Главная > АНАЛИТИКА > İrandakı narazılıqlara Azərbaycanı səbəbkar kimi görən Rusiya ekspertləri

İrandakı narazılıqlara Azərbaycanı səbəbkar kimi görən Rusiya ekspertləri


25-10-2022, 16:34. Разместил: Gulnara.Inanch
People participate in a protest against Iranian President Ebrahim Raisi outside of the United Nations on September 21, 2022 in New York City. STEPHANIE KEITH/GETTY IMAGES

Vidadi Mustafayev


Rusiyalı siyasi ekspert Sergey Kojemyakin İranda son hadisələr haqqında nəsə yazıb.İranlılar onu dərhal tərcümə edərək öz saytlarında yerləşdiriblər.


Rus ekspert də İran hakimiyyəti kimi etiraz və iğtişaşları xaricilərin işi adlandırır. Bu başa bəla ekspert İranın qonşularının hadisələrə münasibətindən danışaraq Türkiyə və Azərbaycanla kifayətlənir.Türkiyə ilə bağlı bir iiki cümlə ilə kifayətlənərək, əsas diqqəti Azərbaycana yönəldir.

 

Bu adam İranın İsrailin Azərbaycanla əməkdaşlığı haqqında dediyi əsassız iddiaları birbəbir təkrar edir. İsrailin Bakda səfirini guya separatizmi dəstəkləməkdə ittiham edərək son dərəcə sərsəm, ilk baxışda savadsız, əslində isə qərəzli bir "dəlil" gətirir.O yaz;r;" Bu diplomat separatizmi dəstəklədiyini də gizlətmir. Yayda o, Twitter-də “Təbrizin sehrli nağılları” kitabı ilə fotosunu dərc edib. Bu fotonun izahında deyilir: “Bu, Azərbaycanın qədim şəhəridir”. Əlbəttə, “Dik” yaxşı bilir ki, “Təbriz” qədim zamanlardan Perşiyanın , sonra isə İranın tərkibində olub".


İndi deyin görək SAVADSIZ kimdir,QƏRƏZLİ kim.

 

Maraqlıdır ki,İran mərkəzi mediası nadir istisnalar nəzərə alınmasa, Azərbaycanın İranda baş verən hadisələrə müdaxilə etməsi barədə haqlı olaraq heç nə yazmır,çünki Azərbaycan qonşularının daxili işlərinə qarşımır.

Amma rus ekspert təcavüzkar və işğalçı ölkəsinin İsraillə yaşanan gərginliyə cavab olaraq Azərbaycan -İran münasibətlərini pisləşdirmək üçün İranın da istifadə etdiyi İsrail kartından istifadə edir. 

 

Necə olur ki,Azərbaycanla strateji əməkdaşlıq edən ölkənin nümayəndəsi Azərbaycana qara yaxmaqla məşğul olur. Bunu yəqin ki,bu ekspertə muzd verənlər bilər,yoxsa onun İran rejiminə olan "sevgisi", Azərbaycana böhtanı və İsrailə düşmənçiliyi haradan qaynaqlanır.



Вернуться назад