Главная > КУЛЬТУРА > Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin “Yalnız İrəli” filminin İctimai baxışı və Təqdimat Mərasimi

Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin “Yalnız İrəli” filminin İctimai baxışı və Təqdimat Mərasimi


24-05-2022, 11:06. Разместил: Gulnara.Inanch

Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin “Yalnız İrəli” filminin İctimai baxışı və Təqdimat Mərasimindən hazırlanmış proqram.

YeniMediaTV-nin “QHT-lər və ictimai sektor” verilişinin 10-cu buraxılışı.

19 may 2022-ci il tarixində “Azərbaycan” nəşriyyatının Böyük Akt Zalında geniş ictimaiyyətin nümayəndələrinin – QHT rəhbərləri, yaradıcı şəxslər şəhid ailələri, qazilər, KİV əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin sifarişi əsasında Şuşalı qəhrəmanları haqqında çəkilmiş “Yalnız irəli” adlı ikihissəli tammetrajlı sənədli filmin İctimai nümayişi, eləcə də Təqdimat Mərasimi keçirildi. Azərbaycan Dövlət Himni səslənəndən sonra tədbiri açıq elan edən Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin sədri, ictimai xadim Tahirə Məmmədovanın təklifi ilə Vətən torpaqları və müstəqilliyimiz uğrunda şəhid olmuş şəxslərin, qəhrəman hərbiçilərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi.

T.Məmmədova çıxışında bildirdi ki, “Yalnız irəli” filminin çəkilməsi” layihəsi çərçivəsində Qarabağ uğrunda şəhid olmuş iki Şuşalı gənc qəhrəman haqqında sənədli film və geniş tanıtım fəaliyyətləri davam edir. 1 fevral – 1 iyun 2022-ci il tarixlərindən etibarən, 4 aylıq layihə müddətində Azərbaycanın Qarabağdakı 44 günlük möhtəşəm haqq savaşı – Qələbə ilə bitən II Vətən Müharibəsində igidlik göstərərək həlak olmuş iki qəhəman şuşalı hərbiçi haqqında sənədli-bədii filmin çəkilişi bitib, eləcə də müxtəlif formalarda innovativ-kreativ təbliğat və tanıtım tədbirləri həyata keçirilir. Əsasən gənc nəsil nümayəndələrinə, xaricdə yaşayan soydaşlarımıza və Qarabağın, Şuşanın çağdaş tarixi, II Vətən müharibəsi ilə maraqlananlara ünvanlanmışdı.

Təqdimat mərasimində “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyinin üzvləri, çəkiliş qrupu, eləcə də qəhrəmanın ailə üzvləri, doğmaları, əsgər və orta məktəb yoldaşları iştirak edirdi.


Vətəndaş Cəmiyyəti Alyansının və YYSİB sədri Aydın Xan Əbilov, şairlər, şəhid ailələrinin nümayəndələri, ictimai xadimlər öz çıxışlarında vurğuladılar ki, həyata keçirilən “Yalnız irəli” filminin çəkilməsi” layihəsinin məqsədi İkinci Qarabag müharibəsində – Vətən uğrunda şəhid olanların tanıdılması günün vacib məsələlərindəndir: onların müqəddəs amallarının təbliği, Azərbaycanın apardığı haqq işində vətəndaşların dəstəyinin artırılması indi daha aktualdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi “Yalnız irəli” filminin çəkilməsi” kreativ layihəsinin icrası uğurla yekunlaşdığını xüsusi vurğulayan çıxışçılar, Prezidentimizə, Müzəffər Ordumuza, şəhid ailələrinə və qazilərimizə, dövlətimizə, Agentliyə, zəhməti olan hər kəsə minnətdarlıqlarını ünvanladılar.

Tədbirin sonunda “Azərbaycan-İraq” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, VCA İH-nin üzvü, ictimai fəal, mədəniyyət təbliğatçısı, layihə rəhbəri Tahirə xanım Məmmədova Prezident İlham Əliyev cənablarına və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihələrinə verdikləri dəyərə görə minnətdarlığını bildirdi.

Sonda “Yalnız İrəli” filminə ictimai baxış oldu:

Tədbir çay stolu ətrafında müzakirələr və incəsənət xadimlərinin çıxışları ilə davam etdirildi.

Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi Mətbuat Xidməti

YYSİB, Kitabxana.net, Yenimedia.net və YeniMediaTV-nin layihəsi

Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilovun rəhbərlik etdiyi Vətəndaş Cəmiyyəti Alyansı – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin yaradıcı-texniki dəstəyi,Yenimedia.net sosial-analitik saytın, Kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın və YeniMedia TV-nin birgə istehsalı.

Azərbaycan-İraq Mədəni Əlaqələr İB-nin “Yalnız İrəli” filminin İctimai baxışı və Təqdimat Mərasimi – Yenimedia.net – Sosial-Analitik Portal


Вернуться назад