Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > “XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkibi” adlı monoqrafiyası nəşr olunub.

“XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkibi” adlı monoqrafiyası nəşr olunub.


9-09-2022, 18:28. Разместил: Gulnara.Inanch

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə institutun Azərbaycan xanlıqları və Qarabağ tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,dosent İradə Məmmədovanın “XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkibi” adlı monoqrafiyası nəşr olunub.


Kitabın elmi redaktoru :tarix elmləri doktoru,professor,Əməkdar elm xadimi,Dövlət Mükafatı laureatı Tofiq Mustafazadə,rəyçilər:tarix elmləri doktoru Həcər Verdiyeva və tarix üzrə fəlsəfə dokturu ,dosent,Dövlət Mükafatı laureatı Güntəkin Nəcəflidir .
Monoqrafiyada XVIII-XIX əsrin əvvəllərində Azərbaycanda əhalinin etnik tərkəbi problemi ilk dəfə kompleks şəkildə araşdırılır,çoxsaylı mənbə və arxiv sənədləri əsasında mövzu üzrə müqayisəli təhlillər aparılır.Kitaba Azərbaycan əhalisinin etnik tərkibinə dair müəllif tərəfindən tərtib olunmuş müxtəlif cədvəllər daxil edilmişdir.
 Kitabdan Azərbaycan tarixi və əhali tarixi üzrə mütəxəsislər,ali məktəb tələbələri və geniş oxucu auditoriyası istifadə edə bilər.

Вернуться назад