Главная > АНАЛИТИКА > Rusiya-ukrayna müharibəsi

Rusiya-ukrayna müharibəsi


6-06-2022, 20:41. Разместил: Gulnara.Inanch

Vidadi Mustafayev

AZƏRBAYCAN KOMMUNİSTİ

4 iyun 2022-ci il tarixində “arb 24” kanalında “canlı debat” verilişində iki partiya sədri ilə Rusiya-Ukrayna müharibəsinin gedişi müzakirə olunurdu.Tərəflərdən biri Azərbaycan Kommunist partiyasının sədri   idi.Kommunistlərin başçısı məsələyə Rusiya  mövqeyindən yanaşır və onun ideoloqlarının irəli sürdükləri müddəaların bütün bəndlərini bir-bir təkrar edirdi.Məsələn, Rusiyanın Ukraynaya nəinki hərbi təcavüz etdiyini inkar edirdi, hətta iki ölkə arasında baş berən hərbi qarşıdurmanı müharibə yox  xüsusi əməliyyat adlandırırdı.Ona ruspərəstlikdə irad tutarkən çox maraqlı bir cavab verdi.Dedi ki, bütün müsəlmanlar hara baxır” Dedilər, ki, Məkkəyə.Dedi: biz kommunistlər və sol sosialistlər, o cümlədən qardaş ölkənin eyni yönümlü siyasi qüvvələri, Rusiyay –dünyada ilk sosialist ölkəsi olan, dahi V.İ.Leninin Mavzoleyi yerləşən ölkəyə baxırıq.

Bəli, kommunistin, demə, kommunist ideyalarından   xəbəri yoxmuş.O, Sovet İttifaqı ilə imperialist Rusiya arasında köklü fərqi ya görə bilmir ya da görmək istəmirdi.

Məkkə ilə Moskvanı eyniləşdirmək isə həm kommunzm, həm də İslam ideallarına təhqirdir.

Məkkə İslamın müqəddəs məkanı olaraq ona görə qalır ki, oradan, Səudiyyə Ərəbistanından İslam ideallarının təkrar-təkrar yayılması prosesi davam edir  və İslam idealları daim dəstəklənir.  Səudiyyə Ərəbistanı bütün dünyada İsllam ideallarını yaymaq üçün çoxsaylı qlobal, regional və milli təşkilatlar yaradıb, maliyyələşdirir.

Bundan əlavə, Səduiyyə Ərəbistanı sırf İslam ölkəsi olaraq qalır.

Bəs Rusiya kommunist dövlətidirmi, yox. Rusiya kommunist ideya və ideallarını dəstəkləyən və yayan ölkədirmi,yox Rusiya dünya kommunist hərəkatı ilə əlaqəsi olan ölkədirmi, yox

Kommunist ideya və idealları bir kənara qalsın, Rusiya regiona və dünyaya hər hansı bir müsbət ideya tədim edən ölkədirmi, yox.

Rusiyanın rəhbər tutduğu ideya SSRİ-dən əvvəlki Rusiya imperializminin sərhədlərini bərpa etmək, yəni SSRİ-nin yaranması ilə müstəqilliklərini itirib məhdud dövlətçiliyini saxlamış ölkələr və məhdud dövlətçilik statusu əldə etmiş ölkələri, SSRİ-nin süqutundan sonra isə öz müstəqilliklərini bərpa etmiş   və müstəqillik əldə etmiş xalqları və ölkələri  yenidən əsarət altına  almaqdan ibarətdir.

Rusiyanın nəinki qonşu xalqlara, region dövlətlərinə və dünyaya, eləcə də slavyan xalqlarına təqdim edəcəyi bir  müsbət,cəlbedici ideyası yoxdur.Rusiyanın yeganə birləşdirici və eyni zamanda qonşu dövlətlər xə xalqlar üçün dağıdıcı yükə malik ideyası RUS DÜNYASINI  birləşdirməkdir.Bu sırf millətçi və irqçi bir ideyadır.Ərazisində rus azlığı olan dövlətlər üçün çox qorxulu təhlükə mənbəyidir.

Rusiyda hökumətyönümlü kommunist partiyası da çoxdan millətçi, şovinist bir təşkilata çevrilib.Başqa sözlə, nə bir dövlət kimi Rusiya, nə də ələ baxan Rusiya Kommunst partiyasının  kommunistlərə aid edilə bilən elə bir  məziyyətləri- zəhmətkeş həmrəyliyi, maksimum  sosial ədalət və maksimum bərabərlik və ondan irəli gələn qardaşlıq ideyaları kimi məziyyətləri yoxdur.

Belə olan halda, Rusiyanın təcavüzkar siyasətini hansı əsasda müdafiə etmək olar, orada nə vaxtsa Sosialist dövləti yarandığına görə və bir də mavzoleyin xatirinə.

Bizim Baş kommunist bilməli idi ki, Rusiya hakimiyyəti V.İ.Lenini Rusiya imperializmini çökdürdüyünə və bir sıra xalqlara məhdud müstəqillik verdiyinə görə xəyanətdə ittiham edir və onun səhv və ya cinayətinin nəticəsini “düzəltməyi” yəni ekspansionizmi özünün əsas vəzifəsi hesab edir.

Rusiyada SSRİ-nin bərpası ideyası tez-tez səsləndirilir və Sovet İttifaqına görə nostalji hissləri yaşayan az saylı insanlar həmin ideyanın gündəmə gəlməsindən çox razı qalırlar.Lakin onlar yuxarıda deyilənləri nəzərə ala bilmirlər.Rusiya oliqarxlar hakimiyyəti SSRİ-ni bir siyasi və xüsusən də sosial proyekt kimi yox,imperialist yanaşma əsasında  ərazi baxımıdan, işğalçılıq yolu ilə  bərpa etmək istəyir və həmin istiqamətdə artıq üçüncü(birinci-Gürcüstana,ikinci və üçüncü- Ukraynaya qarşı,növbəti addımlar kimə qarşı yönələcək, müzakirə obyekti olmalıdır)  addımı atmışdır.Bunları görməyəni nəinki kommunist, heç realist da adlandırmaq olmaz, o ki qaldı Partiya başçısı və siyasətçi ola.

Əgər bizim Baş kommunistimiz bunları bilə-bilə Rusiyanın müstəqil bir ölkəyə qarşı təcavüzünə haqq qazandırırsa, vay kommunizmin halına ki, indi onu belə adamlar təmsil edir. 


Вернуться назад