Главная > ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ / ЭТНОПОЛИТИКА > Avrasiya İttifaqı və Türk dilli dövlətlər birliyinin psixoloji portreti

Avrasiya İttifaqı və Türk dilli dövlətlər birliyinin psixoloji portreti


28-08-2022, 13:37. Разместил: Gulnara.Inanch

Gülnara İnanc, Etnoqlobus beynəlxalq onlayn informasiya və analitik mərkəzinin direktoru, ekspert, etnopsixoloq

Türkoloq Lev Qumilyov tərəfindən əsası  qoyulan «avrasiyaçılıq»  ideyası Rusiya prezidenti Vladimir Putin tərəifndən siyasi müstəviyə keçirilib.Avrasiya İqtisadi Birliyinin

 (AİB )yaradılması birqütblü dünya yaratmaq cəhdlərinə  qarşı çağırışdır.

Sovet İttifaqı dağılandan sonra ikiqütblü dünyadan  iki siyasi qütbün qarşıdurmasından imtina edildiyindən
 çox danışılırdı.

Amma çoxqütblülük dünya yaranışının kökündədirOndan imtina insanlığı müxtəliflikdənseçim haqqından

inkişafdan  məhrum edir , çünki məhz çoxqütblülük   rəqabət bəşəriyyətin inkişafına təkan verir.

Ona görə  , təkqüblülük diktat  dominant  diqtəedici şüuru ilə uzun sürmədi.

 Anlamaq çətin deyil kiqərb dəyərləri  tələbləri olduğu kimicəmiyyətindövlətin  xalqların

 mədəniyyətinin müxtəlif sahələrində özünü göstərən  Asiya tələbləri  dəyərləri var.

 Qərb özündən başqa kimsənin dəyərlərinə hörmət etmir  sevmir.

Bunu Türkiyənin nümunəsində görmək olarAB Türkiyənin bu quruma daxil olmasını müxtəlif bəhanələrlə 

uzatdığı halda keçmiş sosialist məkanındakı dövlətlər bu təşkilata asanlıqla üzvü olub

Qeyd etmək lazımdır kiböyük dövlətçilik 

 mədəniyyətinə sahib olan Türkiyə AB böyük insani  iqtisadi mənfəət gətirə bilər.  Əgər Avropa ilə sərhəd olan türkiyəyə münasibət belədirsəbu coğrafiyadan daha uzaqda olan dövlətlərə necə

 yanaşıldığını təsəvvür etmək çətin deyil.

Əlbəttə kiadıçəkilən dövlətlərin tələmtələsik AB nəbul olunmalarının səbəblərindən biri 

 Rusiyanın təsir dairəsini daraltmaqdır.

Qətiyyən avropa dəyərlərini şübhə altına almaq və şərq sivilihzasiyasını  ona qarşı qoymaq niyyətində deyiləm. Düşünürəm ki, müasir insan dünya məkanına harmonik cəlb olunmaq üçün özünü dünya sivilizasiyasının bir parçası olaraq qəbul etməli , şərq və qərbdə olan müsbət dəyərləri qəbul etməlidir.
Beləliklə, Avrasiya iqtisadi, siyasi və mədəni məkanına cəlb olunmaq ideyası təklif olunub.

AB sərt qanunlar əsasında qurulub. Təşkilat  böyük substansiyanın bir parçası olmağı, Avropa standartlarına uymayan, ona yad olan  hər şeydən imtina etməyi nəzərdə tutur.
Avrasiya inteqrasiyası isə qanunların çevikliyini , böyük bir substansiyaya qatılarmağa dəvət edərkən,  öz kiçik mədəniyyətini qoruyub saxlamanı  təklif edir.

Avrasiya inteqrasiyası bu coğrafiyanın qarşılıqlı hörmət, çevikliyə əsaslanan etnomədəni və etnopsixoloji elementlərinə söykənir. Qeyd etmək istəyirmə ki, Avrasiya energetik və psixoloji cəhətdən özündə asiyanın asiyanın gucunu daha çox daşıyır, nəinki Avropanın.
Pribaltika ölkələri Sovet İttifaqı dağılandan sonra Avropa arealına təsadüfən asanlıqla qarışmadı. Bu xalqlar öz düşüncə tərzi və etnik şüuruna görə Sovet İttifaqı tərkibində Asiyanın energetik sahəsinə düşdükləri üçün yad idilər. Bu isə , pribaltikalıları sıxırdı.

Bu səbəbdən də onlar hər iki tərəf üçün asan bir şəkildə Avropaya qarışdılar.

Hər hansı bir birliyə daxil olmaq dövlətin qüdrətinin gücləndirilməsi və qurum daxilindəik tərəfdaşlar tərəfindən heç olmasa mənəvi dəstək almağı nəzərdə tutur.

Müasir qlobalizasiya ğransmilli təşkilatların yaradılmasını tələb edir. Bundan imtina izolyasiyaya gətirir.

Avrasiya İqtisadi Birliyi ilə paralel olaraq  Türkdilli dövlətlərin Birliyi  (TDB)də mövcuddur. Amma AİB ilə TDB arasında rəqabət yumşaq , təzyiqlər olmadan, dövlətlərarası münasibətlərin kobud surətdə pozulmaması,  bir-birini inkardan uzaq tərzdə baş verir.

AB isə yüksək rəqabət mədəniyyəti nümayiş etdirmir, daha çox təzyiq alətini  seçir.

Hər şey qanunauyğundur. Bu iki birliyin başında duran Rusiya və Türkiyə Avrasiyanın bir parçasıdır. Onlar bu coğrafiyanın insanlarının mental xüsusiyyətləri ilə tanışdır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Avrasiya məkanının böyük hissəsini türkdilli dövlətlər və xalqlar tutur.

TDB-nin öz parlamenti, himni. Bayrağı, TÜRKSOY kimi daxili struktur təşkilatı  var. Ötən ilin sonundan isə artıq TDB-nin diaspora strukturları fəaliyyətə başlayıb.
Bu arada ötən ilin soqnlarında Kazanda keçirilən türkdilli xalqların vokal mahnı müsabiqəsi olan Türkvizyonun keçirilməsini zatırlatmaq lazımdır. Türkiyə türkdilli məkanının aparıcı qüvvəsi kimi bu məntəqənin etnik psixologiyası mental cəhətləri ilə tanış olduğundan türk xalqlarına öz özünəməxsusluqlarına söykənərək özünütəsdiqləri üçün əla imkan yaratdı.

Məhz bu, Türkvizyonun əsas və irəli aparan gücüdür. Müsabiqədə Rusiyada yaşayan türk xalqları çıxış edir, özlərini nəhəng bir varlığın bir parçası hiss edir, amma eyni zamanda onlar ingilis dilində deyil, öz ana dillərində mahnı ifa edirdilər. Evrovizyonda isə mahnılar ingilis dilində oxunur, mahnılar Avropa müəllifləri təərfindən, yaxud avropasayağı yazılır. Yəni, dünyaya vahid və onların qənaətincə, daha üstün Avropa mədəniyyətinin yayılması təbliğ olunur.

Yuxarıda deyildiyi kimi Avropa etnik  özünüidentifikasiya və etnik mədəniyyətlərdən imtinanı tələb edir.  Bu mənada Türkvizyon isə əksinə bütün türkdilli xalqların mədəniyyətinə söykənərək TDB-nin siyasətini  irəli aparır, etnik kimliyə hörmət edir və öz siyasətini məhz turk etnik kimliyi üzərində qurur.

Düşünürəm ki, Moskva dəfələrlə Türkiyəni AİB-ə dəvət edərkən eyni zamanda həm Rusiyadakı türk xalqlarının AİB-ə və Rusiyaya  etimadını artırmağı və TDB-nin, ilk növbədə Ankaranın təsirini zəiflətməyi nəzərdə tutub.

Qeyd etmək lazımdır ki, Türkiynəin AİB-də iştirakı Azərbaycanın bu quruma qoşulmasını sürətləndirə bilərdi. Amma, yuxarıda da deyildiyi kimi, Rusiya və Türkiyə arasında çevik və həssas rəqabət gedir.

Rusiya öz siyasətində türk elementini nəzərə alır. Bu mövzuya xüsusi yer ayrılır.

Deyilənləri təsdiq etmək üçün ötən il Rusiyada keçirilən  2 konfransı xatırlatmaq lazımdır. Noyabrın 23-29-da Moskvada «Karaçay-Balkar xalqlarının etnogenezi, tarixi, dili və mədəniyyəti» mövzusunda Beynəlxalq elmi konfrans oldu.

Dekabrın 16-17 tarixində isə Qroznıda «Terek türkləri Çeçen respublikası və türk dünyası arasında körpüdür» mövzusunda  beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu ilin sentyabrında isə Moskvada ümumtürk forumu keçirilməsi nəzərdə tutulur. Forumun təşkilatçısı  «Ozden» kumık qurumudur.   Moskva türk elementinin Türkiyənin təsiri altına düşməsini önləmək üçün onların istəklərini, əhval-ruhiyyəsini öyrənir.

Avroviziya müsabiqəsində olduğu kimi  siyasi mahiyyət daşıyan Türkviziyanın kazan yarışmasında diqqət tələb edən tarixi bir hadisə baş verdi.
Müsabişədə İranı Azərbaycan türkləri təmsil edən rokk qruppa çıxış edirdi.

Onlar iran bayrağı altında çıxış edir, amma ana dilində mahnı oxuyur, Azərbaycana, Bakıya və Təbrizə salam göndərirdilər.

Bunu şişirtmədən sensasiya adlandırmaq olar.  Şəxsi müşahidələrimə görə, iran azərbaycanlıları arasında milli şüur güclüdür və onları türk dünyasından ayırmaq mümkün deyil. Bu amil İranın özündə də diqqətdə saxlanılır. Məsələn, iqtisadi, siyasi və mədəni mərkəz olan Kazanda fevralın 2-4 tarixində İranın buradakı konsulluğunun və Tatarstan respublikasnını təşkilatçılığı ilə Təbriz mədəniyyət həftəsi keçirilib. Təbrizin Azərbaycan türkləri ilə identifikasiya olunduğunu nəzərə alsaq, Tehran bu yolla türk dünyasının simpatiyasını qazanmağa, İran türklərinin Türkiyəyə mkyllənməsini önləməyə çalışır.

Aprelin 28-29-u isə  Əllamə Təbatəbai adina Tehran Universiteti «Iranda türk dilinin dialektlərinin dilçilk və ədəbi baxımdan araşdırılması»mövzusunda beynəlxalq simpozium keçirməyi planlaşdırır. Tədbirə türkiyə alimləri də cəlb olunub.

Mütəxəssislər ilk dəfə türk dilinə həsr olunmuş simpoziumun keçirilməsini əhəmiyyətli hadisə adlandırır.

AİB-ə gəlincə isə Tehran dəfələrlə müxtəlif səviyyəli rəsmi lərinin dili ilə İranın bu qurumda iştiraıkın məqbul sayıb. Qərblə uzunmüdətli rəqabətdə olan iran üçün AİB izolyasiyadan çıxış yoludur. Yenə də həmin türk amili. İran situasiyanı öz əlinə alıb ölkədə yaşayan Azərbaycan türklərinin türk təsir dairəsini düşməsinə imkan verməməlidir.
Azərbaycana gəlincə isə biz də Avrasiya coğrafiya və türk dünyasının bir parçasıyıq.

Azərbaycan mentallığı rəqabət, bəzən isə düşmənçilik aparan tərəflər arasında balans siyasəti yürüdərək inkişaf etmək imkanı verir, tolerantdır, bütün mədəniyyət və dinlərə açıqdır.  Azərbaycan öz gücünü hesablaya bilir, hücum etmək və geri çəkilməyin vaxtını həssaslıqla hiss edir. Bu, tarixi yaddaş və etnik şüurdan irəli gəlir.

Bölgənin başqa xalqları tarixin müəyyən mərhələlərində güclərini nəzərə almadan, strategiyaya sahib olmadan yalnız bir yol- savaş yolunu seçi rvə nəticədə təslim olur, iqtisadi, mədəni cəhətdən çökürdülər.

Belə zamanlarda isə Azərbaycan  qarşısındakı rəqibin gücünü nəzərə alaraq geri çəkilir, inkişaf edir və digər mədəniyyətlərə açılırdı.  Nəticədə inkiaşf etmiş çoxşaxəli mədəniyyət və inkişaf etmiş iqtisadiyyata malik müasir Azərbaycanı görürük.

1993-cü ildə də Azərbaycan ermənistanla sülh müqaviləsi imzalayarkən  məhz belə hərəkət etdi.

Amma bu, azərbaycanlıların döyüşə bilməməsi demək deyil. Farslar deyir ki, Azərbaycan türkləri daş qazandır- gec qızır və gec soyuyur. Başqa bir fars ifadəsində isə «Azərbaycan türkləri  yatmış şirdir » deyilir.

Azərbaycan milli şüuru dövlətyaradıcıdır. Dövlət quruculuğunda isə çevik olmaq , böyük dövlətlər arasında balans yaratmağı bacarmaq lazımdır. Dövlətqurucu şüuruna malik olan azərbaycanlılar tarixin müxtəlif mərhələlərində üzərlərinə dövlət qurmaq məsuliyyəti götürüb.  Azərbaycan Ermənistanla  müharibəni durdurub xaos və iqtisadi iflicdən qurtardı və inkişaf etdi.

İndi Azərbaycanın zorla AİB-ə daxil olması üçün Moskvanın təzyiq etdiyi  ətrafında müzakirələr var. Amma göründüyü kimi Moskva Bakıya bununla bağlı təzyiq etmir.

Çünki rəsmi Bakı siyasətində tənasübü qoruyur, lazım olan vaxtda, lazım olan yerdə olmağı bacarır. Bu isə ölkəyə provakasiylara getməməyə və rəqiblər arasında alətə çevrilməməyə imkan verir.

Nədənsə yalnız iki yol görürlər- ya AB, ya da AİB. Amma həmişə alternativ və üçüncü yol var. Şübhəsiz ki, Azərbaycan bu yolu tapacaq.
(2014- ilin noyabrında Kazanda keçirilən Avrasiya Forumundakı çıxış)



Вернуться назад