Главная > АНАЛИТИКА > İranın ümumdövlət siyasəti bütün istiqamətlərdə fiaskoya uğrayıb...

İranın ümumdövlət siyasəti bütün istiqamətlərdə fiaskoya uğrayıb...


18-10-2022, 16:35. Разместил: Gulnara.Inanch

Mehman Qaraxanoglu

Məqalə 15 oktyabr 2021-ci ildə yazılıb  · 

Mən siyasətçi deyiləm, amma siyasətdən də kənar deyiləm. Ortada rüsvayçı Gülüstan və Türkmənçay müqavilələri mövcud olduğundan İran 200 ildən artıqdır ki, bizə qarşı çirkin siyasətini Rusiya üzərindən qurur. Rusiya faktiki olaraq Azərbaycanın Şimalını əldən verib.


 İran Rusiyadan artıq deyildir, ona görə də Cənubun getməyi böyük söz qonusu ola bilməz, yəni, Rusiya günü bugün istəsə, İran Cənubu saxlaya bilməz. İran qeyri-rəsmi də olsa Ermənistanın hərbi müttəfiqidir. Niyə qeyri-rəsmi deyirəm, çünki onun rəsmi tərəfi Rusiya və Ermənistana bəllidir. Heç Rusiyanın özü də Haqq Savaşımızın belə masştab alıb, Zəfərlə sonlanacağını gözləmirdi. Rusiya, Azərbaycanın yanında Türkiyə, Pakistan və İsrailin bu dərəcədə israrla duracağını gözləmirdi. 


Niyə hələ də tam dərk edə bilmirik ki, Rusiya və Ermənistanla əvvəlcədən razılaşdırılmış gizli sövdələşməyə uyğun olaraq İran bizimlə müharibəyə start verməliydi. Əgər 44 gün ərzində Ali Baş Komandan onların əlinə xırda bir əsas versəydi, İran müharibəyə qoşulardı. İranın quduz müharibə istəyi onun gözlərini o qədər tutmuşdu ki, Zəfər Paradımızda - ürəklərimizin qan ağladığı, bir gözümüzün gülüb, o biri gözümüzün ağladığı bir zamanda səslənən bircə bayatıya görə mollasayağı “şivən” qopardı və daxilindəki lehməni püskürüb paxırını açdı. Biz bunu, əslində, ilk müharibə anonsu kimi qəbul etməliyik. 


Biz Rusiya, Ermənistan və İranı məğlub etmişik. Amma Rusiya özünü tox göstərir. Rusiya təkcə Ermənistanı deyil, həm də İranı satıb. Rusiya bütün zamanlarda satmağı bacarıb. Bunun bir başqa siyasi yozumu belədir: Rusiya öz dövlət maraqlarını reallığa uyğun qura bilir və bu maraqları heç qardaşlarına da qurban verməz! İran hələ indi-indi bunları başa düşür. Amma gecdir! İran iqtisadi blokadaya bundan sonra düşəcək və onun iqtisadi çöküşü başlanacaq. Daxildəki böhran sosial partlayışlara səbəb ola bilər. 


Və... İranın indiki qorxusu başadüşüləndir, çünki ümumdövlət siyasəti bütün istiqamətlərdə fiaskoya uğrayıb...



Вернуться назад