Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > ATİB-in ÜMUMİ YIĞINCAĞI KEÇİRİLDİ

ATİB-in ÜMUMİ YIĞINCAĞI KEÇİRİLDİ


21-05-2022, 11:32. Разместил: Gulnara.Inanch

18 may 2022-ci ildə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri 
cənab Prof. Dr. Vahit KİRİŞCİ`nin himayəçiliyi ilə Azərbaycan Türkiyə İş Adamları Birliyinin 
(ATİB) Ümumi Yığıncağının növbəti iclası keçirildi. 

Bu barədə ATIB-in ictimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir:
Prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və 
katiblər seçildi, həmçinin iclasın gündəliyi təsdiq edildi. İclasın sədri Rəşad Rəsullu, katiblər 
isə İdarə heyətinin üzvü Gürsu Başkan və ATİB-in mətbuat katibi Gülnar Şirinova seçildi.
Gündəliyə uyğun olaraq ATİB İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov İdarə 
Heyətinin 2020 və 2021-ci il üzrə hesabatını iclas iştirakçılarına təqdim etdi. İllik hesabat 
Ümumi Yığıncaq iştirakçıları tərəfindən yekdilliklə qəbul edildi.


Bundan sonra İdarə Heyətinin tərkibinin tam şəkildə formalaşdırılması üçün İdarə 
Heyətinə yeni üzvlər seçilməsi məsələsinə baxıldı. Ümumi Yığıncaq iştirakçıları idarə heyətinə 
nazmizədlər üçün təkliflər irəli sürdülər. Bununla da ATİB İdarə Heyəti növbəti üç il üçün 
fəaliyyətini aşağıdakı tərkibdə davam etdirəcəkdir:


1. Cemal Yangın (İstanbul Çarşı Import Export Ltd)- İdarə Heyətinin sədri
2. Dr. Selçuq Demir (Ziraatbank Azərbaycan ASC)-İdarə Heyətinin üzvü
3. Azər Hətəmov (Anadolu Universiteti Azərbaycan Proqramlarl) - İdarə Heyətinin 
üzvü
4. Mürsəl Rüstəmov (Pozitiv Konsaltinq MMC) - İdarə Heyətinin üzvü
5. Rəna Məmmədova (Azərbaycan Koka Kola Bottlers Ltd. MMC) – İdarə Heyətinin 
üzvü
6. Kaya Karslı (İstanbul Reklam Market MMC) - İdarə Heyətinin üzvü
7. Tahsin Gündem (Nareks MMC) - İdarə Heyətinin üzvü
8. Barış Altıparmak (Kolin İnşaat) - İdarə Heyətinin üzvü
9. Gürsu Başkan (Schneider Electric Middle East Projects) - İdarə Heyətinin üzvü
10. Sürəyya Verdiyeva (TAC MMC) - İdarə Heyətinin üzvü
11.Rafiq Qarayev (RR Group of Companies MMC) - İdarə Heyətinin üzvü

İclasda Təftiş Komissiyasının yeni tərkibi də formalaşdırıldı. Komissiyanın sədri 
“KPMG Azerbaijan Limited” şirkətinin nümayəndəliyinin rəhbəri Murat Karakaş, üzvləri isə 
“Zenit Tour” şirkətinin rəhbəri Nəzər Eminov və “Güven Tour” şirkətinin rəhbəri Fatih Güven
seçildilər.


Daha sonra R.Rəsullu İdarə Heyəti tərəfindən hazırlanmış ATİB-in 2022-ci il üçün 
büdcəsini və ştat cədvəlini təqdim etdi və sənədlər icklas iştirakçıları tərəfindən təsdiqləndi.
Seçkidən sonra Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Prof. Dr. 
Vahit KİRİŞCİ çıxış edərək ATİB-in daim onun diqqət mərkəzində olduğunu və hər zaman 
dəstək olacağını bildirdi. 


Bundan başqa tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, 
Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Kiçik və Orta 
Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadi İslahatların 
Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, professor Vüsal Qasımlı, Azərbaycan 
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti 
Məmməd Musayev çıxış edərək ATİB-lə əməkdaşlıq əlaqələrinin önəmindən bəhs etdilər.


Вернуться назад