Главная > РЕЛИГИЯ > Quran ayələrində yəhudi düşmənçiliyi deyə bir məsələ bəzi hallarda ictimai fikrə təqdim olunan sayaq qəbul edilmir.
Quran ayələrində yəhudi düşmənçiliyi deyə bir məsələ bəzi hallarda ictimai fikrə təqdim olunan sayaq qəbul edilmir.13-06-2022, 10:48. Разместил: Gulnara.Inanch |
Foto: en.wikipedia.org Nəriman Qasımoğlu Quran ayələrində yəhudi düşmənçiliyi deyə bir məsələ bəzi hallarda ictimai fikrə təqdim edilən sayaq təqdim edilmir. Yəhudilik də təktanrılıq dinidir, Quran müsəlmanların öncəki kitablarını, o cümlədən yəhudilərin Tövratını təsdiq üçün enib deyə ayələri də oxuyanlarına çatdırır. Ümumən onu nəzərdə tutun ki, Oxu mətni təktanrılıq dinlərini tənqid etmir və yenə yazım, həmin dinlərə aid yazıları “təslimolmanı” özünə din seçənlər üçün, müsəlmanlar üçün də vacib qaynaq sayır, onları təsdiq üçün nazil olduğunu açıq ifadə edir. Tənqid edilən yəhudiliyin özü deyil, bu dini təmsilçilik iddiasında olanlardır. Məntiq belədir ki, din Tanrınındır, onu təmsil haqqı başqa heç kimə tanınmır. Quranda tarixən düşmənçilik edən bir qism yəhudilərdən söhbət salınırsa da, cənnətlə müjdələnən yəhudilərdən də danışılır: “O kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə – ödüncləri Rəblərinin qatında. Nə qorxu gözlər, nə qəm üzər onları” (2, 62); “Həqiqətən, o kəslər ki, inanmışlar və o kəslər ki, yəhudi olmuşlar... xristianlar, sabiilər... Kim inanmış Tanrıya, axır günə, bulunmuş da xeyircil bir əməldə, nə qorxu gözlər, nə qəm üzər onları” (5, 69). Təsəvvür edin, Məhəmmədin elçilik missiyasını, Quranı da qəbul etməyən, amma imanlı olub yaxşı əməl sərgiləyən yəhudiləri Quran cənnətlə müjdələyir. Ona görə də bilin ki, söhbət dinlərindən sui-istifadə edən, pis əməllərdə bulunanlardan gedir. Oxu-da ənənəçi müsəlmanların da “dinsizliyi” var, onlar bir surə başlığında “münafiqlər” (“riyakarlar”) qismində təqdim olunur. Və düşmənlər sırasında yer alanların bir qismi də bu “müsəlman” münafiqlərdir. Вернуться назад |