri qismində müxtəlif türk etnik birlikləri mübarizə aparırdı.

Səfəvilər dövləti qurulduqdan sonra onun regionda, qərbdə OsmanlıŞərqdə Orta Asiya türklərinin Teymurilər,Şeybanilər kimi türk  dövlətlərindən başqa rəqibləri yox idi.Ona görə, qeyd edildiyi kimi, türk dövlətləri arasında rəqabət  adi hal idi və məslənin həmin cəhəti bu gün türklər arasında düşmənçilik ruhu aşılamağa və qızışdırmağəsas ola bilməz,əksinə türkləüçün bir qürur mənbəyidir ki, həmin dövrdə region türk dölətlərindən başqa dövlətlər tanımırdı.Bu bir.

İkincisi, orta əsrləşəraitində türk dövlətləri arasında baş vermiş tarixi hadisələrdən indi,tamamlə yeni beynəlxalq və regional şəraitdə,türklər arasında düşmənçilik hissi yaratmaq üçün istfadə edilməsi XAM BİR XƏYALDIR.Bunun belə olduğunu 2009-cu ildə yaranmış Türk Dövlətləri Təşkilatının varlığı və fəaliyyəti aydışəkildə nümayiş etdirir.Yəni türklərin öz aralarında keçmişdə baş vermiş rəqabət və müharibələrdən panfarsistlərin istifadə etmək cəhdinin heç bir uğuru ola bilməz.Bu iki.

Üçüncüsü,Cənubi azərbaycanlıların Səfəvi dövlətinin tarixini dönə-dönə oxuması və öyrənməsi panfarsistlərin yaratdığı  başqa bir  həqiqəti bir daha ortaya çıxarmış olur.Səfəvilər tarixini yalnız millətçi,panfarsist hakimiyyət nümayəndələrinin güman etdiyi aspektdən deyil,həm də başqa bucaq altında öyrənmək, doğrudan da, çox vacibdir. Məhz onda, doğrudan da kimin həqiqi dost,kimin düşmən olduğu daha aşkar şəkildə ortaya çıxmış olar.Başqa sözlə, Səfəvilərin tarixini oxuyan və öyrənən hər bir azərbaycanlı istər-istəməözlərinin həmin tarixi dövrdəki vəziyyti ilə son yüzildə,əvvəlcə millətçi panfarsist,sonra dinçi panfarsist  hakimiyyəti  altında olduğu dövrlə müqayisə etməli olur və hər iki dövr(türk səfəvi və fars pəhləvi və islam) arsında azərbaycanlıların vəziyyətində  baş vermiş yerlə-göy arasındakı qədə fərqi görməyə bilmir.

Səfəvilər dövlətini azərbaycanlılar Azərbaycanda  yaradıb və sonra bütün indiki İrana və ondan kənar türk ərazilərinə qədər genişləndiriblər.Azərbaycanlılar dövlətyaradan xalq olaraq öz dövlətini genişləndirmək və digər türklərin eyni istiqamətli fəaliyyətindən qorumaqla məşğul olmuşlar.Azərbaycanlılar dövlətquran xalq olaraq dövlətin idarə olunması və qorunması ilə məşğul idilər.Ona görə ali hakimiyyət, əyalət və vilayətlərin idarə olunması azərbaycanlı larıəlində cəmləşmişdi.Səfəvi ordusu da azərbaycanlılardan ibarət olub azərbaycanlı sərkərdə və komandirlər tərəfindən idarə olunurdu.

Siyasi,hərbi,hakimiyyətin və idarəetmənin azərbaycanlılarıəlində cəmləşməsi Azərbaycan dilinin bütüölkədə, həyatın bütün sahələrində işləməsinə və buna yuğun olaraq Azərbaycan dilinin,bu dildə  mədəniyyətin inkişaf edib çiçəklənməsinə şərait yaradırdı.Səfəvi dövləti fars və digər millətlərin nümayəndələrinin ictimai-siyasi həyatın bütün sahələrində iştirak etməsinə,əəsası, fars dilinin geniş şəkildə işlənməsi və inkişafına nəinki əngəl törətmir, əksinə şərait yradırdı.Səfəvilər tarixinin öyrənilməsi nəticəsində formalaşan    bu təbii mənzərəni azərbaycanlıların son yüz ildəki vəziyyəti ilə müqayisə edə hər bir sağlam düşüncəli və insaflı kənar şəxs belə dəhşətə gəlır.

Son yüz ildə panfarsist millətçilər indiki İran dövlətini quran, qoruyan azərbaycanlıları İranın, oxu farsların, düşməni elan edərək, onları bir millət, xalq, etnos kimi məhv etməüçün bütün siyasi,iqtisadi,mədəni,ideoloji, mənəvi təzyiqlərdən istifadə edib və bu gün də istifadə etməkdədirlər.

İndiki İran da daxil olmaqla bütün dövləti idarə edən azərbaycanlılar teokratik rejimə başçılıq edən panfarsisit dini və mülki şəxslərin səyi  ilə nəinki mərkəzi hakimiyyət strukturlarından kənarlaşdırılmış,hətta Cənubi Azərbaycan ostanlarına rəhbərliyə buraxılmırlar. Cənubi Azərbaycan tikə-parça edilmiş,itisadi sərvəti fars rayonlarına daşınmış və daşınmaqdadır,elmi potensialı fars millətinin xidmətinə verilmiş  və ondan azərbaycanlıların milli maraqları,milli varlığı əleyhinə istifadə edilir.

Panfarsist millətçi və dinçi hakimiyyətin anti Azərbaycan\türk siyasəti özünü əçılpaq şəkildə  etnosid və linqvosid siyasətində göstərir.

Son yüz ilə qədər, xüsusən Səfəvilər dövründə, sarayda, divanda,idarəetmədə,orduda işlənən bir dil,İran bir yana qalsın, Cənubi Azərbaycanda belə ictimai-siyasi,mədəni həyatın bütün sahələrindən sıxışdırılıçıxarılmış,onun məhv edilməsi üçün daim yeni üsullar tapılaraq, tətbiq edilmişdir və tətbiq edilir.

Pəhləvi rejimi(1935-1979), fikrləşilirdi ki, qatı millətçilik,şovinist milli siyasət yeritməklə məşğul olduğundan problem onun devrilməsi ilə həll oluna bilər.Lakin 1978-1979-cu illər antimonarxist inqilabdan sonra hakimiyyətə gələn din-siyasi və sırf siyasi qüvvələr Pəhləvi rejimi zamanı həyata keçirilən milli siyasəti daha sərt və geniş şəkildə  davam etdirdilər.Hakim panfarsist dini və dünyəvi qüvvələr milli siyasət sahəsində  Pəhləvi rejiminin yetirmələri və davamçıları olduğunu nümatiş etdirərək həmin siyasəti daha geniş şəkildə və müxtəlif üsullarla davam etdirirlər.

Bəli, Cənubi azərbaycanlılara Səfəvi dövlətinin tarixini oxumaq və öyrənməçox vacibdir.  Həmin tarixi dərindəöyrənsələr,  bu günkü vəziyyətlərinin dözülməzliyin bir daha dərindən hiss edib, həmin vəziyyətin səbəbləri və əsas amilləri haqqında düşünüb,  ondan daha müasir və etibarlı  çıxış yolu arayarlar.

ONA GÖRƏ BİZ DƏ CƏNUBİ AZƏRBAYCANLILARA İSRARLA MƏSLƏHƏT GÖRÜRÜK Kİ, SƏFƏVİ DÖVLƏTİNİN TARİXİNİ DÖNÖ-DÖNƏ OXUSUNLAR Kİ, GÖRSÜNLƏÖLKƏLƏRİNDƏ KİM QIRILIB, KİM QALIB,ONLARIN DOSTU KİMDİR, DÜŞMƏNİ KİM.

 


Вернуться назад