Главная > ЭТНОПОЛИТИКА > Milli dini təhsilimiz - əcnəbi təhsil mərkəzləri Azərbaycanı qarışdıra bilməyəcək

Milli dini təhsilimiz - əcnəbi təhsil mərkəzləri Azərbaycanı qarışdıra bilməyəcək


14-04-2022, 13:56. Разместил: Gulnara.Inanch

Ceyhun Məmmədov: Əvvəlki dövrlərdə bizim gənclərimiz dini təhsil almaq üçün daha çox xaricə üz tuturdular”

Azərbaycanda milli dini təhsilin inkişafına ciddi əhəmiyyət verilir. Heç şübhəsiz, Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından səmərəlidir.

Azərbaycanda dini təhsil institutunun yaradılması Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından əhəmiyyətli olub. Müstəqilliyin ilk illərində gənclər dini təhsil almaq üçün İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrə üz tuturdular. Bu da bir çox hallarda onların destruktiv mahiyyətli təriqət və məzhəblərin ideoloji təsirləri altına düşmələrinı, mövhumatçılığa yuvarlanmalarına gətirib ki, bu da milli maraqlarımızı və təhlükəsizliyimizi ciddi şəkildə təhdid edib.

Bu gün Azərbaycanda İlahiyyat İnstitutunun fonunda milli dini ali təhsil forması mövcuddur və yüzlərlə gənc bu ali məktəbdə təhsil alır.

Ölkədə milli-dini təhsilin yaradılması və Azərbaycanın xarici, əcnəbi dini təhsil sistemlərindən asılılığının azaldılması prosesi həyata keçirilir. Qeyd edək ki, aprelin 11-də Prezident İlham Əliyev İlahiyyat İnstitutunun yeni korpusunun açılışında iştirak edib.

Ölkədə İlahiyyat İnstitutunun yaradılması, dini ali təhsilin sağlam əsasının qoyulması Azərbaycan gənclərinin Suriyada, İraqda, başqa ölkələrdə olan dini mərkəzlərdə dini təhsil almaq kimi problemlərdən azad edilməsində necə rol oynayıb? Bunun əhəmiyyəti nədir? Ölkədə milli dini təhsilin əsaslarının yaradılmasının əcnəbi dini təhsil sistemlərindən asılılığının azaldılmasında ölkədə dini təhsilin inkişafının rolu nədir?

  • “Bu artıq özümüzün dini mühitimizin təhlükəsizliyinin təmin edilməsinə, eləcə də dini təhsilin yüksək səviyyədə qurulmasına şərait yaradır”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda dini təhsilə bu qədər önəm verilməsi çox əhəmiyyətlidir: “Qeyd etmək lazımdır ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycanda din təhsilinin inkişafına, dövlət-din münaisbətlərinin yüksək səviyyədə tənzimlənməsinə öz ciddi töhfəsini verəcək. Əvvəlki dövrlərdə bizim gənclərimiz dini təhsil almaq üçün daha çox xaricə üz tuturdular, Suriyada, İraqda, ayrı-ayrı Ərəb ölkələrində,  Səudiyyə Ərəbistanında, İranda, Türkiyədə təhsil alırdılar. Amma artıq xaricdə dini təhsilə ehtiyac yoxdur. Daha Azərbaycanda da oxuyaraq yüksək dini təhsil almaq mümkündür. Nəzərə alsaq ki, bir sıra hallarda gənclərimiz xaricdə təhsil alanda zərərli dini təsirlərə məruz qalırdılar. Azərbaycanda dini təhsilin əhəmiyyəti özünü bir daha qabarıq biruzə verir. Artıq qeyd etdiyimiz kimi, ölkəmizdə dini təhsil mövcuddur və yüksək səviyyədə də təhsil verilir. Bu artıq özümüzün dini mühitimizin təhlükəsizliyinin təmin edilməsinə, eləcə də dini təhsilin yüksək səviyyədə qurulmasına şərait yaradır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan din institutunun yaradılması Prezident İlham Əliyevin bizim milli-mənəvi dəyərlərimizin qorunmasına, dini dəyərlərimizin təbliğinin növbəti təzahürüdür”.

C.Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman Azərbaycanda dinə, milli-mənəvi dəyərlərə yüksək diqqət-qayğı göstərib, bu prosesə öz töhfəsini həmişə verib. “Hesab edirəm ki, İlahiyyat İnstitutunun yeni inzibati binasının açıqlaması da təhsilin keyfiyyətinə, din təhsilinin inkişafına, dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə öz ciddi töhfəsini verəcək” - deyə C.Məmmədov qeyd etdi.

İradə SARIYEVA

Bakı Xəbər - İctimai Siyasi Qəzet (baki-xeber.com)


Вернуться назад