Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > Azərbaycanın daş yaddaşı

Azərbaycanın daş yaddaşı


15-06-2022, 20:18. Разместил: Gulnara.Inanch
Foto və mətn :Sabit Coculu
Qədim dövrlərdə Günəş kultu əcdadlarımızın inanc sistemində geniş yer tuturdu. 
Min illərdir ki, Günəş insanlar tərəfindən qüdrətli həyat, bolluq və tərəqqi mənbəyi, qaranlığa və xaosa qalib gələn bir qüvvə kimi qəbul edilirdi. Günəş kultu millətimizin mədəniyyətində də böyük bir iz buraxıb. Mədəniyyət elementlərinin bəziləri Novruz xalq bayramının adət və mərasimlərində dövrümüzə qədər gəlib çatmışdır. Günəş kultu qədim zamanlarda insanın günəş işığına və istiliyə təbii ehtiyacı nəticəsində yaranıb və insanların şüurunda, onların mifolojiləşmiş düşüncəsində möhkəm kök salmışdı.  
Maraqlıdır ki, azərbaycanlıların mifoloji təsvirlərində o biri dünya çox vaxt “Günəşli diyar” kimi qəbul olunurdu və həmin təsvirlərə görə ölülərin ruhları mifik quşlar tərəfindən “günəşli diyara” aparılır. Əcdadlarımızın İslamı qəbul etməsinə baxmayaraq Günəş kultunun izləri ( Solyar işarələr ) məzar daşlarında tətbiqi sənət nümunələri şəklində öz əksini tapmışdır. 
P.S. Günəşi simvolizə edən müxtəlif solyar işarələrini məzar daşları üzərində gördükdə, onları israrla Albanlara aid olduğunu vurqulayan həmvətənlərimə demək istəyirəm ki, sözügedən simvollar qədimdən məlum olsalar da, Qafqaz ərazisində geniş yayılması və mədəniyyətdə tədbiq olunması əsasən Səlcuklu İmperiyasının dövrunə təsadüf edir və bir çox müsəlman abidələrinin üzərində görmək mümkündür.

Вернуться назад