Главная > РЕЛИГИЯ > Bərəkətsizdən şəriət əxz edilməz...

Bərəkətsizdən şəriət əxz edilməz...


28-06-2022, 16:56. Разместил: Gulnara.Inanch
Elvüsal Məmmədov, ilahiyyatçı
Əgər ideyalarımızın kök tutub möhkəmlənməsini, yayılmasını istəyiriksə, bilikdən qabaq əxlaqa, davranış mədəniyyətinə sahib olmalıyıq...
Ətrafımızdakıların bizdə görmək istədikləri şey - davranış mədəniyyəti, yəni etikadır...
Əxlaq ilə davranış mədəniyyəti - etika fərqli-fərqli şeylərdir, amma bizdən qısamüddətli münasibətlərdə daha çox etika tələb olunur...
Əxlaq Allahla bəndənin, eləcə də bəndənin bəndə ilə davamlı münasibətlərində lazımdır...
Tələbələrimə deyirəm:
"İslamı o müəllimlərdən, o kimsələrdən öyrənin ki, fərqli fikirlərə, fərqli düşünən şəxslərə etikadankənar münasibət bəsləmirlər; lağa qoymaq, rişxənd etmək, ələ salmaq, pis və yaman adlar qoşmaq onlara yaddır. Məhz belələri sizə islamı sevdirə bilərlər. O şəxslərdən uzaq durun ki, onlar sizə ayrı-ayrı alimlərin fikirlərini öyrətdikləri halda, Peyğəmbərin əxlaqını öyrətməyi unudurlar, çünki sözdə bu əxlaqa yaxın olsalar da, əməldə ondan çox uzaqdırlar... Əxlaqı olmayan şəxsin elminin bərəkəti olmaz, bərəkətsizdən də şəriət əxz edilməz...
Mümkündür ki, belə şəxs sizə şəriətin ayrı-ayrı qaydalarını, məsələlərini öyrətsin, amma sizə "haqqa girməmək" dərsini öyrətmədiyindən fərqli düşünənləri lağa qoyub ələ saldığınız üçün, pis adlarla çağırdığınız üçün qul haqqına girməklə axirətinizi təhlükə altına atacaqsınız... Əxlaqı qarşısında əridiyiniz kimsələrə üz tutun, onlardan həm bilik, həm də əxlaq kəsb edin...".
P.S. Xüsusən inanclı kimsələrin fərqli məzhəblərə, cərəyanlara məxsus ayrı-ayrı fərdlərə etikadankənar münasibəti narahatedicidir....

Вернуться назад