Главная > ЭТНОПОЛИТИКА > Ceyhun Məmmədov: Müəyyən dini qruplar şəhid ailələri ilə işləməyə, onları öz adlarına çıxmağa çalışır.

Ceyhun Məmmədov: Müəyyən dini qruplar şəhid ailələri ilə işləməyə, onları öz adlarına çıxmağa çalışır.


16-09-2022, 15:20. Разместил: Gulnara.Inanch

Şəhidlərin dəfni zamanı səslənən dini şüarlar və digər məsələlər indi yox, 

bu günə kimi həll edilməli idi. Uzun müddətdir davamlı olaraq vurğulamışıq ki, 

ölkədə dini sahədə çox ciddi proses gedir. Sadəcə bu məsələ indi daha qabarıq 

özünü büruzə verdi. Müəyyən dini qruplar şəhid ailələri ilə işləməyə,

 onları öz adlarına çıxmağa çalışır.

Bunu Teleqraf.com-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin

 üzvü, millət vəkili, dinşunas alim Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, bu faktların bu ərəfədə müşahidə edilməsi daha böyük təəssüf 

doğurur: “Şəhidimizin dəfnində iştirak edəndə özüm də bu halla rastlaşdım. 

Amma xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda dinə, dindara qarşı 

təzyiqdən söhbət gedə bilməz. Tarixən ölkəmizdə əhlibeytə böyük sevgi olub”.

Deputat vurğulayıb ki, bu kimi “aksiyalar” əvvəldən planlaşdırılır, siyahılar 

tutulur: “Bölgələrə gedəcək adamlar seçilir, hansı bölgədə yas mərasimlərində kim iştirak, 

kim hansı vəzifəni icra edəcək kimi məsələlər öncədən müəyyənləşdirilir. 

Təəssüf ki, bununla bağlı əvvəldən heç bir addım atılmayıb”.

Ceyhun Məmmədova görə, çox ciddi qərarlar qəbul edilməlidir ki, 

dinin siyasiləşməsinə imkan verilməsin: “Biz hadisə baş verəndən sonra

 tədbir görməməliyik. Müvafiq addımlar öncədən atılmalıdır. 


Belə halların qarşısı vaxtında alınmalıdır ki, sonradan problemlə üzləşməyək. 

Çünki ötən gün şəhidlərin dəfnində dini şüarların səslənməsi xoşagəlməz bir 

mənzərə idi. Kimlərsə bu mərasimlərdən özlərini ifadə etmək, güclərini göstərmək 

məqsədi ilə istifadə edir. Əslində bu, ciddi siqnaldır”.

Komitə üzvü Azərbaycanda dinə xas yüksək əxlaqi dəyərlərin dəstəkləndiyini 

söyləyib: “Azərbaycan tolerant, multikultral ölkədir. Amma biz kimlərinsə dini siyasiləşdirməsinə,

 bundan siyasi məqsədlərlə istifadəsinə yol verməmliyik. Bu cür mərasimlərdə əsas 

mövzu şəhidlərimizin qəhrəmanlığı, onların keçdiyi yol olmalıdır. Aidiyyəti strukturlar bu istiqamətdə çox ciddi tədbirlər görməlidirlər”.


Müəllif: Tapdıq Qurbanlı






Вернуться назад