Главная > КУЛЬТУРА > Şuşalı qəhrəmanlar haqda tammetrajlı sənədli film çəkilib

Şuşalı qəhrəmanlar haqda tammetrajlı sənədli film çəkilib


16-05-2022, 09:54. Разместил: Gulnara1

Yalnız irəli! İkihissəli tammetrajlı sənədli film hərbi-vətənpərvərlik mövzusunda çəkilmiş ən maraqlı ekran əsərlərindən biridir.

Möhtəşəm 44 günlük Vətən – II Qarabağ müharibəsi, Şuşa fatehləri sırasında əslən oradan – Şuşadan olan, fəqət heç vaxt doğma diyarı görməyən 9 şəhid qəhrəman haqqında silsilənin ilk iki filmi kimi ekranlaşdırılan bu sənədli-bədii film Müzəffər Ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyev cənablarının bu günlərdə Şuşada dünya Azərbaycanlılarının V Zəfər Qurultayındakı tarixi çıxışından bir parça ilə bitir.

Filmə buradan baxın:

 

Bu sənədli film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən reallaşdırılan “Yalnız irəli” filminin çəkilməsi” kreativ layihəsi şərçivəsində çəkilib yayımlanır.

Xatırladaq ki, “Azərbaycan-İraq” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, VCA İH-nin üzvü, ictimai fəal, mədəniyyət təbliğatçısı, layihə rəhbəri, filmin həmssenari müəllifi, şairə Tahirə xanım Məmmədova özü də əslən Şuşadandır.

“Yalnız irəli” sənədli filmi “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyinin sifarişi ilə çəkilərək yayımlanıb.

Ssenari müəllifləri Tahirə Məmmədova, Aydın Xan Əbilov, rejissoru Aydın Xan Əbilov, baş operatoru Seyid Mir Cəmal, montaj: Hidayət – Ayxan Əbilli, Musiqi tərtibatı və texniki redaktoru Nihad olan bu film QHT-nın çəkməsi planlaşdırılan 9 silsiləli ekran əsərinin ilk iki hissəsini təşkil edir.

YeniMediaTV təqdimatında: bu bir kreativ maarifçilik telekanalıdır…

Yalnız irəli. Şuşalı qəhrəmanlar: Nurlan Həsənov və Hamısıahverdi Hamısıahverdiyev. İkihissəli tammetrajlı sənədli film. Video - Dünyaxəbər (dunyaxeber.org)


Вернуться назад