Главная > ИСТОРИЯ И ОБЩЕСТВО > Cəlilabad abidələri

Cəlilabad abidələri


19-05-2022, 20:18. Разместил: Gulnara.Inanch
Sabit Coculu
Mədəni irsimizin əhəmiyyətli abidələrindən olan Qoç Daş zoomorf fiqurları Vətənimizin əksər bölgələrində olduğu kimi Cəlilabad rayonu ərazisində də tapılmaqdadır. Lakin, Cəlilabadın özünəməxsus abidələri ilə seçilməsi haqqında mən artıq paylaşımlar etmişdim. Bu dəfə də Qədim Cəlilabad ərazisində yeni aşkar olunmuş Buğa (Camış) Daş fiquru hamımızı heyrətləndirdi və bölgənin nə qədər zəngin tarixə malik olduğuna bir daha şahidlik etdik. Qeyd etmək istəyirəm ki, sözügedən Daş fiqurunun analoquna 2016-cı ildə doğma yurdum Qədim Borçalıda rast gəlmişdim ,lakin Azərbaycan ərazisində Buğa Daş fiqurunun mövcudluğu haqqında heç bir məlumat yox idi. Həmin abidənin əhəmiyyətini anlamaq üçün mənbələrə nəzər yetirmək kifayyət edər.
Beləliklə, qədim zamanlardan Türk xalqlarının dini təsəvvürlərində Buğa (Öküz,Kəl,Camış) obrazı mühüm yer tuturdu. Türk mifologiyasından məlumdur ki, məsələn, türk oğuz boylarının əfsanəvi əcdadı Oğuz-Xaqanın adı “Öküz” ( Buğa) totemi ilə bağlıdır. Öküz ( Buğa, Kəl,Camış) totemi tarixin çox qədim dönəmində güc,qüdrət və nüfuz rəmzi kimi hesab edilirdi.
Öküz buynuzları üstündə yer kürəsinin saxlaması qədim inancı da elə öküzün qüdrət mənbəyi hesab edilməsindən irəli gəlib. öküz kultunun izləri Qobustandakı qayaüstü petroqliflərdə, arxeoloji qazıntılar zamanı qabların üzərində, qala divarlarında, əcdadlarımızdan bizə miras qalmış xalçalardakı naxışlarda və bəzəklərdə çoxsaylı öküz təsvirləri ilə ifadə olunur. Çoxlarımıza Məlumdur ki, qədim türklərdə totemlərlə bağlı tayfa və şəxsi adlar qoyulması adəti də mövcud idi. Misal üçün Buğa ( Öküz, Kəl, Camış ) totemi ilə bağlı orta əsrlərə aid mənbələrdə: Boğaç, Ağbuğa, Arıqbuğa, Xanbuğa, Kutbuğa, Kutlubuğa və s. adlar mövcuddur.
Bu daşı qoru, qardaş
Sındırma qoru, qardaş
Sındırsan çatlayacaq
Babamın goru, qardaş.
( mənbə: Elbrus Mamedov )
İrsimizi tanıyaq və qoruyaq!
P.S. Cəlilabad rayonuna təşkil olunan səfərə görə Dövlət Xidmətinin Səlyan Regional idarəsinin rəhbərliyinə və ərazinin tarixi abidələri ilə tanış etdiklərinə görə idarənin Cəlilabad rayonu üzrə baş mütəxəssislərinə və çox qonaqpərvər ziyalı sakinlərinə ( Елшад Аманов ) dərin minnətdarlığımı bildirirəm.

Вернуться назад