Главная > РЕЛИГИЯ > Lənkəran şəhərində Fövqələqdəs Məryəm Ananın Örpəyi şərəfinə kilsə bayramı qeyd edilib
Lənkəran şəhərində Fövqələqdəs Məryəm Ananın Örpəyi şərəfinə kilsə bayramı qeyd edilib17-10-2022, 20:35. Разместил: Gulnara.Inanch |
Bakı və Azərbaycan yeparxiyasının ən cənub pravoslav prixodunda, Lənkəran şəhərində Fövqələqdəs Məryəm Ananın Örpəyi şərəfinə kilsə bayramı qeyd edilib. ![]() ![]() Kilsə bayramı günü ilk Liturgiyaya kilsənin baş keşişi protoiyerey Aleksandr Astaşkin, Bakı yeparxiyasının mətbuat katibi, protoiyerey Konstantin Pominov və protodiakon Vadim Tokarevin müşaiəti ilə Bakı yeparxiyasının katibi, arximandrit Aleksiy (Nikonorov) başçılıq edib. ![]() Liturgiya ilahilərini Mixail Klimovun rəhbərlik etdiyi Bakı kafedral kilsəsinin kvarteti ifa edib. Bayram münasibətilə yeparxiyanın zəvvarlıq idarəsi tərəfindən Bakı prixodlarının üzvləri üçün Lənkəran şəhərinə səyahət təşkil edilmişdir. Məryəm Ananın Örpəyi kilsəsinə Respublika Prezidentinin Yardım Fondunun vəsaiti hesabına hazırlanmış üç taxta kürsü (analoy) hədiyyə edildi. İbadətdə şəhər icra hakimiyyətinin başçısı və KİV nümayəndələri iştirak ediblər. Mənbə:Arximandrit Aleksinin facebook səhifəsi Вернуться назад |